Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-339/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı" ASC-nin cavabdeh Aslanova Nərgı̇ z Mirqasım qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı" ASC (əvvəlki adı “xxxx” İKB ASC) cavabdeh Aslanova Nərgı̇ z Mirqasım qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9.721,3 ABŞ dolları əsas, 6.532,43 ABŞ dolları faiz, 1.760,76 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18.756,99 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-nin “1 saylı” filialından illik 21%-lə 36 ay müddətinə 14.200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzili xx xxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxxx 2020-ci il tarixədək Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9.721,3 ABŞ dolları əsas, 6.532,43 ABŞ dolları faiz, 742,5 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 18.014,49 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx xxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9.721,3 ABŞ dolları əsas, 6.532,43 ABŞ dolları faiz, 1.760,76 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18.756,99 ABŞ dolları borcu vardır. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, işə təxirə salınmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, ekspertiza rəyləri ilə qismən razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və onun vəkili məhkəməyə gəlməmişlər, lakin məhkəməyə cavabdehin vəkili teleqram ünvanlayaraq xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının pandemiya ilə bağlı təkrar təxirə salınmış cinayət işi ilə bağlı məhkəməyə gələ bilmədiyini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin və onun vəkilinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,04 kv/m olan mənzili xüsusi mülkiyyət hüququ üzrə Aslanova Nərgı̇ z Mirqasım qızının adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 2015-ci il tarixdə qeydiyyat aparılmışdır; “xxxx” İKB ASC ilə Aslanova Nərgı̇ z Mirqasım qızı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 nömrəli istehlak krediti müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 14.200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin 1.8-ci bəndində nəzərdə tutulmuş kreditin bağlanma tarixi olan xx xxxxxxx 2018-ci il tarixli müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilənin 9-cu bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 36 % miqdarında Banka dəbbə pulu ödəməlidir; xx xxxxxxx 2015-ci il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh 14.200 ABŞ dolları məbləğində vəsaiti bankdan təhvil almışdır; İpoteka saxlayan “xxxx” İKB ASC ilə ipoteka qoyan-borcalan Aslanova Nərgı̇ z Mirqasım qızı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,04 kv/m olan 1 otaqlı mənzili xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Aslanova Nərgı̇ z Mirqasım qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin, 54 saylı mənzili “xxxx” İKB 1 saylı filialı qarşısında xx xxxxxxx 2018-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir; İddiaçı ASC tərəfindən borcalan Aslanova Nərgı̇ z Mirqasım qızına göndərilmiş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalandan borcunu 5 gün müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; İddiaçı ASC tərəfindən ipoteka qoyan Aslanova Nərgı̇ z Mirqasım qızına göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ipoteka qoyan-borcalana məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin, 54 saylı mənzilinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə başlandığı barədə xəbərdarlıq edilmişdir; İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında Aslanova Nərgı̇ z Mirqasım qızı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini və təqdim edildiyini nəzərə alaraq ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin, 54 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş və İdarənin ********** saylı, xx xxxx 2020ci il tarixli ştampına əsasən ipoteka predmetinə dair bildiriş qeydə alınmışdır; xx xxxx 2020-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ərazi idarəsinə bildirişin qeydiyyatı üçün xidmət haqqı olaraq 20 manat, dövlət rüsumu olaraq 10 manat, cəmi 30 manat məbləğində ödəniş edilmişdir; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 95 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 928 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli arayışın surətindən görünür ki, yalnız Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr., Mir Cəlal küçəsi, 49 saylı evin, 54 saylı mənzilində qeydiyyatdadır və yaşayır; xx xxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsinə əsasən 9.721,3 ABŞ dolları məbləğində əsas borc, 6.532,43 ABŞ dolları məbləğində faiz borcu, 1.760,76 ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18.756,99 ABŞ dolları məbləğində borcu var; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4509 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0- 884-15 saylı kredit müqaviləsi üzrə banka olan xx xxxxxxx 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) ümumilikdə 16.254,39 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 9.721,26 ABŞ dolları, faiz borcu üzrə 6.533,13 ABŞ dolları, xx xxxxx 2020-ci il tarixə (maliyyə arayışının tarixinə) ümumilikdə 16.992,94 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 9.721,26 ABŞ dolları, faiz borcu üzrə 6.533,13 ABŞ dolları, faiz borcu (5%-lə) üzrə 738,55 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir; “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə LP-138/20 saylı, xx xxxxxx 2020-ci il tarixli “Daşınmaz əmlakın qiymətlindirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin 54 saylı mənzilinin real bazar qiyməti 53.000 manat, likvid dəyəri 45.000 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir; xx xxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən kreditor borcalana 36 ay müddətinə illik 21% dərəcəsi ilə istehlak məqsədi ilə 14.200 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri icra etməmiş və nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin həmin müqavilə üzrə 9.721,3 ABŞ dolları məbləğində əsas, 6.532,43 ABŞ dolları məbləğində faiz, 1.760,76 ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18.756,99 ABŞ dolları məbləğində borcun yaradığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin iddiaçıya xx xxxxx 2020-ci il tarixə (maliyyə arayışının tarixinə) ümumilikdə 16.992,94 ABŞ dolları məbləğində borcu, o cümlədən əsas borc üzrə 9.721,26 ABŞ dolları, faiz borc üzrə 6.533,13 ABŞ dolları, faiz borcu (5%-lə) üzrə 738,55 ABŞ dolları olaraq müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə, ekspertinin 9/4509 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsas, faiz və gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq 9.721,26 ABŞ dolları məbləğində əsas borc, iddiaçının tələb etdiyi 6.532,43 ABŞ dolları məbləğində faiz borcu, ekspert rəyinə uyğun olaraq kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 738,55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16.992,24 ABŞ dolları məbləğində borc cavabdeh Aslanova Nərgı̇ z Mirqasım qızından tutularaq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cəriməni ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 9-cu bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 1.760,76 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği azaldılmalı və xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 3 mənzil 54 ünvanında yerləşən ümumi sahəsi 35,04 kv/m olan 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə LP-138/20 saylı, xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin 54 saylı mənzilinin real bazar qiyməti 53.000 manat, likvid qiyməti 45.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – Cavabdeh qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 45.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilindən Cavabdeh çıxarılması və həmin mənzilə istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, həmin mənzil satıldıqda Cavabdeh 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalı və həmin mənzilə istifadə hüquqları itirilməlidir. Məhkəmə bu tələbin “digər şəxslər”lə bağlı hissəsi ilə bağlı hesab edir ki, həmin tələb qeyri- dəqiq olduğuna, yəni həmin “digər şəxslər”in dairəsi müəyyən edilmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa, işdə olan xx xxxxxxx 2015-ci il tarixli arayışın surətindən görünür ki, yalnız Cavabdeh ipoteka predmeti olan mənzildə qeydiyyatdadır və yaşayır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ipoteka predmeti olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də əsassızdır. Belə ki, ipoteka predmeti hərrac vasitəsilə satıldığından həmin əmlak Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxsə verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi “satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyi, həmin qaydaların tətbiqi isə yalnız məhkəmə qərarının icrası mərhələsində və bunun üçün əsaslar məhz həmin mərhələdə yarandıqda mümkün olduğu üçün iddianın həmin hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsi üzrə 9.721,26 ABŞ dollar məbləğində əsas, 6.532,43 ABŞ dollar məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 738,55 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 17.292,24 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh tutularaq iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin 54 saylı mənzilin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzili satıldıqda Cavabdeh 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalı və həmin mənzilə istifadə hüquqları itirilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı, bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat məbləğində vəsait tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 46 manatı cavabdehdən, 4 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 276 manatı cavabdehdən, 24 manatı isə iddiaçıdan tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxxx 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsi üzrə 9.721,26 (doqquz min yeddi yüz bir dollar, iyirmi altı sent) ABŞ dollar məbləğində əsas, 6.532,43 (altı min beş yüz otuz iki dollar, qırx üç sent) ABŞ dollar məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 738,55 (yeddi yüz otuz səkki dollar, əlli beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 17.292,24 (on yeddi min iki yüz doxsan iki dollar, iyirmi dörd sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh tutularaq iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin 54 saylı mənzilinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzili satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılsın və həmin mənzilə istifadə hüquqları itirilsin. Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı, bildirişin qeydiyyatı üçün ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 46 (qırx altı) manatı Cavabdeh, 4 (dörd) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin 276 (iki yüz yetmiş altı) manatı Cavabdeh, 24 (iyirmi dörd) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (“xxxx” ASC Yasamal filialı, Kod 512565, VÖEN **********, Müxbir hesab AZE02NABZ********************, SFİFT BİK AZRTAZ22, “xxxx” MMC, VÖEN **********, hesab AZE30AZRT********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-339/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-339/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver