Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3395/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 23.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 23.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28.04.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 23.01.2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 15.03.2021-ci il tarixədək Cavabdeh1 banka 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1046,97 manat əsas borcu və 178,35 manat faiz borcu olmaqla, ümumilikdə 1225,32 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1046,97 manat əsas borc və 178,35 manat faiz borcu olmaqla, ümumilikdə 1225,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, illik 28 % ödəmək şərti ilə 2000 manat kredit vermişdir. Kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən kreditorun müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək hüququ vardır. Nikoyl İKB ASC-nin 23.04.2019-cu il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, bank borcalan Cavabdeh1 ayrılmış kreditə görə 2000 manat vermişdir. 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 23.05.2019-cu il tarixdən 23.10.2020-ci il tarixədək əsas borca görə 2000 manat, faiz borcuna görə 472,22 manat olmaqla cəmi 2472,22 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Nikoyl İKB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 borcverən Nikoyl İKB ASC qarşısında 23.04.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişdir. Borcverən Nikoyl İKB ASC borcalan Cavabdeh1 arasında bağlanmış 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı kredit müqaviləsinə 28.04.2020-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər kredit müqaviləsi üzrə kredit müddətinin 23.01.2021-ci il tarixədək uzadılması, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddətinin 3 ay müəyyən edilməsi barədə razılığa gəlmişlər. 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı kredit müqaviləsinə 28.04.2020-ci il tarixli əlavə sazişin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 23.05.2020-ci il tarixdən 23.01.2021-ci il tarixədək əsas borca görə 1050,84 manat, faiz borcuna görə 182,84 manat olmaqla cəmi 1233,68 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Nikoyl İKB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279-19 saylı zaminlik müqaviləsinə 28.04.2020-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər kredit müqaviləsi üzrə kredit müddətinin 23.01.2021-ci il tarixədək uzadılması, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddətinin 3 ay müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 24.02.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin 15.03.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1046,97 manat, faiz borcuna görə 178,35 manat olmaqla cəmi 1225,32 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 1046,97 manat, faiz borcuna görə 178,35 manat olmaqla cəmi 1225,32 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23.04.2019-cu il tarixli 3-MZ-1-0-279- 19 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1046,97 manat, faiz borcuna görə 178,35 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1255,32 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3395/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3395/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver