Məhkəmə qərarları › İş №2(001)-3395/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3395/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3395/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə Cavabdeh ilə iddaçı "xxxx" MMC arasında xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********09639 Samsung Galaxy S23 FE, İmei kodu **********08876 Samsung Galaxy S23 FE, JBL qulaqlıq, İmei kodu **********37876 Oppo A58, zəmanət+1 il xidməti, İmei kodu **********85637 X3 A7Lite, Fen-daraq Panasonic, Hoverboard Zigzag, Xiaomi Mİ Tv Stick, tava Pixel, doğrayıcı Kenwood almış və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2517.25 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3169.08 manat (yəni 18 ay x 176.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********09639 Samsung Galaxy S23 FE, İmei kodu **********08876 Samsung Galaxy S23 FE, JBL qulaqlıq üçün ümumilikdə, 1944.81 manat olmaqla ondan 1725.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 manat rüsum, müştəriyə güzəşt olunaraq 172.51 manat cərimə borcu yaranmışdır.xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən alqı-satqı qiyməti 621 manat (12 ay x 51.75 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********37876 Oppo A58, zəmanət+1 il xidməti üçün ümumilikdə, 340.45 manat olmaqla ondan 309.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 30.95 manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 762.96 manat, (12 ay x 63.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********85637 X3 A7Lite, Fen-daraq Panasonic, Hoverboard Zigzag üçün ümumilikdə, 209.44 manat olmaqla, 190.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.04 manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 252 manat (yəni 12 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mİ Tv Stick, tava Pixel, doğrayıcı Kenwood üçün ümumilikdə 22.55 manat olmaqla ondan 20.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.05 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2559.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil–təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehə məxsus ünvana iddia ərizəsinin surəti və bildiriş göndərilmiş, lakin zərf geri qayıtmışdır. Cavadehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, 18865805 nömrəli müqavilədən görünür ki, Cavabdeh 3169.08 manat dəyərində İmei kodu **********09639 Samsung Galaxy S23 FE, İmei kodu **********08876 Samsung Galaxy S23 FE, JBL qulaqlıq satılmışdır. xx.xx.2024-cü il tarixli, 03736206 nömrəli müqavilədən görünür ki, Cavabdeh 621 manat dəyərində İmei kodu **********37876 Oppo A58, zəmanət+1 il xidməti satılmışdır. xx.xx.2023-cü il tarixli, 14484527 nömrəli müqavilədən görünür ki, Cavabdeh 762.96 manat dəyərində İmei kodu **********85637 X3 A7Lite, Fen-daraq Panasonic, Hoverboard Zigzag satılmışdır xx.xx.2023-cü il tarixli, 18194 nömrəli müqavilədən görünür ki, Cavabdeh 252 manat dəyərində Xiaomi Mİ Tv Stick, tava Pixel, doğrayıcı Kenwood satılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən və müqavilə əlavəsindən görünür ki, borclu hər ay İmei kodu **********09639 Samsung Galaxy S23 FE, İmei kodu **********08876 Samsung Galaxy S23 FE, JBL üçün 176.06 manat, İmei kodu **********37876 Oppo A58, zəmanət+1 il xidməti üçün 51.75 manat, İmei kodu **********85637 X3 A7Lite, Fen-daraq Panasonic, Hoverboard Zigzag üçün 63.58 manat, Xiaomi Mİ Tv Stick, tava Pixel, doğrayıcı Kenwood üçün 21 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçı 47.2 (qırx yeddi manat, iyirmi qəpik) manat İnnovativ Layihələr Mərkəzinə pul ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı əsas borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18865805 nömrəli, xx.xx.2024-cü il tarixli, 03736206 nömrəli, xx.xx.2023-cü il tarixli, 14484527 nömrəli, xx.xx.2023-cü il tarixli, 18194 müqavilələr üzrə ümumilikdə 2517.25 manat əsas borc və 47.2 (qırx yeddi manat, iyirmi qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə münasibətdə isə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə görə 86 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 15 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 9 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 45.18 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1725.1 (min yeddi yüz iyirmi beş manat,on qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsum, 86 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 309.5(üç yüz doqquz manat,əlli qəpik) manat ödənilməmiş hissə, 15 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə görə 190.4 (yüz doxsan manat,qırx qəpik) manat ödənilməmiş hissə, 9 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 20.5 (iyirmi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki manat) manat cərimə borcu; ümumilikdə 2404,7 manat borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 44.04 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qalan hissədə (cərimə məbləğinə münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar