Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3402/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən məhsulun təmiri üçün 132 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı fen ütü üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hiss, 27 (iyirmi yeddi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 1104 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********38286 Samsung Galaxy A50 markalı telefon üçün 735 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu, ümumilikdə 2408 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2438 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “xxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 66 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 66 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 198 manat, məhsulun təmiri üçün 132 manat borcu yaranmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC-dən olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz, 6 ay müdətinə, ayda 18 manat ödəmək şərti ilə, alqısatqı qiyməti 108 manat olan Panasonic markalı fen ütü, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ilkin ödənişsiz, 18 ay müddətinə, ayda 65 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 1170 manat olan LG markalı paltaryuyan, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ilkin ödənişsiz, 16 ay müddətinə, ayda 49 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 784 manat olan Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 132 manat olmaqla ondan 132 manat ödənilməmiş hissə, 0 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 115 manat olmaqla ondan, 88 manat ödənilməmiş hissə, 27 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 1279 manat olmaqla ondan 1104 manat ödənilməmiş hissə, 175 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 882 manat olmaqla ondan 735 manat ödənilməmiş hissə, 147 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 201 manat təşkil edir. Müqavilənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00657986 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A50Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 16 ay ərzində, hər ay 49 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00657986 saylı müqaviləyə əsasən Samsung Galaxy A50 tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00709140 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, LG markalı paltaryuyan yeni qızıl zəmanət ilə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 18 ay ərzində, hər ay 65 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00709140 saylı müqaviləyə əsasən LG markalı paltaryuyanı tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00746626 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, Panasonic fen ütü Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 6 ay ərzində, hər ay 18 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00746626 saylı müqaviləyə əsasən Panasonic fen ütünü tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00816409 saylı xidmətlər barədə Razılaşmadan görünür ki, məhsulun təmiri üçün nəzərdə tutulmiş 198 manatın 66 manat ilkin ödəniş olmaqla, qalan məbləğin 2 ay ərzində, hər ay 66 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borcu, 147 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1104 manat əsas borcu, 175 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 88 manat əsas borcu, 27 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» X3 ilə bağladığı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxxxxxxxxx» X3 ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Eyni Məcəllənin 1000.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 1000.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxxxxxxxxx» X3 ilə Cavabdeh arasında xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 784 manat olan Samsung Galaxy A50, dəyəri 1170 manat olan LG markalı paltaryuyan, dəyəri 108 manat olan Panasonic fen ütü almış, həmçinin məhsulun təmiri 198 manat olan xidmətdən istifadə etmiş, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 147 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 175 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 27 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 735 manat əsas borc üzrə 147 manat, 1104 manat əsas borc üzrə 175 manat, 88 manat əsas borc üzrə 27 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 147 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat, 175 manat məbləğində hesablanmış cərimə məbləğinin 60 (altmış) manat, 27 manat məbləğində hesablanmış cərimə məbləğinin 5 (beş) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxxxxxxxxx» X3 ilə bağlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1104 manat əsas borc, 60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 88 manat əsas borc, 5 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas borc alınaraq iddiaçı «xxxxxxxxxxx» X1 verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1104 manat əsas borc, 60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 88 manat əsas borc, 5 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas borc, cəmi 2174 (iki min yüz yetmiş dörd) manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxxxxxxxxx» X1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3402/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3402/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver