Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-343/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, İddiaçı məxsus “Mercedes Benz” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı (ŞCHMİTZ yarımqoşqu), yarımqoşqulu özüboşaldan avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 22.700 manat məbləğində pulun, eləcə də dövlət rüsumu kimi ödədiyi 30 manat pulun, ümumilikdə 22.730 manat məbləğində pulun Cavabdeh1, 300 manat məbləğində vəsaitin isə Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 sərxoş halda idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili digər nəqliyyat vasitəsinin hərəkət zolağına çıxartmaqla onunla toqquşdurmaqla yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə zamanı “X4” markalı avtomobilin sürücüsü Cavabdeh2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almışdır. Eyni zamanda, sürücü Elburus Səfərov özü də izahatında avtomobili sərxoş halda idarə etdiyini və hadisənin necə baş verməsini xatırlamadığını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 1133 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən “Mercedes Benz” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən kiçik olmasının müəyyən olunması şəraitində sürücü Cavabdeh2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən “Mercedes Benz” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8.5-11.9 metrdən böyük olmasının müəyyən olunması şəraitində sürücü Cavabdeh2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh1 avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli qüsur aktına əsasən “X4” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı və **-ZB-*** qeydiyyat nişanlı ŞCHMİTZ Yanmqoşqu markalı nəqliyyat vasitəsinin 22.700 manat məbləğində ehtiyat hissələri yeniləri ilə əvəz edilməlidir. xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla yol nəqliyyat hadisəsi törətmiş “Hyundai Sonata” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hal-hazırda avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən təmir olunmuş, onun təmirinə 23.000 manat vəsait xərclənmişdir. Aralarındakı mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, ona dəymiş maddi ziyan cavabdehlər tərəfindən ödənilmədiyindən onun hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Bundan əlavə, Cavabdeh2 həmin gün avtonəqliyyat vasitəsini onun xəbəri olmadan idarə etmiş bununla da, ona maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Qüsur aktı ilə 22.700 manat zərər müəyyən edilsə də, avtonəqliyyat vasitəsinin təmirinə 23.000 manat vəsait xərclənmişdir. Ona görə də 300 manat maddi ziyan (23.000 - 22.700 = 300 manat) Cavabdeh2 tərəfindən ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək izahtında bildirdi ki, yol nəqliyyat hadisəsi xx xxxxxx 2019-cu il tarixdə, saat 22:15 radələrində Binəqədi rayonu Mərkəz Binəqədi adlanan yerdən Xırdalan istiqamətində hərəkətdə olarkən baş vermişdir. Hadisə vaxtı o, “X3” markalı, **-HR-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə olmadan idarə etmişdir. O, avtomobillə hərəkətdə olarkən qarşı tərəfdə hərəkətdə olan “Hyundai Sonata” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı Cavabdeh1 Elbrus oğlunun sərxoş vəziyyətində idarə etdiyi avtomobil onun qarşısına çıxmış, avtomobilləri toqquşmuş və o, idarə etməni itirdiyindən avtomobil yolun sağ tərəfindəki yaşayış evinin hasarına çırpılmışdır. Onun idarə etdiyi avtomobil ön sol tərəfdən zədələnmişdir, halbuki hadisədən əvvəl avtomobil saz vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddia ərizəsinə yazılı etirazını və digər hər hansı sübutu təqdim etməmiş, eyni zamanda nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AC seriyalı, 316835 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (yəhərli dartıcı) İddiaçı məxsusdur. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış HK-1/51 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, YHN-ni törətmiş “Hyundai Sonata” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 2200-da Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “X3” markalı **-HR-*** dövlət qeydiyyat nömrəli (Schmitz Yarımqoşqu), yarımqoşqulu özünüboşaldan avtomobillə Bakı şəhəri, Binəqədi rayonun, Binəqədi qəsəbəsindən Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən Cavabdeh1 alkoqol sərxoşluğu vəziyyətində etibarnamə ilə Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində idarə etdiyi “Hyundai Sonata” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X3” markalı yük avtomobil yolun sağ tərəfində yerləşən fərdi yaşayış evinin hasarına çırpılmışdır. Həmin qərarda qeyd edilmiş iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 1133 nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, 1.a.2.a. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən təhqiqat tərəfindən “X3” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən kiçik olmasının müəyyən olunması şəraitində sürücü Cavabdeh2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti hapqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təhqiqat tərəfindən “X3” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8.5-11.9 metrdən böyük olmasının müəyyən olunması şəraitində sürücü Cavabdeh2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti hapqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Cavabdeh2 avtomobili etbarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh1 avtomobili sərxoş vəziyyətdə avtomobili idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “xxxxxxxxxxxxxxxx” X1 tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, MMC-nin əməkdaşları “X4” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı və **-ZB-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ yarımqoşqu markalı nəqliyyat vasitəsinə nasazlıqla bağlı mühərrikinə baxış keçirmişlər və baxış zamanı məlum olmuşdur ki, sıradan çıxmış ehtiyat hissələri yararsız hala düşdüyündən dəyişdirilməlidir. Dəyişdirilməli olan ehtiyat hissələrinin cəmi məbləği 22.700 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(001)- 1357/2019 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 9/474 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mercedes Benz” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16.261 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqarların dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 2200-da Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “X3” markalı **-HR-*** dövlət qeydiyyat nömrəli (Schmitz Yarımqoşqu), yarımqoşqulu özünüboşaldan avtomobillə Bakı şəhəri, Binəqədi rayonun, Binəqədi qəsəbəsindən Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən Cavabdeh1 alkoqol sərxoşluğu vəziyyətində etibarnamə ilə Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində idarə etdiyi “Hyundai Sonata” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” yük markalı avtomobil yolun sağ tərəfində yerləşən fərdi yaşayış evinin hasarına çırpılmışdır. Ekspert rəyinə əsasən “Hyundai Sonata” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qüsur aktına əsasən Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçıya dəyən ziyanın həcmi 22.700 manat təşkil edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən “Mercedes Benz” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 16.261,0 manat müəyyən edilmişdir. İddiaçı isə dəymiş maddi zərərə görə Cavabdeh1 22.700 manat, Cavabdeh2 isə 300 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1107.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub hesab edir ki, Cavabdeh1 təqsirli, hüquqazidd əməli nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert rəyinə əsasən 16.261 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyanın əvəzi olaraq 300 manatın Cavabdeh2 alınması” hissəsi ilə əlaqədar isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsini qəbul edərək hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığından, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddia bu hissədə təmin edilməli, Cavabdeh2 dəymiş maddi zərərə görə 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, iddia tələbi “dəymiş maddi ziyanın əvəzi olaraq 22.700 manatın Cavabdeh1 alınması” hissəsində qismən təmin edilməli, iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyi mötəbər sübut hesab edilməklə əsas götürülmləli, həmin məbləğin 300 manat hissəsi Cavabdeh2 tutulacağı nəzərə alınmalı, Cavabdeh1 15.961 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 8 manatı iddiaçının özünə aid edilməli, 22 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 28 manatı iddiaçıdan, 72 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi olaraq 15.961 (on beş min doqquz yüz altmış bir) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı İddiaçı aid edilsin, 22 (iyirmi iki) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 28 (iyirmi səkkiz) manatı İddiaçı, 72 (yetmiş iki) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-343/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-343/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver