Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3456/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01575 olan Samsung Galaxy A6 markalı telefon üçün 1269 manat ödənilməmiş hissə, 321 manat dəbbə, xx xxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53457 olan İpohone 8 plus markalı telefon üçün 1846 manat ödənilməmiş hissə, 566 manat dəbbə miqdarında borc yaranmışdır. Ümumilikdə 4002 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4032 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx xxxxxx 2018-ci il, xx xxx 2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********01575 olan Samsung Galaxy A6, İMEİ kodu **********53457 olan İphone 8 plus markalı telefonlar almış və nəticədə 4002 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1610 manat (24 ay x 67 manat + 2 manat ilkin ödəniş), İMEİ kodu **********01575 Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 1590 manat olmaqla ondan 1269 manat ödənilməmiş hissə(0,67 manat x 480 gün), 321 manat dəbbə, xx xxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2914 manat (24 ay x 118 manat + 82 manat ilkin ödəniş) İMEİ kodu **********53457 olan İpohone 8 plus markalı telefon üçün 1846 manat ödənilməmiş hissə, 566 manat (1.18 manat x 480 gün) miqdarında dəbbə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1409 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, “xxxxxxxxxxx ” müştərinin ödədiyi məbləğin 50 % -nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********53457 olan İPHONE 8 plus markalı telefon üçün 1846 manat ödənilməmiş hissə, 566 manat dəbbə pulu, cəmi 2412 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə, İMEİ kodu **********01575 olan Samsung Galaxy A 6 markalı telefon, X2 MMEF 2 üüçün 1269 manat ödənilməmiş hissə, 321 manat dəbbə pulu, cəmi 1590 manat, ümumilikdə 4002 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4032 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İphonu özünə görə yox başqasına görə götürdüyünü, hal-hazırda həmin adamı tapa bilmədiyini, samsung markalı telefonu itirdiyini, dekabr ayına kimi ödəniş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışxx xxx 2018-ci il tarixli, №kr00142918 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2,914 manat olan İphone 8 plus 64 Gb markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 118 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxx 2018-ci il, sonuncu ödəniş tarixi xx xxx 2020-ci il müəyyən edilmişdir. xx xxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №kr00142918 saylı müqaviləyə əsasən İphone 8 plus 64 Gb markalı telefonu qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeh arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli,№ K00253854 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1610 manat olan Samsung Galaxy A6 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 67 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxxx 2018-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № K00253854 saylı müqaviləyə əsasən Samsung Galaxy A6 markalı məhsul yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Sonuncu maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********01575 olan Samsung Galaxy A6 markalı telefon və X2 üçün əsas borcu 1269 manat, cərimə borcu 321 manat olmaqla, cəmi 1590 manat, İMEİ kodu **********53457 olan İphone 8 plus markalı telefon üçün əsas borcu 1846 manat, cərimə borcu 566 manat olmaqla, cəmi 2412 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 4002 manat məbləğində borcu vardır. xx xxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeh arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İphone 8 plus 64 G markalı telefon almış və 24 ay müddətinə aylıq 118 manat ödəniş etməyi, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01575 olan Samsung Galaxy A6 markalı telefon və Apple Airpods almış 24 ay müddətinə ayda 67 manat ödəniş etməyi, hər iki müqavilə üzrə şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin müqavilələr üzrə borcu qalmışdır. Cavabdeh müqavilələr üzrə cəmi 1409 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni xx.xx.2018-ci il tarixli, №kr00142918 saylı müqavilə üzrə 1846 manat, xx.xx.2018-ci il tarixli,№ K00253854 saylı müqavilə üzrə 1269 manat müəyyən edilməklə, cəmi 3115 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Görünür ki, müqavilə üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği endirilməli və xx.xx.2018-ci il tarixli, №kr00142918 saylı müqavilə üzrə 30 manat, xx.xx.2018-ci il tarixli,№ K00253854 saylı müqavilə üzrə 20 manat, məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, №kr00142918 saylı müqavilə üzrə 1846 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli,№ K00253854 saylı müqavilə üzrə 1269 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 3165 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Vidadi oğlundan tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh Vidadi oğluna qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, №kr00142918 saylı müqavilə üzrə 1846 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli,№ K00253854 saylı müqavilə üzrə 1269 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 3165 (üç min yüz altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh Vidadi oğlundan tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İş üzrə ödənişmiş 30(otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Vidadi oğlundan tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3456/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3456/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver