Məhkəmə qərarları › İş №2(001)-3461/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3461/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3461/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7 və 18.02.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175 manat aliment tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7 və 18.02.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175 manat aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərində olmaqla ailə qurmuş, faktiki nikah münasibətlərindən 23.12.2009-cu il təvəllüdlü X9, 12.01.2012-ci il təvəllüdlü X12 və 18.02.2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. Hər üç uşaq üçün atalıq müəyyən edilmiş, uşaqlara doğum haqqında şəhadətnamələr alınmışdır. Cavabdeh uşaqlara qayğı göstərmədiyindən, onları saxlamadığından, saxlanmaları üçün iddiaçıya vəsait vermədiyindən, iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş, cavadehdən uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Sonradan Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(001)-2447/2018 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq, 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7, 18.02.2016-cı il təvəllüdlü X3 üçün hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)- 9956/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(001)-2447/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləğinin artırılaraq, 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7, 18.02.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üşün 130 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 2021-ci ilin yanvar ayının 1-dən uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)- 9956/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşağa sabit pul məbləğində tutulacaq 130 manat alimentin miqdarının artırılaraq, 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7 və 18.02.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun iddiaçı ilə faktiki nikah münasibətlərindən 23.12.2009-cu il təvəllüdlü X9, 12.01.2012-ci il təvəllüdlü X12 və 18.02.2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. O, bu uşaqların saxlanması üçün təyin olunan hər ay hər uşağa görə 130 manat alimenti ödəyə bilmir, ona görə də 1400 manat aliment borcu vardır. Onun dörd qadınla rəsmi və faktiki nikahından 8 uşağı vardır. İki uşağı yetkinlik yaşına çatmış, iddiaçının himayəsində olan övladlarından başqa o, Fidan adlı qızının da saxlanması üçün hər ay 100 manat aliment ödəyir. O, hal-hazırda işsizdir və işaxtaran kimi ƏƏSMN-nin Məşğulluq alt sistemində qeydiyyatdadır. Aliment təyin edildikdən sonra onun gəlirlərində artım olmamışdır. Əksinə pandemiya ilə bağlı iş tapmaqda çətinlik çəkir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasılarını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2012-ci il tarixli AZ-İİ № 829467 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 23.12.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 422 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2012-ci il tarixli AZ-İİ № 829466 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 12.01.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 421 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.04.2016-cı il tarixli AZ-İİİ № 732488 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 18.02.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 196 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Xanlar rayon VVADQ şöbəsi tərəfindən verilmiş 10.02.2004-cü il tarixli AZ-İ № 038968 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 15.01.2004-cü ildə X6 doğulmuş X10 atası hesab edilmişdir. Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli AZ-İ № 346680 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 25.08.2019-cu ildə X6 doğulmuş X11 atası hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9956/2018 saylı 13.09.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(001)- 2447/2018 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli qətnaməsi ilə 23.12.2009-cu il təvəllüdlü X5 və 12.01.2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləğinin, habelə eyni məhkəmənin 08.08.2016-cı il tarixli qətnaməsi ilə 18.02.2016-cı il təvəllüdlü X4 üçün müəyyənləşdirilmiş alimentin məbləğinin artırılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Məşğulluq alt sistemindən 08.04.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh MAS-da işaxtaran kimi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanların saxlanmaları üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, yaşayış minimumu həddinin artması təyin olunan alimentin miqdarının artırılması üçün əsas olmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23.12.2009-cu il təvəllüdlü X5, 12.01.2012-ci il təvəllüdlü X7 və 18.02.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175 manat aliment tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar