Məhkəmə qərarları › İş №2(001)-3484/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3484/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3484/2022 16.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan Royalbank ASC-nin Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan Royalbank ASC Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Royalbank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Royalbank ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması mütəmadi olaraq davam etmişdir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 2015-ci ildə iddiaçı banka müraciət edərək bütün sübutlarını Binəqədi Rayon Məhkəməsinə təqdim etsə də, həmin sənədlər itirilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin əslini, kreditin verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. 2019-cu ildən etibarən məhkəməyə sorğular göndərilsə də, təqdim olunmuş sənədlər iddiaçıya geri qaytarılmamışdır. Ona görə də Cavabdeh əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1560,06 manat 5% faiz borcu olmaqla cəmi 5707 manat kredit borcunun və dövlət rüsumuna görə 77,07 manatın ləğv prosesində olan Royalbank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Borcverən Royalbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 4300 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən borc verənlə borc alan arasında bağlanmış müqavilənin təminatı olaraq mebel dəsti göstərilir. Royalbank ASC-nin Cavabdeh ünvanladığı tarixi müəyyən edilməyən xəbərdarlığın surətindən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan Royalbank ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli is- 3318 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş aparılmışdır. Ləğv prosesində olan Royalbank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixinə ləğv prosesində olan Royalbank ASC-yə əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, cəriməyə görə 2129,97 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 1560,06 manat olmaqla cəmi borcu 7837,81 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı icrası müddəti xx.xx.2014-cü il tarixdə bitən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tələb etsə də, bağladığı müqavilənin əslini, kreditin verilməsini təsdiq edən məxaric orderinin əslini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, müddətin keçməsi ilə bağlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına xitam verildiyindən iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbləri təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə, yalnız məhkəməyə təqdim edilmiş sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ləğv prosesində olan Royalbank ASC-nin Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli is- 3318 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1560,06 manat 5% faiz borcu olmaqla cəmi 5707 manat kredit borcu, dövlət rüsumuna görə 77,07 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar