Məhkəmə qərarları › İş №2(001)-35/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-35/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-35/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, aralarında mülki mübahisəni davam etdirməmək barədə razılığa gəlmişlər, ona görə də ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdehlər isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə, iddia və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizələr və onlara əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar