Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3514/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızının iştirakı ilə İddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3 və Cavabdeh4 Məmməd qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5nun vərəsələri Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3 və Cavabdeh4 Məmməd qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 428,70 manat məbləğində əsas borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3 və Cavabdeh4 Məmməd qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış 12.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5na 24 ay müddətinə illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 1.600 manat məbləğində kredit verilmişdir. X5 kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. X5 08.12.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri 26 saylı notariat kontorunun məlumatına əsasən ondan miras qalmış əmlak (“X7 Prado” minik markalı, 90VH032 dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 1i ünvanında yerləşən 0.08 ha torpaq sahəsində ümumi sahəsi 246.5 kv.m, yaşayış sahəsi 158.9 kv.m, yardımçı sahəsi 87.6 kv.m ibarət olan fərdi yaşayış evindən ibarət) anası Cavabdeh4, atası Kərimov Məmməd Abbas oğlu, qızı Cavabdeh2 qızı, arvadı Cavabdeh1, tərəfindən qəbul edilmiş və onlara bu halı təsdiq edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı tərəfindən iddia üzrə cavabdeh qismində müəyyən edilmiş şəxslərə xəbərdarlıq məktubu göndərilərək, 12.03.2018-ci il tarixli kredit müqaviləsi üzrə X5nun borcunun yarandığı bildirilmiş və borcun 7 gün ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Lakin yaranmış borc məbləği bundan sonra da ödənilməmişdir. Cavabdeh1 iddiaçıya ərizə ilə müraciət edərək, həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün maddi imkanının olmadığını bildirmiş və borclunun ölümü səbəbi ilə öhdəliyə xitam verilməsini xahiş etmişdir. Hazırda iddiaçı 08.12.2019-cu il tarixdə ölmüş X5nun həmin müqavilə üzrə 413,11 manat əsas, vəfat etdiyi tarixə 15,59 manat məbləğində faiz, cəmi 428,70 manat məbləğində borcunun yarandığını iddia edərək, həmin məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3 və Cavabdeh4 Məmməd qızından tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, X5 12.03.2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da həmin müqavilənin tələblərini pozmuşdur. Onun ölümündən sonra ondan miras qalmış əmlakdan hazırda cavabdeh qismində müəyən edilmiş arvadı Cavabdeh1 və qızı Cavabdeh2 qızına, habelə cavabdeh qismində müəyyən edilməmiş Cavabdeh4 və Kərimov Məmməd Abbas oğluna pay ayrılmışdır. Cavabdeh qismində müəyyən edilmiş Cavabdeh3 və Cavabdeh4 Məmməd qızının (X5nun vərəsəsi olan Cavabdeh4 ilə iddia üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdeh4 Məmməd qızı başqa-başqa şəxslərdir) X5ndan miras qalmış əmlakın hər hansı hissəsinə vərəsəlik hüququ tanınmamışdır. Bu səbəbdən bu şəxslər X5nun ölümündən sonra mövcud olan borcunun ödənilməsi öhdəliyi daşıya bilməzlər və mövcud vəziyyətdə iddia üzrə tələb edilən kredit borcunu X5nun vərəsələri Cavabdeh1 və Cavabdeh2 qızı ödəməyə borcludurlar. Belə ki, cavabdehlər mirası (əmlakı) qəbul etmiş vərəsələr kimi onun əmlak hüquqlarını əldə etmişlər və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdilər. Bu baxımdan da bu cavabdehlər hazırda onun kreditoru qismində çıxış edən iddiaçı "xxxx" ASC-nin mənafelərini (yaranmış borcun ödənilməsini) təmin etməlidilər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən tədim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia qismən təmin edilməli, 413,11 manat məbləğində əsas, 15,59 manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından (onun qanuni nümayəndəsindən) paylarına mütənasib surətdə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.12.2018-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb iddiaçı tərəfindən tələb edilən bütün borc məbləğinin cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, X5nun həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə yaranmış borcuna görə cavabdehlərin məsuliyyətinin həddi yalnız mirasın həcmi araşdırıldıqdan sonra miras aktivinə mütənasib surətdə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə nəzərə alır ki, X5nun dörd vərəsəsi var. Lakin iddia üzrə cavabdeh qismində müəyyən edilmiş şəxslərdən yalnız ikisi, yəni Cavabdeh1 və Kərimli X5 Nəsimi Məmməd oğlunun vərəsəsidir. Lakin miras qalmış əmlak onun dəyəri baxımından borc məbləğinin cavabdeh qismində çıxış edən yalnız iki vərəsədən, yəni Cavabdeh1 və Cavabdeh2 qızından da tutulmasını mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 12.03.2018-ci il tarixli kredit müqaviləsi üzrə X5nun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından (onun qanuni nümayəndəsindən) paylarına mütənasib surətdə 413,11 manat məbləğində əsas, 15,59 manat məbləğində faiz, cəmi 428,70 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu,216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.03.2018-ci il tarixli kredit müqaviləsi üzrə X5nun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından (onun qanuni nümayəndəsindən) paylarına mütənasib surətdə 413,11 (dörd yüz on üç manat, on bir qəpik) manat məbləğində əsas, 15,59 (on beş manat, əlli doqquz qəpik) manat məbləğində faiz, cəmi 428,70 (dörd yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3514/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3514/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver