Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3533/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 15.06.2019-cu il tarixli və 22.10.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********88066 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********72817 olan Xiaomi Mi A3 markalı telefon almış, öhdəliyini icra etmədiyindən 454 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq 15.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 380 manat İMEİ kodu **********88066 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 250 manat olmaqla 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, 22.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 601 manat İMEİ kodu **********72817 olan Xiaomi Mi A3 markalı telefon üçün ümumilikdə 204 manat olmaqla 186 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya cəmi 567 manat ödəniş etmişdir. Ona görə də 15.06.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 228 manat, cəriməyə görə 22 manat, 22.10.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 186 manat, cəriməyə görə 18 manat olmaqla cəmi 454 manat borcun və dövlət rüsumuna görə 20 manatın Cavabdeh ABC Telecom MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 15.06.2019-cu il tarixli 00724022 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 380 manat İMEİ kodu **********88066 olan Samsung Galaxy A10 markalı telefonu ilkin ödənişsiz, 20 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 38 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. ABC Telecom MMC-nin 15.06.2019-cu il tarixli 00724022 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 20.07.2019-cu il tarixdən 20.02.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 19 manat olmaqla 20 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 15.06.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 00724022 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********88066 olan Samsung Galaxy A10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 22.10.2019-cu il tarixli 00999042 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 601 manat olan İMEİ kodu **********72817 olan Xiaomi Mi A3 markalı telefonu 43 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 61 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. ABC Telecom MMC-nin 22.10.2019-cu il tarixli 00999042 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 22.11.2019-cu il tarixdən 22.04.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 93 manat olmaqla 6 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 22.10.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 00999042 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********72817 olan Xiaomi Mi A3 markalı telefon tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı 25.08.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin 11.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh 15.06.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 228 manat, cəriməyə görə 22 manat, 22.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 186 manat, cəriməyə görə 18 manat olmaqla cəmi 454 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya 15.06.2019-cu il tarixli 00724022 saylı müqavilə üzrə əsas borca görə 228 manat cəriməyə görə 22 manat, 22.10.2019-cu il tarixli 00999042 saylı müqavilə üzrə əsas borca görə 186 manat cəriməyə görə 18 manat olmaqla cəmi 454 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 15.06.2019-cu il tarixli 00724022 saylı müqavilə üzrə əsas borca görə 228 manat, cəriməyə görə 22 manat, 22.10.2019-cu il tarixli 00999042 saylı müqavilə üzrə əsas borca görə 186 manat, cəriməyə görə 18 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 474 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3533/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3533/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver