Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-355/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC X4 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC X4 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X4 Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC X4 Təşkilatının nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, İddiaçı QSC X4 Təşkilatı ilə Cavabdeh arasında iki xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli kredit müqavilələri bağlanmış və onun birinci müqavilə üzrə 7906,60 manat, ikinci müqavilə üzrə isə cəmi 1729,33 manat borcu qalmışdır. Cavabdeh müqavilələr əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və ona görə də, İddiaçı QSC X4 Təşkilatı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir, borcun olmasını inkar etmir, lakin halhazırda pandemiya ilə əlaqədar iş yeri bağlı olduğuna görə gəlir əldə edə bilmir və ona görə də, borclarının ödənilməsi gecikdirilib. Bu ondan asılı olan səbəblərdən baş verməyib. İş yeri açılan kimi borcun ödənilməsini təmin edəcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Filialı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə illik 10% ödəmək şərtilə 10000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Filialı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərtilə 2000 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, xx.xx.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh Banka əsas borcu 6974 manat, faiz borcu 933,44 manat; xx.xx.2014-cü il tarixli müqavilə üzrə isə əsas borcu 1348,68 manat, faiz borcu 380,65 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iki müqavilə üzrə 8322,22 manat əsas borc, 1313,71 manat faiz borcu olmaqla, cəmi 9635,93 manat borc tutularaq İddiaçı QSC X4 Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iki müqavilə üzrə 8322,22 manat əsas borc, 1313,71 manat faiz borcu olmaqla, cəmi 9635,93 (doqquz min altı yüz otuz beş manat doxsan üç qəpik) manat məbləğində borc və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC X4 Təşkilatının xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-355/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-355/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver