Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-357/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2365 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 2695 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İbnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent xx.xx.2020-ci il tarixli, 2020B36 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” imzalanmış və tərəflər arasında imzlanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixində Zenner markalı, G-4 mexaniki tipli, **********0 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək), “Qazdan istifadə qaydaları”ının 6.5-ci bəndinin (qazpaylaycı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçəqaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, ilk olaraq 30 may 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1702AZ**********67 zavod nömrəli qaz sayğacı (xx.xx.2019-cu il tarixli, ******* nömrəli sayğac quraşdırma aktı əsasında əvəzlənib) yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. MSK-29/1710- 0150-8 nömrəli laboratoriya rəyin əsasən həmin ünvandan çıxarılmış G-4 markalı 1702AZ**********67 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan dəymiş ziyanın bərpası məqsədilə qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 394,20 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 30 may 2019-cu il tarixli, ******* saylı akt əsasında 394,20 manat, 28 iyun 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31 iyul 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 20 avqust 2019cu il tarixli akt əsasında 32,40 manat, 30 avqust 2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30 dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30 yanvar 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28 fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat olmaqla, 1714,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin AGİS və GASREP üzrə saldosuna diqqət etdikdə görünür ki, əvvəlki dövrdən istehlak edilmiş qazın dəyərinin tam ödənilməməsi ilə əlaqədar yaranmış borc və aktlar üzrə borcun bir hissəsi ümumilikdə 719,90 manat AGİS bazasından GASREP programına keçirilmiş, borca görə 110,20 manat məbləğində tutulmalar nəzərə alınmaqla ümumilikdə 609,70 manat qalıq borc 2020-ci ilin V ayında GASREP-dən AGİS bazasına qaytarılmışdır. (719,90- 110,20=609,70) Beləliklə cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bugünki gün üçün İddiaçı İB-nə, borca görə tutulmalar və cari borcu da nəzərə alınmaqla ümumilikdə 2365 manat məbləğində borcu qalmaqdadır. (aktlar üzrə 1714,20 + cari borc 41,20+609,70=2365) Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı İB ilə Cavabdeh arasında 05 mart 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2020B36 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
6. **********800000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qaz sərfiyyatı üzrə borcu 2018-ci il üçün 607,40 manat, 2019-cu il tarixinə 2,20 manat təşkil edir.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 may 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
8. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid Binəqədi rayonu, Binəqədi kəndi, Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış cəmi 3942 kub.m görə məbləğin ödənilməsi tələb olunmuşdur.
9. İddiaçı İB qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-0150-8 nömrəli laboratoriya rəyin əsasən Binəqədi rayonu, Binəqədi kəndi, Şirvani küçəsi, ev 8 ünvanından çıxarılmış G-4 markalı 1702AZ**********67 zavod nömrəli qaz sayğacının klapanının və çıxış plastmas borusunun sınıq olduğu, sayğacın hesablama mexanizinin keçən qazın həcminin qeyd etmədiyi, sayğacın element yuvasının qapağına vurulan plomb metrologiya plombu ilə eyni olduğu, sayğacın yaddaş arxivi oxunduğu, sayğacın istismar müddətində Alarm 1 rejimi aşkar olunmadığı qeyd edilmişdir.
10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03 may 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvanda G-4 İtron tipli, 1702AZ**********67 zavod nömrəli qaz sayğacı çıxarılmış, sayğacın plombsuz olduğu qeyd edilmişdir. Həmçinin əlavə olaraq, sayğacın çıxış borusunun deşik olması, klapanının sınıq olduğu, sayğaca bir neçə dəfə müdaxilə edildiyi üçün sayğac çıxarılmışdır. Akt həmçinin istehlakçının nümayəndəsi tərəfindən də imzalanmışdır.
11. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 iyun 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
12. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 31 iyul 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
14. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
15. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 avqust 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
16. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3024 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
17. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 avqust 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
18. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
19. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
20. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
21. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
22. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
23. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29 noyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
24. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
25. 29 noyabr 2019-cu il tarixli 1246 saylı aktdan görünür ki, Binəqədi rayonu, Şirvani küçəsi, ev 8 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt qaynaqla kəsilmişdir.
26. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 dekabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
27. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2520 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
28. 30 dekabr 2019-cu il tarixli 1378 saylı aktdan görünür ki, Binəqədi rayonu, Şirvani küçəsi, ev 8 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt ləğv edilmişdir.
29. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
30. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2520 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
31. 30 yanvar 2020-ci il tarixli 1468 saylı aktdan görünür ki, Binəqədi rayonu, Şirvani küçəsi, ev 8 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt ləğv edilmişdir.
32. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
33. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2520 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
34. 28 fevral 2020-ci il tarixli 1561 saylı aktdan görünür ki, Binəqədi rayonu, Şirvani küçəsi, ev 8 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt ləğv edilmişdir.
35. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 05 mart 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
36. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 05 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Talıbov Məhyəddinə aid Binəqədi rayonu, Binəqədi kəndi Şirvani küçəsi, ev 8 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 420 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
37. 05 mart 2020-ci il tarixli 1712 saylı aktdan görünür ki, Binəqədi rayonu, Şirvani küçəsi, ev 8 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt ləğv edilmişdir.
38. Sonuncu dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 28 iyun 2022-ci il tarixli, 10/4073 saylı ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(001)- 357/2022 saylı mülki iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, qərardadda ünvan 1 ünvanına sayğacdan kənar qoşulmanın olub-olmamasının müəyyən edilməsinə dair sual qoyulmuşdur. Məlumatda qeyd edilir ki, kommunal xidmət (qaz,su,elektrik) xəttlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyildir. Əvvəllər qanunsuz (sayğacdankənar) qoşulma hallarının müvcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparılması metodiki baxımından mümkün deyildir.
39. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
40. İddiaçı ilə Cavabdeh arasında 05 mart 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2020B36 saylı müqavilə bağlanmışdır.
41. Müqaviləyə əsasən istehsalçı Cavabdeh fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir.
42. Cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
43. Belə ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1702AZ**********67 zavod nömrəli qaz sayğacı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında çıxarılmışdır və sayğac çıxarılan zaman sayğacın çıxış borusunun deşik olduğu, klapanın sınıq olduğu müəyyən edilmişdir. Bundan sonra abonentin fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar qazdan istifadə faktı aşkar edilmiş və bu barədə 30 may 2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin aktın əsasında isə 394.2 manat məbləğində dəymiş ziyanın həcmi hesablanmışdır.
44. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, iddiaçı 30 may 2019-cu il tarixli, ******* saylı akt əsasında 394,20 manat, 28 iyun 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31 iyul 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 20 avqust 2019-cu il tarixli akt əsasında 32,40 manat, 30 avqust 2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30 dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30 yanvar 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28 fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat olmaqla, 1714,20 manat məbləğində maddi zərərin ödənilməsini cavabdehdən tələb edir. İddiaçı tərəfindən qeyri-müəyyən şəraitdə qanunsuz qoşulmanı əks etdirən foto şəkillər çəkilmişdir.
45. Gasrep adlı sənəddən və iddiaçının nümayəndəsi, vəkilinin izahatları illə müəyyən edilir ki, 719,90 manat AGİS bazasından GASREP programına keçirilmiş, borca görə 110,20 manat məbləğində tutulmalar nəzərə alınmaqla ümumilikdə 609,70 manat qalıq borc 2020-ci ilin beşindi ayında GASREP-dən AGİS bazasına qaytarılmışdır.
46. Beləliklə cavabdehə aktlar üzrə 1714,20 manat, + cari borc kimi 41,20 manat və + qalıq borc kimi 609,70 manat olmaqla ümumilikdə 2365 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Eyni zamanda həmin maddəsin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təbii ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
50. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
51. Bundan başqa tərəflər arasında bağlanmış 05 mart 2020-ci ildə 2020B36 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
52. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
53. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilənlər cavabdehin sayğacdan kənar istifadə etməklə təbii qazı talaması qənaətini formalaşdırır. Belə ki, əvvəla abonentin sayğacı çıxarıldıqdan sonra laboratoriya yoxlanışı aparılmış və sayğaca müdaxilə olduğu müəyyən edilmişdir. Bundan əlavə sayğac çıxarıldıqdan sonra abonentin dəfələrlə sayğacdan kənar təbii qazdan istifadəsi aşkar edilmişdir. Eyni zamanda abonentin 2015-ci ildən etibarən hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir. Göstərilənlər cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı qənaətə gəlmək üçün kifayət qədər tutarlı əsaslardır.
54. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını xx.xx.2019-cu ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 12 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur.
55. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 il 3 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.
56. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
57. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
58. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
59. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, qoşulma faktı ilk dəfə 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 30 may 2019-cu il tarixli ******* saylı AKT-a münasibətdə əsaslı hesab edilməlidir.
60. Bundan başqa iddiaçı cavabdehdən əvvəlki dövrlərdən istehlak edilən qazın dəyərinin tam ödənilməməsi səbəbindən yaranmış ümumilikdə 719,90 manat borcun, 110,20 manat tutulmalar nəzərə alınmaqla, qalıq qalmış 609,70 manat borcun tutulmasını xahiş edir.
61. Əvvəlki illərə görə qalıq qalmış 609,60 manat məbləğində borc abonentin saldosuna 2020-ci ilin may ayında daxil edilmişdir. Gasrep adlı sənəddən görünür ki, istehlakçıya 2012-ci ilin iyul ayından qalıq borc hesablanmağa başlanılmış, sonuncu dəfə 2015-ci ildə 0,1 manat qalıq borc qeyd edilmiş, 2018-ci ilə kimi qalıq borc hesablanmamış, 2018-ci ilin fevral ayında həmin məbləğ 607,5 manat, 2019-cu ilin may ayında 609,7 manat göstərilmişdir.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
63. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
64. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
65. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.
66. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
67. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə edilən ödənişlər vaxtaşırı ödəniş hesab ediliyindən, yəni faktiki olaraq 2012-ci il tarixindən hesablanan və birbaşa 2018-ci ilin fevral ayında abonentin hesabına daxil edilən 609,70 manat borc məbləğinə tələb hüququ Mülki Məcəllənin 551-ci maddəsinin tələbi baxımından 5 il müddət keçdikdən sonra itirildiyindən, yaranmış öhdəliyə xitam verilir.
68. Həmçinin cavabdehdən tələb edilən 41,20 manat borca münasibətdə məhkəmə qeyd edir ki, abonentin saldosundan görünür ki, 2020-ci ilin mart ayında qaz sərfiyyatına görə istehlakçının 41, 20 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
70. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
71. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
72. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır;
73. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
74. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh sayğacdan kənar təbii qazdan istifadəyə görə dəymiş ziyanın əvəzi olaraq 394,20 manat və təbii qazdan istifadəyə görə 41,20 manat olmaqla, ümumilikdə 435,4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
75. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməli, hüquqi xidmət göstərilməsi üçün nümayəndəyə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutulması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən əsassız hesab edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Sayğacdan kənar təbii qazdan istifadəyə görə dəymiş ziyanın əvəzi olaraq 394,20 manat və təbii qazdan istifadəyə görə 41,20 manat olmaqla, ümumilikdə 435,4(dörd yüz otuz beş manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev