Məhkəmə qərarları › İş №2(001)-3582/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3582/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3582/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 04R000012818S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 2207,78 manat ödəmiş, onun 292,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd olunanlara əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1572 gün üçün hesablanmış faiz borcu 382,81 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1572 gün üçün hesablanmış cərimə 685,09 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 04R000012818 saylı kredit razılaşması üzrə 292,22 manat kredit borcu, 382,81 manat faiz borcu və 685,09 manat cərimə borcu olmaqlacəmi 1360,12 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 20000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılaşmaları əsasında istənilən məbləğ 60 ay, xx.xx.2018-ci il tarixdən gec olmayaraq verilməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 2500 manat olan krediti aylıq faiz dərəcəsi 2,5% olmaqla 15 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli 04R000012818S saylı sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması əsasında kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə xx.xx.2014-cü il tarixli ödəniş planınından müəyyən olunur ki, borcalan Cavabdeh1 aldığı borcu xx.xx.2015-ci il tarixədək faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüş, zamin Cavabdeh3 həmin ödəniş planı ilə tanış olaraq razı olmasını öz imzası ilə təsdiq etmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixli ödəniş planınından müəyyən olunur ki, borcalan Cavabdeh1 aldığı borcu xx.xx.2016-cı il tarixədək faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04S000010063 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04S000007924 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borcalan Cavabdeh1 xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli 3046 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2020-ci il tarixli 3047 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli 3048 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borca görə 292,22 manat, faiz borcuna görə 382,81 manat, cərimə borcuna görə 685,09 manat olmaqla cəmi 1360,12 manat borcu vardır. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə xx.xx.2016-ci il tarixə əsas borca görə 292,22 manat, faiz borcuna görə 14,34 manat, cərimə borcuna görə 319,02 manat olmaqla cəmi 625,58 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla borcalan Cavabdeh1 bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı QSC-yə xx.xx.2014-cı il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə əsas borca görə 292,22 manat, həmin razılaşmanın qüvvədə olduğu müddətə 14,34 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının borcalana qarşı əsas borca görə 292,22 manat, həmin razılaşmanın qüvvədə olduğu müddətə 14,34 manat faiz borcu tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin tələb olunan borca görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilə şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə xx.xx.2014-cı il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə cəriməyə görə borcalandan 30 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı QSC-nin borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması tələbi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, bu cavabdehlərlə bağlanan zaminliyə xitam verildiyindən iddiaçının bu tələbi əsassızdır və bu səbəbdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Tərəflər arasında bağlanan zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər borc verənə borc alanın, yalnız xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermiş, kredit xətti müqaviləsində kreditin hansı faizlə verildiyi müəyyən edilməmiş, kredit xətti ilə ayrılan kreditin şərtlərinin tərəflər arasında bağlanacaq ayrıca razılaşma əsasında müəyyən ediləcəyi razılaşdırılmış, zamin Cavabdeh3 xx.xx.2014-cü il tarixli ödəniş planınını imzalasa da, kreditin qaytarılması müddətinin uzadılmasına dair xx.xx.2015ci il tarixli ödəniş planı zaminlər tərəfindən imzalanmamışdır. Göründüyü kimi kreditin hansı faizlə verilməsi kredit xətti müqaviləsində göstərilmədiyi, sonradan bağlanan razılaşmaya görə zaminlərin razılığı alınmadığı üçün zaminliyə, zaminlərin məsuliyyətinin artması əsası ilə xitam verildiyindən borc verənin də zaminlərə qarşı müştərək qaydada borc tələbini irəli sürmək hüququna xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli 04R000012818 saylı kredit razılaşması üzrə əsas borca görə 292,22 manat, faiz borcuna görə 14,34 manat, cəriməyə görə 30 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 366,56 manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar