Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3597/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43037 İphone 12 Pro max markalı telefon üçün 3878 manat ödənilməmiş hissə, 1200 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Qabyuyan LG üçün 1488 manat ödənilməmiş hissə, 445 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Tozsoran Thomas, Mİ X3 2 üçün 246 manat ödənilməmiş hissə, 49 manat dəbbə pulu olmaqla, ümumilikdə 7306 manat borc və 93,06 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixlərdəki müqavilələrinə əsasən, İMEİ kodu **********43037 olan iphone 12 Pro Max, qabyuyan LG, tozsoran Thomas, Tozsoran Thomas, Mİ X3 2 almış və nəticədə 7306 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 4514,4 manat (18 ay x 250,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43037 İphone 12 Pro max markalı telefon üçün 5078 manat olmaqla, ondan 3878 manat ödənilməmiş hissə, 1200 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1913,4 manat (18 ay x106,3 manat +0 manat ilkin ödəniş) olan Qabyuyan LG üçün 1933 manat olmaqla, ondan 1488 maat ödənilməmiş hissə, 445 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1006,8 manat (12 ay x 83,9 manat +0 manat ilkin ödəniş) olan tozsoran Thomas, Mİ X3 2 üçün 295 manat olmaqla, ondan 246 manat ödənilməmiş hissə, 49 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1822,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanıbsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşəın öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəolikləri icra etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli, №22043287 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1006,80 manat olan Tozsoran Thomas, Mİ X3 2 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 83,90 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 25 dekabr 2020-ci il, sonuncu ödəniş tarixi 25 noyabr 2021-ci il müəyyən edilmişdir.
6. 13 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22043287 saylı saylı müqaviləyə əsasən Tozsoran Thomas, Mİ X3 2 məhsulları qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, №22195791 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4514,40 manat olan İMEİ kodu **********43037 İphone 12 Pro max markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 250,80 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 23 fevral 2021-ci il, sonuncu ödəniş tarixi 23 iyul 2022-ci il müəyyən edilmişdir.
8. 08 yanvar 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22195791 saylı saylı müqaviləyə əsasən İMEİ kodu **********43037 İphone 12 Pro max markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, №22211830 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1913,40 manat olan LG markalı qabyuyan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 106,30 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 14 fevral 2021-ci il, sonuncu ödəniş tarixi 14 iyul 2022-ci il müəyyən edilmişdir.
10. 14 yanvar 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22211830 saylı saylı müqaviləyə əsasən LG markalı qabyuyanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
11. 21 aprel 2022-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 246 manat əsas, 49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3878 manat əsas, 1200 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1488 manat əsas, 445 manat dəbbə pulu olmaqla, ümumilikdə 7306 manat məbləğində borcu vardır.
12. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;
13. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 93,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 13 noyabr 2020-ci il tarixli, №22043287 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və 12 ay müddətinə aylıq 83,9 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.
15. Hazırda iddiaçı 13 noyabr 2020-ci il tarixli, №22043287 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 246 manat, dəbbə borcuna görə 49 manat pul vəsaitinin tutulmasını tələb edir.
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 08 yanvar 2021-ci il tarixli, №22195791 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyanı cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 250,8 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.
17. Hazırda iddiaçı 08 yanvar 2021-ci il tarixli, №22195791 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 3878 manat, dəbbə borcuna görə 1200 manat pul vəsaitinin tutulmasını tələb edir.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 yanvar 2021-ci il tarixli, №22211830 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 106,3 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.
19. Hazırda iddiaçı 14 yanvar 2021-ci il tarixli, №22211830 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 1488 manat, dəbbə borcuna görə 445 manat pul vəsaitinin tutulmasını tələb edir.
20. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.
21. İddiaçı tərəfindən 93,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
30. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
31. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
32. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
33. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.
34. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
35. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, üç müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hər 3 müqavilə üzrə ümumilikdə hesablanmış 1694 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
36. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hər üç müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1) 13 noyabr 2020-ci il tarixli, №22043287 saylı müqavilə üzrə 15 manat, 2) 08 yanvar 2021-ci il tarixli, №22195791 saylı müqavilə üzrə 200 manat, 3) 14 yanvar 2021-ci il tarixli, №22211830 saylı müqavilə üzrə 75 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
44. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
45. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 246 manat, cərimə borcuna görə 15 manat, 2) 08 yanvar 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 3878 manat, cərimə borcuna görə 200 manat, 3) 14 yanvar 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 1488 manat, cərimə borcuna görə 75 manat olmaqla, ümumilikdə 5902 manat məbləğində pul vəsaiti və iddia qismən təmin edildiyindən 75 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 246 (iki yüz qırx altı) manat, cərimə borcuna görə 15 (on beş) manat, 2) 08 yanvar 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat, cərimə borcuna görə 200 (iki yüz) manat, 3) 14 yanvar 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 1488 (bir min dörd yüz səksən səkkiz) manat, cərimə borcuna görə 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 5902 (beş min doqquz yüz iki) manat məbləğində pul vəsaiti və 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev