Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3621/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********31483 Samsung J2 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Electrolux markalı kondisioner, HP markalı komputer, Hoffman Led markalı televizor üçün 2340 manat ödənilməmiş hissə, 624 manat dəbbə, ümumilikdə 3373 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3403 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il il tarixli müqaviləyə əsasən, cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti 3120 manat olan Electrolux kondisioner yeni qızıl zəmanət ilə, HP markalı kompüter və Hoffmann Led markalı televizoru ilkin ödənişsiz, 24 ay müddətinə, ayda 130 manat ödəmək şərti ilə almışdır. Cavabdeh həmçinin, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420 manat olan İMEİ kod **********31483 Samsung J2 markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 35 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 780 manat ödədikdən sonra 2340 manat əsas, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 105 manat ödədikdən sonra 315 manat əsas, borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 885 manat təşkil edir. Müqavilə şərtlərinə əsasən, cavabdə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 624 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 94 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeh arasında bağlanmışxx xxxx 2018-ci il tarixli, K00200241 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 3120 manat olan Electrolux kondisioner yeni qızıl zəmanət ilə, HP markalı kompüter və Hoffmann Led markalı televizor Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 24 ay ərzində, hər ay 130 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh K00200241 saylı müqaviləyə əsasən Electrolux kondisioner yeni qızıl zəmanət ilə, HP markalı kompüter və Hoffmann Led markalı televizoru tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeh arasında bağlanmışxx xxxxxxxx 2018-ci il tarixli, K00289453 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 420 manat olan Samsung J2 markalı telefon yeni qızıl zəmanət ilə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində, hər ay 35 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh K00289453 saylı müqaviləyə əsasən Samsung J2 markalı telefonu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2340 manat əsas borcu, 624 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 315 manat əsas borcu, 94 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətiilə bağladığı xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətiilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Eyni Məcəllənin 1000.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 1000.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 3120 manat olan Electrolux kondisioner, HP markalı kompüter və Hoffmann Led markalı televizor, dəyəri 420 manat olan Samsung J2 markalı telefon almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 624 manat, xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 94 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 2340 manat əsas borc üzrə 624 manat, 315 manat əsas borc üzrə 94 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 624 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat, 94 manat məbləğində hesablanmış cərimə məbləğinin 10 (on) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətiilə bağlanmış xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2340 manat əsas borc, 50 manat dəbbə pulu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 315 manat əsas borc, 10 manat dəbbə pulu alınaraq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2340 manat əsas borc, 50 manat dəbbə pulu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 315 manat əsas borc, 10 manat dəbbə pulu, cəmi 2715 (iki min yeddi yüz on beş) manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3621/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3621/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver