Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3631/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 11 iyun 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********69768 XİAOMİ REDM1 12C markalı telefon üçün 362.94 (üç yüz altmış iki manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 36.06 (otuz altı manat altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, tarixli müqaviləsinə əsasən, İmei kod **********01885 XİAOMİ POCO M5 markalı telefon üçün 246.06 (iki yüz qırx altı manat altı qəpik) manat ödənilməmiş hissə, 24.94 (iyirmi dörd manat doxsan dörd qəpik) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA üçün 137.18 (yüz otuz yeddi manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 13.82 (on üç manat səksən iki) manat cərimə, ümumilikdə 821 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "ABC TELECOM’' MMC ilə xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********69768 XİAOMİ REDMİ 12C markalı telefon, İmei kod **********01885 XİAOMİ POCO M5 markalı telefon, SOYUDUCU TOSHİBA almış və nəticədə 821 (səkkiz yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 544.44 (beş yüz qırx dörd manat qırx dörd qəpik) manat (12 ay x 45.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69768 XİAOMİ REDMİ 12C markalı telefon üçün ümumilikdə 399 (üç yüz doxsan doqquz) manat olmaqla ondan 362.94 (üç üyz altmış iki manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.06 (otuz altı manat altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 796.56 (yeddi yeddi yiiz doxsan altı manat əlli altı qəpik) manat (12 ay x 66.38 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01885 XİAOMİ POCO M5 markalı telefon üçün ümumilikdə 271 (iki yiiz yetmiş bir) manat olmaqla ondan, 246.06 (iki yüz qırx altı manat altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.94 (iyirmi dörd manat doxsan dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1839.96 (min səkkiz yüz otuz doqquz manat doxsan altı qəpik) manat (18 ay x 102.22 manat + 0 manat ilkin ödəniş) olan SOYLDUCU TOSHİBA üçün ümumilikdə 151 (yüz əlli bir) manat olmaqla ondan, 137.18 (yüz otuz yeddi manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.82 (on üç manat səksən iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2434.78 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2023-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 544.44 manat olan İmei kod **********69768 XİAOMİ REDMİ 12C markalı telefon almış, 12 ay müddətinə aylıq 45.37 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 796.56 manat olan İmei kod **********01885 XİAOMİ POCO M5 markalı telefon almış, 12 ay müddətinə aylıq 66.38 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 796.56 manat olan SOYUDUCU TOSHİBA almış, 18 ay müddətinə aylıq 102.22 manat ödəmək şərti ilə kreditlə almışdır. - 24.04.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə ümumilikdə 821 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 362.94 manat ödənilməmiş hissə, 36.06 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 246.06 manat ödənilməmiş hissə, 24.94 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 137.18 manat ödənilməmiş hissə, 13.82 manat cərimə, ümumilikdə 821 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3631/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3631/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver