Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3639/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 28.08.2020-ci il tarixli müqaviləyə əsasən X3 10 (İMEİ kodu **********68639) markalı telefon üçün 1179 manat ödənilməmiş hissə, 117 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən X2 üçün 171 manat ödənilməmiş hissə, 17 manat cərimə olmaqla, cəmi 1484 manat borcun və 34,84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ABC-Telecom” MMC Cavabdeh arasında 17.01.2020-ci il tarixli və 28.08.2020-ci il tarixli müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh X3 10 (İMEİ kodu **********68639) markalı telefon və X2 almış, nəticədə 1484 manat borc yaranmışdır. Cavabdehin 17.01.2020-ci il tarixli və 28.08.2020-ci il tarixli müqavilələri üzrə olan borcu 17.03.2021-ci il tarixində 01 saylı əlavə ilə restrukturizasiya edilmişdir. Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 28.08.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 17.03.2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh alqısatqı qiyməti 1253,24 manat olan X3 10 (İMEİ kodu **********68639) markalı telefonu ilkin 36,86 manat, 33 ay müddətinə, hər ay 36,86 manat ödəmək şərti ilə almış, nəticədə ümumilikdə 1179 manat ödənilməmiş hissə, 117 manat cərimə borcu yaranmışdır. 17.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 17.03.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 229,44 manat olan X1 28,68 manat ilkin ödəniş, 7 ay müddətinə, hər ay 28,68 manat ödəmək şərti ilə almış, nəticədə ümumilikdə 171 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1484 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 132,68 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış 28.08.2020-ci il tarixli və 17.01.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında telefon danışığı, həmçinin göndərdikləri 24.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit edilmiş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 12 may 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17.01.2020-ci il tarixdə bağlanmış 20042766 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 55,3 manat ödəmək şərti ilə, dəyəri 663,6 manat olan X2 satmışdır. İş materiallarına əlavə edilmiş 17.03.2021-ci il tarixli əlavə sazişdən görünür ki, 17.01.2020-ci il tarixdə bağlanmış 20042766 nömrəli müqavilənin ödəmə cədvəli ləğv edilib yeni ödəmə şərtləri müəyyən edilərək, həmin ödəniş şərtlərinə əsasən qalıq qalmış 220,60 manat borcun ilkin ödəniş 28,68 manat olmaqla, 7 ay müddətinə, hər ay 28,68 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 17.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X2 Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 28.08.2020-ci il tarixdə bağlanmış 21119796 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 27 manat ilkin, 18 ay müddətinə, hər ay 63 manat ödəmək şərti ilə, dəyəri 1161 manat olan X3 10 (İMEİ kodu **********68639) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş 17.03.2021-ci il tarixli əlavə sazişdən görünür ki, 28.08.2020-ci il tarixdə bağlanmış 21119796 nömrəli müqavilənin ödəmə cədvəli ləğv edilib, yeni ödəmə şərtləri müəyyən edilərək, həmin ödəniş şərtlərinə əsasən qalıq qalmış 1071 manat borcun ilkin ödəniş 36,86 manat olmaqla, 33 ay müddətinə, hər ay 36,86 manat ödənilməsi razılaşdırılır. İş materiallarına əlavə edilmiş 28.08.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X3 10 (İMEİ kodu **********68639) markalı telefon Cavabdeh təhvil verilmişdir. İşə materiallarına əlavə edilmiş 26 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə 28.08.2020-ci il tarixli müqavilə üzrə 1179 manat əsas, 117 manat faiz, 17.01.2020-ci il tarixli müqavilə üzrə 171 manat əsas borc və 17 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 28.08.2020-ci il tarixli və 17.01.2020-ci il tarixli müqavilələrə 17.03.2021-ci il tarixdə 01 saylı əlavədən irəli gələn öhdəliklər ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış 28.08.2020-ci il tarixli və 17.01.2020-ci il tarixli müqavilələr və müqavilələrə edilmiş əlavələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 28.08.2020-ci il tarixli müqavilə üzrə 1179 manat əsas borc və 117 manat cərimə borcu, 17.01.2020-ci il tarixli müqavilə üzrə 171 manat əsas borc və 17 manat cərimə borcu alınaraq İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 34,84 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli müqavilə üzrə 1179 (bir min bir yüz yetmiş doqquz) manat məbləğində əsas borc, 117 (bir yüz on yeddi) manat məbləğində cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə 171 (bir yüz yetmiş bir) manat məbləğində əsas borc, 17 (on yeddi) manat məbləğində cərimə borcu və 34,84 (otuz dörd manat 84 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1518,84 (bir min beş yüz on səkkiz manat, 84 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3639/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3639/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver