Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3658/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat aliment tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla cavabdeh X8 nikahı 2017-ci ildə pozulmuş və birgə nigahılarından olan 24.10.2004-cü il təvəllüdlü X11, 04.08.2006-cı il təvəllüdlü X12 və 11.08.2009-cu il təvəllüdlü X15 onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(001)-4491/19 saylı qətnaməsinə əsasən ona 3 uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat alimentin alınıb verilməsi qət edilmişdir. Artıq həmin qətnamənin qəbulundan iki ilə yaxın bir vaxt keçmişdir. Bu müddət ərzində uşaqlar böyümüş uşaqların yaşlarına uyğun tələbatları artmaqla yanaşı istehlak bazalarında qiymətlər dəyişmişdir. O, hal-hazırda 3 uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşaqlarına heç bir yardım göstərmir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və yaxşı gəlir əldə edir. Lakin cavabdehin gəlirləri barədə o, hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Ona görə də 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat alimentin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X16 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə onun oğlunun nikahı 2017-ci ildə pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqlar analarının yanında saxlanılmışdır. Tərəflərin birgə nikahdan olan uşaqların saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(001)-4491/19 saylı qətnaməsinə əsasən cavabdeh hər ay hər uşağın saxlanılması üçün 130 manat olmaqla cəmi 390 manat aliment ödəyir. Cavabdehin hazırda aliment borcu yoxdur, belə ki, alimentin ödənilməsində o da oğluna maddi köməklik göstərir. Cavabdeh ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan 13.08.2018-ci il təvəllüdlü X14 anadan olmuşdur. Cavabdehin maddi vəziyyəti yaxşı deyil, heç bir yerdə işləmir, aliment təyin olunandan sonra cavabdehin qazancında gəlirlərində heç bir artım olmayıb, nəvələrinin saxlanılması üçün təyin olunan alimenti o, öz pensiyasından ödəyir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Kürdəmir İHB-nin Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.10.2004-cü il tarixli AZ-İ № 520767 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 24.10.2004-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 60 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Kürdəmir İH-nin Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.08.2006-cı il tarixli AZ-İ № 810793 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 04.08.2006-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 57 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2010-cu il tarixli AZ-İİ № 457025 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 11.08.2009-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 690 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.06.2017-ci il tarixli AZ-İ № 258495 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına Kərimova soyadı verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14768/2019 saylı 18.12.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4491/2019 saylı 05.07.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14768/2019 saylı 18.12.2019-cu il tarixli qətnaməsindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4491/2019 saylı 05.07.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1139/2018 saylı 05.10.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər bir uşağa görə hər ay 130 manat olmaqla, cəmi 390 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rakurs-S MMC-nin 17.04.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X11 12.03.2021-ci il tarixindən EDU Company Təhsil Şirkətində abituriyent hazırlığı üzrə kurs keçir, hal-hazırki dövrə kimi kursu davam edir, kursun aylıq ödənişi 170 manat təşkil edir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.09.2018-ci il tarixli AZ-İİ № 283803 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 25.09.2018-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 273 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Bəşirova soyadı verilmişdir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.09.2018-ci il tarixli AZ-İV № 140308 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14 13.08.2018-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 897 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X4r. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanların saxlanmaları üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas aliment ödəyən şəxsin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 24.10.2004-cü il təvəllüdlü X5, 04.08.2006-cı il təvəllüdlü X7 və 11.08.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat aliment tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3658/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3658/2021
06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver