Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3662/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh tərəfindən Baki Şəhəri, Biləcəri Bələdiyyəsinin 02 dekabr 2005-ci il tarixli, 904 saylı qərarı ilə ona məxsus olan 350 kv metr torpaq sahsindən sahiblik və istifadə hüquqlarının hayata keçirilməsinə yaradılmış manelərin aradan qaldırılması, o, cümlədən hasarın bərpa edilməsinə yönəlmiş qanunsuz hərəkətlərin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, Cavabdeh ilə aralarındakı mübahisə öz həlli yolunu tapdığından, məhkəmədə işin davam etməsinə ehtiyac olmadığından iddianın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabadeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, 2004-cü ildə ona torpaq almaq üçün zəng vurublar. Cavad Hüseyn müəllimlə 2000 min dollara torpaq danışığı edib sənədi olmadan almışdır. Torpaqda üstü açıq yarımçıq tikili olmuşdur. 2 il susuz, qazsız, işıqsız orda yaşamışdır. Təmir elətdirməyə pulu olmamışdır. Təkcə Bələdiyyə işçisindən qiymətləndirmə ilə bağlı sənəd almışdır. O, hal-hazırda da həmin evdə yaşayır. Bir müddət sonra ona məlum olmuşdur ki, torpağa dair başqasına sənəd verilmişdir. Sonra onun razılığı olmadan gəlib hasar çəkilmişdir. Fevral ayında Korrupsiyaya müraciət etmişlər.Evdə heç kim olmayanda 2 bələdiyyə işçisi gəlib hasarı sökmüşlər. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, MPM-nin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə, o cümlədən 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3662/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3662/2024
06.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver