Məhkəmə qərarları › İş №2(001)-3689/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3689/2022

17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3689/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2018-ci il tarixdən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 04 avqust 2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ah 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Elektron məhkəmə sistemindən müəyyən edilir ki, Cavabdeh Şərur rayonu, Axura kəndində qeydiyyatdadır. Elektron məhkəmə sistemindən müəyyən edilir ki, iddiaçı özü isə ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsində isə faktiki olaraq Bakı şəhəri ünvan 2 ünvanında yaşadığını qeyd etmişdir. Görünən odur ki, iddiaçı MPM-nin 36-cı maddəsinin tələbinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Halbuki Mülki- Prosessual Məcəllə iddiaçının seçiminə görə aidiyyət qaydalarını iddiaçının yaşadığı yerə münasibətdə müəyyən etmişdir. Qanunvericinin bu mövqeyi himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan valideynlərin məhkəməyə əlçatımlılığının təmin edilməsindən irəli gəlmişdir. Lakin, iddiaçı iddia ərizəsində Bakı şəhəri Abşeron rayonu ərazisində yaşadığını qeyd etməsinə baxmayaraq, onun yaşamadığı, lakin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmişdir. Halbuki qanunvericilik iddiaçıya ya yaşadığı, ya da cavabdehin rəsmi qeydiyyata alındığı ünvan üzrə məhkəməyə müraciət etmək imkanını təsbit etmişdir. Qanunvericilik iddiaçıya həm qeydiyyata alındığı(lakin yaşamadığı) yerin, həm də yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququ verməmişdir. İddiaçının qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək imkanı MPM-nin 36.5-ci maddəsinin tələbi baxımından onun qeydiyyatda olduğu yer üzrə yaşadığı hallarda mümkündür. Bu kimi hallar prosessual qanunvericiliyin yaratdığı imkanlardan sui-istifadəyə gətirib çıxartdığına görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmalıdır ki, yaşadığı yer üzrə məhkəməyə müraciət edəcəyi zaman bununla bağlı müvafiq sənəd də iddia ərizəsinə əlavə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar