Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3689/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 11 iyun 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG TV üçün 1842.98 (bir min səkkiz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 184.02 (yüz səksən dörd manat iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********51032 SAMSUNG GALAXY A03 MARKALİ TELEFON üçün 72.01 (yetmiş iki manat bir qəpy manat ödənilməmiş hissə, 7.99 (yeddi manat doxsan doqquz qəpj manat cərimə Ümumilikdə 2107 manat borc, 41.07 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG TV, İMEİ KOD **********51032 SAMSUNG GALAXY A03 MARKALİ TELEFON almış və nəticədə 2107 (iki min yüz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2600.04 (iki min altı yüz manat dörd qəp) manat (18 ay x 138.98 manat + 98.4 manat ilkin ödəniş) SAMSUNG TV üçün ümumilikdə, 2027 (iki min iyirmi yeddi) manat olmaqla ondan, 1842.98 (bir min səkkiz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 184.02 (yüz səksən dörd manat iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 449.04 (dörd yüz qırx doqquz manat dörd qəpik) manat (12 ay x 37.42 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********51032 SAMSUNG GALAXY A03 MARKALİ TELEFON üçün ümumilikdə, 80 (səksən) manat olmaqla ondan, 72.01 (yetmiş iki manat bir qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.99 (yeddi manat doxsan doqquz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1134.09 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 2600.04 (iki min altı yüz manat dörd qəp) manat (18 ay x 138.98 manat + 98.4 manat ilkin ödəniş) SAMSUNG TV kreditlə almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 449.04 (dörd yüz qırx doqquz manat dörd qəpik) manat (12 ay x 37.42 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********51032 SAMSUNG GALAXY A03 MARKALİ TELEFON kreditə almışdır. - 23 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1842,98 manat əsas, 184,02 manat cərimə borcu olmaqla, ümumilikdə 2027 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 72,01 manat əsas, 7,99 manat cərimə borcu olmaqla, ümumilikdə 80 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 5107 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1842,98 manat ödənilməmiş hissə, 184,02 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə 72,01 manat ödənilməmiş hissə, 7,99 manat cərimə olmaqla, ümumilikdə 2107 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 4107 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3689/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3689/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver