Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3706/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1550 manat əsas, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə Cavabdeh oğlu arasında müqavilə balanaraq, “Hyundai Sonata” markalı **-RP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən 08.07.2020-ci il tarixdən 09 iyul 2020-ci il tarixədək icarəyə vermişdir. Cavabdeh icarəyə verdikləri avtomobilin təhvil müddəti başa çatdıqda, avtomobilin başqa şəxs tərəfindən ofisə gətirildiyini görmüşlər. Avtomobilin sağ aşağı buferi yırtılmış vəziyyətdə olmuşdur. Cavabdeh 1000 AZN depozit, (icarə müqaviləsi 3.3), 250 AZN sağ aşağı bufer yırtıldığına görə, 300 AZN avtomobili digər şəxsə verdiyinə görə (icarə müaviləsi 3.6) ümumilikdə 1550 manat borcu yaranmışdır. Qəza törədilən vaxt Cavabdeh sözügedən məbləği tezliklə İddiaçı MMC-yə qaytaracağına söz vermişdir . Lakin indiyə kimi cavabdeh həmin məbləği qaytarmağa heç bir cəhd göstərmir. Borcun tam ödənilməsiylə bağlı dəfələrlə cavabdehlərə müraciət etsələr də, cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobili digər şəxsə verdiyinə görə 300 manat, buferin zədələnməsinə görə 250 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 28 sentyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, X5 İddiaçı MMC-yə ona məxsus olan bütün daşınar əmlakı üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı 28.09.2024-ci ilədək etibar etmişdir. İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanan 08 iyul 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən mülkiyyət hüququ ilə ona məxsus olan 2010-cu il buraxılışlı, BAN № KMNEB41BBBA179986, **-RP-*** dövlət qeydiyat nişanlı, “Hyundai Sonata” markalı avtomaşını icarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Bu müqavilə üzrə icarəyıə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasənn 18000 manat dəyərində qiymətləndirilir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi təhvil-təslik aktına uyğun olmalıdır. Avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə, qüsurların aradan qaldırılması xərcləri hesablanır və icarəçi tərəfindən dərhal ödənilir. İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən İcarəçi avtonəqliyyat vasitəsinin hər 1 sutkası üçün 80 manat ödəyir. Müqavilənin 3.6-cı maddəsinə əsasən avtinəqliyyat vasitəsi (bu müqavilənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş razılıq olmadan) 3-cü şəxslərin istifadəsində olarsa, icarəçi hər hal üzrə 300 manat cərimə ödəyəcək və avtonəliyyat vasitəsi icarəçidən geri götürülərək birtərəfli qaydada müqaviləyə xitam verəcək. Müavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə 09 iyul 2020-ci il tarixinədək qüvvədədir. 09 iyul 2020-ci il tarixli təhvil təslim aktından görünür ki, X4 09 iyul 2020-ci il tarixində, saat 22:10 radələrində BAN № KMNEB41BBBA179986, **-RP-*** dövlət qeydiyat nişanlı, “Hyundai Sonata” markalı avtomaşını İddiaçı MMC-yə təhvil vermişdir. Təhvil verilən zaman təhvil-təslim aktında maşınln sağ aşağı buferinin cırılması qeyd edilmişdir. Fərdi sahibkar İ.Y.Şabanov tərəfindən verilən18 fevral 2021-ci il tarixli qüsur aktından görünür ki, X3 məxsus olan **-RP-*** dövlət qeydiyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə dəyən zərər 250 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh **-RP-*** dövlət qeydiyat nişanlı, “Hyundai Sonata” markalı avtomobili Azərbaycan Respubliaksının ərazisində gecə və gündür, həmçinin bayram və bazar günlərində idarə olunması üçün 08 iyul 2020-ci il tarixli yol vərəqi verilmişdir. 30 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 08 iyul 2020-ci il tarixində bağlanan icarə müqaviləsinə əsasən, icarəyəverən onun faktiki sahibliyində olan 2010-cu il buraxılışlı, BAN № KMNEB41BBBA179986, **-RP-*** dövlət qeydiyat nişanlı, “Hyundai Sonata” markalı avtomobili yol vərəqəsi əsasında idarə etməsi üçün icarəçi Cavabdeh sahiblik və istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti bitdikdə avtomobil MMC-yə Cavabdeh tərəfindən yox, X4 tərəfindən təhvil verilmişdir. Həmçinin avtomobil təhvil verilən zaman avtomobilin sağ aşağı buferi cırılmış vəziyətdə olmuş və qüsur akı tərtib edilərək avtomobilə dəymiş zərər 250 manat həddində müəyyən edilmişdir. MMC tərəfində borcun ödənilməsi barədə icarəçiyə məlumat və xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh tərəfində borc ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia qaldırlması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəçi müqavilə öhdəliklərini-müqavilənin 3.6-cı bəndinin tələblərini pozmuş, yəni avtonəqliyyat vasitəsini razılıq olmadan 3-cü şəxlərin istifadəsinə vermişdir. Təhvil-təslim aktından da, göründüyü kimi avtomobil MMC-yə Cəfərli Pünhan Əlisa oğlu tərəfindən təhvil verilmişdir. Bu səbəbdən ondan 300 manat cərimə tələb edilməsi üçün əsas yaranmışdır. Həmçinin avtomobil təhvil verilərkən saz vəziyyətdə olmamış və sağ aşağı buferində cırılma olmuşdur. Halbuki, yuxarıda qeyd olunan müqavilənin 2.2.4-cü maddəsində qeyd edilmişdir ki, İcarəçi avtomobili geri təhvil verərək avtonəqliyyat vasitəsi Təhvil təslim 1 aktına uyğun olmalı, avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə, qüsurların aradan qaldırılması xərcləri hesablanmalı və icarəçi tərəfindən dərhal ödənilməlidir. İşin faktiki hallarından da müəyyən edildiyi ki, avtomobilin digər şəxsə verilməsi ilə, yanaşı avtomobilə vurulmuş zərər aradan qaldırılmamış və tərtib edilmiş qüsur aktına əsasən avtomobilin buferinin təmiri üçün dəymiş zərər 250 manat dəyərində qiymətləndirilmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, vurduğu zərərin əvəzini və müqavilə şərtlərini pozduğuna görə ödəməli olan cəriməni iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4-cü iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul vəsaiti, habelə 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3706/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3706/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver