Məhkəmə qərarları › İş №2(001)-373/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-373/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-373/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. S.S.Axundov küçəsi 5 saylı evin 65 saylı mənzilinin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. S.S.Axundov küçəsi 5 saylı evin 65 saylı mənzilinin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh imzaladıqları barışıq sazişinin şərtlərinə əsasən hazırki barışıq sazişi Cavabdeh və İddiaçı tərəfindən şəxsən imzalandıqdan və ünvan 1 ünvanı üzərinə qoyulmuş həbs (məhdudiyyət) götürüldükdən sonra 5 ay ərzində mübahisəli mənzilin satışından əldə olunmuş vəsaitdən Cavabdeh 45000 (qırx beş min) manatı keçmiş arvadı İddiaçı ödəməyi öhdəsinə götürmüş, İddiaçı Cavabdeh qarşı mənzilə birgə mülkiyyət hüququnun tanınması tələbinə dair Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsindən imtina edir, gələcəkdə Cavabdeh qarşı birgə yaşayış dövründə əldə edilmiş hər hansı daşınar və ya daşınmaz əmlakla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasından imtina edir, İddiaçı isə iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-369/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi və hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan apellyasiya şikayətindən imtina edir. İddiaçı ünvan 1 ünvanına azyaşlı uşaqları ilə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasından imtina edir. İddiaçı tərəflər arasında mübahisəli mənzil olan ünvan 1 ünvanına məhkəmənin qərardadı ilə və ya digər formada qoyulmuş həbsin (məhdudiyyətin) götürülməsinə etiraz etmir. Bu saziş tərəflər imzaladıqdan, notarial təsdiq edildikdən və Binəqədi Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvəyə minir. Bu saziş 4 nüsxədə tərtib olunmuşdur. Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır. Saziş təsdiq edildikdən sonra İddiaçı və Cavabdeh hər ikisi hazırki mülki iş üzrə icraata xitam veniməsinə etiraz etmir və tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərinə əməl etmədikdə saziş qüvvədən düşmüş hesab olunur. Məhkəmə iclasında İddiaçı məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmasını, barışıq sazişinin 9-cu bəndi 8-ci bəndinə zidd olduğundan yəni sazişin tərəflər arasında icra olunmadığı halda qüvvədən düşməsinə dair hissəsinin təmin olunmamasını, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmasını, barışıq sazişinin 9-cu bəndi 8-ci bəndinə zidd olduğundan yəni sazişin tərəflər arasında icra olunmadığı halda qüvvədən düşməsinə dair hissəsinin təsdiq olunmamasını, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, sazişin 9-cu bəndinin sazişin tərəflər arasında icra olunmadığı halda qüvvədən düşməsinə dair hissəsi istisna olmaqla, təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. S.S.Axundov küçəsi 5 saylı evin 65 saylı mənzilinin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair 2(001)- 373/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Barışıq sazişinin şərtləri: 1.1.Barışıq sazişi Cavabdeh və İddiaçı şəxsən özləri tərəfindən imzalandıqdan və ünvan 1 ünvanı üzərinə qoyulmuş həbs (məhdudiyyət) götürüldükdən sonra 5 ay ərzində mübahisəli mənzilin satışından əldə olunmuş vəsaitdən Cavabdeh 45000 (qırx beş min) manatı İddiaçı ödəməyi öhdəsinə götürür. 1.2.İddiaçı Cavabdeh qarşı mənzilə birgə mülkiyyət hüququnun tanınması tələbinə dair Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsindən imtina edir, gələcəkdə Cavabdeh qarşı birgə yaşayış dövründə əldə edilmiş hər hansı daşınar və ya daşınmaz əmlakla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. 1.3.İddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasından imtina edir, İddiaçı isə iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-369/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi və hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan apellyasiya şikayətindən imtina edir. 1.4.İddiaçı ünvan 1 ünvanına azyaşlı uşaqları ilə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasından imtina edir. 1.5.İddiaçı tərəflər arasında mübahisəli mənzil olan ünvan 1 ünvanına məhkəmənin qərardadı ilə və ya digər formada qoyulmuş həbsin (məhdudiyyətin) götürülməsinə etiraz etmir. 2.Barışıq sazişinin hüquqi nəticələri: 2.1.Bu saziş tərəflər imzaladıqdan, notarial təsdiq edildikdən və Binəqədi Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvəyə minir. 2.2.Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır. 2.3.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icraatın başlanılması üçün əsasdır. 2.4.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. 2.5.İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. S.S.Axundov küçəsi 5 saylı evin 65 saylı mənzilinin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair 2(001)-373/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar