Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3732/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “X15” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X15” MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X15” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 24.649 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,“X15” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. xx xxxxxxx 2017-ci il tarixli, 441-K nömrəli əmr ilə baş satıcı, xx xxxxxx 2017-ci il tarixli, 565-K əmrə əsasən adminstrator vəzifəsinə keçirilmişdir. xx xxxx 2019-cu il tarixli, 269-K saylı əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxx 2019-cu il tarixdə Oba - ULD Sabunçu mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx xxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 24.797 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 24.797 manat borcdan 148 manat ödəniş etmiş, qalıq borc 24.649 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh mağazaya mallar gətirilərkən özü müvafiq sənədləri imzalamaqla həmin malları qəbul edir. Mağazada işləyən digər şəxslərlə də X12 barədə müqavilə bağlanılır, lakin cavabdeh mağazanın administratoru olduğuna görə əsas məsuliyyət onun üzərindədir. Cavabdehin istirahət günləri də olur, mağazada mühafizəçilər də işləyir və video müşahidə də aparılır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyək bildirdi ki, ona qarşı qaldırılmış iddia tamamilə əsassızdır. Belə ki, onun iddiaçı şirkətə hər hansı məbləğdə borcu yoxdur. Dəfələrlə mağazada oğlurluqlar olur, lakin şirkət bu hadisələri araşdırmır, sonra da məsuliyyəti işçilərin üzərinə atır. Ona görədə iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, o, mağazaya gələn malları özü imzalamaqla qəbul edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, vurulmuş zərərin əsası kimi xx xxxx 2019-cu il tarixli inventarizasiya aktı əsas gətirilmişdir. Həmin akt isə mötəbər sübut sayıla bilməz. Belə ki, həmin aktı imzalayan şəxslərdən bəziləri iddiaçı şirkətin əməkdaşları deyil. Bundan əlavə, iddia olunan zərər işəgötürən tərəfindən xx xxxx 2019-cu il tarixində aşkar edilmişdir. İddia olunan zərərin aşkarlanma anından iddia ərizəsinin verilmə anına qədər 1 ildən çox müddət keçmişdir. Lakin qanunvericiliyə əsasən fərdi əmək mübahisələri zamanı işəgötürən işçinin vurduğu maddi zərərə görə zərərin aşkar olunduğu andan etibarən maksimum bir il müddətində iddia ilə müraciət edə bilər. Buna görə də, iddiaçı “X15” MMC-nin cavabdehə qarşı maddi zərərin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: “X15” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli Əmək Müqaviləsinin və 139-K nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir; “X15” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “X12” haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı və işəgötürənə zərər vurmamağı öhdəsinə götürmüşdür; “X15” MMC üzrə xx xxxxxxx 2017-ci il tarixli 441-K nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir; xx xxxxxxx 2017-ci il tarixli “X9”dən görünür ki, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdən “X15” MMC-nin Satış Əməliyyatları Şöbəsinin baş satıcı vəzifəsinə keçirilmişdir; “X15” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli “X12” haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı və işəgötürənə zərər vurmamağı öhdəsinə götürmüşdür; xx xxxxxx 2017-ci il tarixli “X9”dən və 565-K nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən “X15” MMC-nin Satış Əməliyyatları Şöbəsinə Administrator vəzifəsinə keçirilmişdir; “X15” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli “X12” haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı və işəgötürənə zərər vurmamağı öhdəsinə götürmüşdür; “X15” MMC üzrə xx xxxx 2019-cu il tarixli 269-K nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, son haqqhesab kimi istifadə edilməmiş 41,14 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir; “X15” MMC-nin Satınalma şöbəsinin müdiri X4, komissiyanın üzvləri – “xxxxxxxxxxxxxxxx” MMC-nin İnventarizasiya şöbəsinin müdiri X7, baş mühasib X1, “xxxxxxxxxx” MMC-nin Təftiş və Hüquq Departamentinin stışa nəzarət şöbəsinin və “xxxxxxxxxxxxxxxx” MMC-nin Təftiş şöbəsinin müdiri X3, Satış şöbəsinin müdiri Abasov Nizam Adıgözəl oğlu tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli imtina akıtndan görünür ki, rəhbərliyin tapşırığı ilə “X15” MMC-nin Sabunçu rayonu, Məmmədəliyev küçəsi ünvanında yerləşən “Sabunçu” (125) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx xxxx 2019-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs inventarizasiyanın aparılmasında və nəticəsinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. “X15” MMC-nin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 24.797 manat çatışmazlıq müəyyən edilmiş, qeyd edilən məbləğdən 148 manat Cəmiyyətin xəzinəsinə mədaxil edilmiş, 24.649 manat borc qalmışdır. “X15” MMC-nin xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx xxxx 2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində aşkar olunmuş faktiki qalıq borc 24.649 manat məbləğində maddi ziyanın ödənilməsi təklif edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra iddiaçının xx xxxxxxx 2017-ci il əmri ilə cavabdeh baş satıcı vəzifəsinə, xx xxxxxx 2017-ci il tarixli əmri ilə isə xx xxxxxx 2017-ci il tarixdən administrator vəzifəsinə təyin edilmişdir. xx xxxx 2019-cu il tarixdə iddiaçının OBA Sabunçu (125) mağazasında inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 24.797 manat dəyərində malların çatışmazlığı müəyyən edilmiş, qeyd edilən məbləğdən 148 manatı cavabdeh tərəfindən iddiaçı şirkətin xəzinəsinə mədaxil edilmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın ödənilməmiş 24.649 manatını tələb edir, cavabdeh isə iddia əsassız olduğundan, habelə ərizə təqdim etməklə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqdavurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X12 daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən ona etibar edilən əmlakı qoruyub saxlamağı üzərinə götürmüşdür. Məhkəmə iclasında tərəflərin izahatları ilə də müəyyən edilmişdir ki, mağazaya daxil olan mallar cavabdeh tərəfindən imza edilməklə qəbul edilmiş, hətta cavabdeh tərəfindən dəymiş ziyanın bir qismi – 148 manat da iddiaçıya ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia əsaslıdır. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməniniddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən xx xxxx 2019cu il tarixdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 il müddəti keçdikdən sonra – xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı “X15” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “X15” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3732/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3732/2020
28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver