Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3736/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (bundan sonra BDYPİ) qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 24 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BDYPİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 14400 manat məbləğində zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq müsadirə olunmuş nəqliyyat vasitəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində 23 avqust 2020-ci il tarixdən 28 dekabr 2020-ci il tarixədək avtomobilindən istifadə edə bilmədiyinə görə hər günün hər saatına 10 manat olmaqla ümumilikdə 30720 manat zərərin, avtomobilə yeni akumlyator almalı olduğundan ona ödənilmiş 70 manatın, polis əməkdaşının tələbi ilə avtomobili Şıxov ərazisindən Qaradağ rayonunda yerləşən duracağa aparması üçün sərf etdiyi yanacaq xərci olaraq 10 manatın, avtomobil duracaqda qızmar günəş altında qaldığı üçün təkərlərin nasaz hala qalması səbəbindən yenisi ilə əvəz olunması üçün tələb olunan 400 manatın, kosmetik təmiri üçün 1000 manat, məhkəmə xərcləri və dayanacaq xərclərinin, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində 23 avqust 2020-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək avtomobilindən istifadə edə bilmədiyinə görə hər günün hər saatına 10 manat olmaqla ümumilikdə 42480 manat zərərin, avtomobilə yeni akumlyator almalı olduğundan ona ödənilmiş 70 manatın, polis əməkdaşının tələbi ilə avtomobili Şıxov ərazisindən Qaradağ rayonunda yerləşən duracağa aparması üçün sərf etdiyi yanacaq xərci olaraq 10 manatın, avtomobil duracaqda qızmar günəş altında qaldığı üçün təkərlərin nasaz hala qalması səbəbindən yenisi ilə əvəz olunması üçün tələb olunan 400 manatın, avtomobilin kosmetik təmiri üçün 1000 manat, məhkəmə xərcləri və dayanacaq xərclərinin, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manatın cavabdehdən tutularaq ona ödənilməsi, əmlakının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində 23 avqust 2020-ci il tarixdən 19 may 2021-ci il tarixədək avtomobilindən istifadə edə bilmədiyinə görə hər günün hər saatına 10 manat olmaqla ümumilikdə 64800 manat zərərin, avtomobilə yeni akumlyator almalı olduğundan ona ödənilmiş 70 manatın, polis əməkdaşının tələbi ilə avtomobili Şıxov ərazisindən Qaradağ rayonunda yerləşən duracağa aparması üçün sərf etdiyi yanacaq xərci olaraq 10 manatın, avtomobil duracaqda qızmar günəş altında qaldığı üçün təkərlərin nasaz hala qalması səbəbindən yenisi ilə əvəz olunması üçün tələb olunan 600 manatın, avtomobilin kosmetik təmiri üçün 2000 manat, məhkəmə xərcləri və dayanacaq xərclərinin, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 20000 manatın cavabdehdən tutularaq ona ödənilməsi, əmlakının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabedin əməkdaşları qanunsuz hərəkət edərək ona pul tələbi qoyaraq təqib etmiş, mülkünü müsadirə edərək mülkiyyətindən istifadə hüququnu pozmuş, beləliklə ona maddi, mənəvi, fiziki zərər vurmuşlar. Onun cavabdehə etdiyi yazılı müraciətlərə baxılmamışdır. 27 aprel 2019-cu il tarixdə cavabdehə 11 ədəd məktub göndərmiş, məktubların göndəriş qəbzləri iddia ərizəsinə əlavə olunmuşdur. 23 avqust 2020-ci il tarixdə cavabdehə faksla, dəfələrlə DİN-in 102 xidmətinə müraciət etmiş, bugünədək müraciətlərinə cavab verilməmişdir. Müraciətinin məzmunu isə o olmuşdur ki, 23 avqust 2020-ci il tarixdə, ictimai nəqliyyatın işləmədiyi dövrdə cavabdehin əməkdaşları Səngəçal postu adlanan yerə təhkim olunmaqlarına baxmayaraq, qanunsuz olaraq Səbail rayonu ərazisində Dostluq parkı yaxınlığında ona məxsus nəqliyyat vasitəsini saxlayaraq ödənilməmiş cərimələrinin olduğunu bildirmişlər. O, Qanunun hansı tələbinə əsasən onu dayandırdığını polis əməkdaşından soruşsa da, sonuncu ona məhəl qoymayıb avtomobilin duracağa aparılmalı olduğunu bildirmişdir. Həmin vaxt avtomobildə ondan başqa arvadı da olmuş, o, polis əməkdaşına yaşlı ata-anasına, qardaşlarına və özünə ərzaq almaq məqsədi ilə “meyvəli bazarı”na getməli olduğunu bildirsə də, sonuncu ona məhəl qoymamış, avtomobili cərimə meydançasına sürməsini tələb etmişdir. Cavabdehə etdiyi çoxsaylı müraciətlərdən sonra ona verilən cavabda qeyd olunmuşdu ki, “QAZ-3110” markalı, **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobilin 02.11.2017. İXM-in 469,3 MMX5759308, 15.12.2017. İXM-in 469.3 MMX 6041959, 24.01.2018. İXM-in 469.3 MMX6295640, 25.03.2018. İXM-in 469.3 MMX6683968 elektron sənəd şəklində çıxarılan inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuş, cərimə məbləği qanunla müəyyən edilmiş əsaslar olmadan 2 ay müddətində onun tərəfindən ödənilmədiyinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul olunmuşdur. Nəqliyyat vasitəsinin saxlanması ilə bağlı qərar qəbul etmək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmək haqqında qanun deməkdir. X1 146.1-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra 1 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 3-4 il müddətin keçdiyini dilə gətirməyərək cavabdeh həqiqəti gizlətməyə çalışır. Həmçinin, barəsində tərtib olunmuş MMX ******* saylı protokol üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə müddət ötdüyündən icraata xitam verilmiş, digər protokollar üzrə isə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmışdır. Belə olan halda hansı əsasla cavabdeh onun avtomobilini cərimə meydançasına yerləşdirmişdir, məlum deyil. İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Belə aydın olur ki, 2-3 il müdətində bu fotolardan istifadə olunması nəzərdə tutulmur. Həmin Məcəlləinin 122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Belə aydın olur ki, cavabdehin əməkdaşları qanunsuz olaraq onu təqib etmişdir. Beləliklə, cavabdehin əməkdaşları qanunsuz olaraq onun avtomobilini müsadirə etmiş, mülkiyyətindən istifadə hüquqlarını pozmuş, beləliklə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarında olan: - BDYPİ-nin İddiaçı ünvanlandırdığı 06 oktyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Qaz-3110” markalı, **-XT-*** dövlət qeydiyyat nşanlı avtomobilin 02.11.2017, 15.12.2017, 24.01.2018 və 25.03.2018-ci il tarixlərdə “Yol hərəkəti haqqında” Qanunun 30 və 37-ci maddələrinin tələblərinə zidd olaraq qanunvericiliklə müəyyən edilmiş müddətə illik texniki baxışa təqdim etmədən və sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadan idarə olunması halları foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 339.1-1 və 469.3-cü maddələri üzrə barənizdə inzibati xəta haqqında elektron protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin DYP Şöbəsinə göndərilmişdir. Qeyd olunan protokollarla bağlı barənizdə inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuş, cərimə məbləğləri qanunla müəyyən edilmiş əsaslar olmadan 2 ay müddətində tərəfinizdən ödənilmədiyindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul olunmuşdur. Siz 23.08.2020-ci il tarixdə nəqliyyat vasitəsini Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 14-cü km.-də idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən, yol-patrul xidməti əməkdaşı tərəfindən dayandırılaraq yol hərəkətində iştirakdan kənarlaşdırılmış, idarə etdiyiniz nəqliyyat vasitəsi mühafizə olunan müvəqqəti duracağa yerləşdirilmişdir. - BDYPİ-nin 18 aprel 2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, MMX6041959 nömrəli protokolla bağlı qəbul edilmiş qərarla müəyyən edilmiş cərimə qərar qanuni qüvvəyə mindiyi 2 ay müddətində icra edilmədiyindən “Qaz 3110” minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. - BDYPİ-nin 18 aprel 2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, MMX5759308 nömrəli protokolla bağlı qəbul edilmiş qərarla müəyyən edilmiş cərimə qərar qanuni qüvvəyə mindiyi 2 ay müddətində icra edilmədiyindən “Qaz 3110” minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. - BDYPİ-nin 12 iyun 2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, MMX6294640 nömrəli protokolla bağlı qəbul edilmiş qərarla müəyyən edilmiş cərimə qərar qanuni qüvvəyə mindiyi 2 ay müddətində icra edilmədiyindən “Qaz 3110” minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. - BDYPİ-nin 01 sentyabr 2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, MMX6683968 nömrəli protokolla bağlı qəbul edilmiş qərarla müəyyən edilmiş cərimə qərar qanuni qüvvəyə mindiyi 2 ay müddətində icra edilmədiyindən “Qaz 3110” minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 3(009)- 801/2018 saylı qərarından görünür ki, İddiaçı barəsində tərtib olunmuş MMX6041959 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin olunmuş cərimənin ödənilməməsi ilə bağlı onun barəsində İnzibati Xətala Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə icraata cəlbetmə üçün prosessual müddət ötdüyündən xitam verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 3(009)- 51/2019 saylı qərarından görünür ki, İddiaçı barəsində tərtib olunmuş MMX6295640 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin olunmuş cərimənin ödənilməməsi ilə bağlı onun barəsində İnzibati Xətala Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 3(009)- 852/2019 saylı qərarından görünür ki, İddiaçı barəsində tərtib olunmuş MMX6683968 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin olunmuş cərimənin ödənilməməsi ilə bağlı onun barəsində İnzibati Xətala Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı ona məxsus “QAZ-3110” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 02.11.2017. İXM-in 469,3 MMX5759308, 15.12.2017. İXM-in 469.3 MMX 6041959, 24.01.2018. İXM-in 469.3 MMX6295640, 25.03.2018. İXM-in 469.3 MMX6683968 elektron sənəd şəklində çıxarılan inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuş, cərimə məbləği qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul olunmuş, barəsində tərtib olunmuş MMX ******* saylı protokol üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə müddət ötdüyündən icraata xitam verilmiş, digər protokollar üzrə isə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmışdır. İddiaçı qeyd olunan qərarlarla əlaqədar cavabedin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edərək ona qarşı maddi və mənəvi zərərin dəyməsi ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etmişdir, fiziki zərər vurmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. - 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin dövlət 1100-cı maddəsinə əsasən dövlət orqanlarının, orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.04.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.”. İddiaçı ona cavabdeh dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsinə əsaslansa da məhkəmə hesab edir ki, hazırkı halda tərəflər arasında münasibətlər “QAZ-3110” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02.11.2017. İXM-in 469,3 MMX5759308, 15.12.2017. İXM-in 469.3 MMX 6041959, 24.01.2018. İXM-in 469.3 MMX6295640, 25.03.2018. İXM-in 469.3 MMX6683968 elektron sənəd şəklində çıxarılan inzibati tənbeh vermə haqqında qərarlardan yaranmış, həmin qərarlardan İXM-in 469.3 MMX 6041959, 24.01.2018. tarixli qərar mübahisələndirilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərarı ilə müddət ötdüyündən icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 3(009)-51/2019 saylı qərarından görünür ki, İddiaçı barəsində tərtib olunmuş MMX6295640 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin olunmuş cərimənin ödənilməməsi ilə bağlı onun barəsində İnzibati Xətala Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 3(009)-852/2019 saylı qərarından görünür ki, İddiaçı barəsində tərtib olunmuş MMX6683968 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin olunmuş cərimənin ödənilməməsi ilə bağlı onun barəsində İnzibati Xətala Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin əməkdaşlarının **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02.11.2017. İXM-in 469,3 MMX5759308, 15.12.2017. İXM-in 469.3 MMX 6041959, 24.01.2018. İXM-in 469.3 MMX6295640, 25.03.2018. İXM-in 469.3 MMX6683968 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan irəli gələn qanunsuz hərəkətlərinin olması nə yuxarıda qeyd olunan məhkəmə aktlarında, nə iddiaçı tərəfindən təqdim edilən iş materialları, nə də ki, məhkəmə araşdırılması ilə müəyyən edilmədiyindən iddia maddi zərərin əvəzinin tutulması hissəsində təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqanın əməkdaşlarının inzibati xətalar haqqında işlər üzrə icraatdan kənar hər hansı qanunsuz hərəkətin (hərəkətsizliyin) mövcudluğuna istinad edirsə bu halda həmin mübahisəyə mülki məhkəmə icraat qaydasında deyil Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 maddəsində müəyyən edilmiş müvafiq iddia növü üzrə inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququna malikdir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu, zərərin əvəzinin 20000 manat təşkil etdiyini göstərsə də, mənəvi zərərin konkret nədən ibarət olmasını, habelə, zərərin miqdarının 20000 manat olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsinə dair dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3736/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3736/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver