Məhkəmə qərarları › İş №2(001)-3749/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3749/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3749/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pultələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans markalı tv altı üçün 288 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, xx xxxxxx 2018ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı çay dəsti üçün 53 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Xiaomi Mi band 3 markalı saat üçün 160 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, xx xxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********22462 Samsung J2 markalı telefon üçün 124 manat ödənilməmiş hissə 37 manat dəbbə pulu, xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı kondisioner üçün 715 manat ödənilməmiş hissə 181 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********40339 X7 7 markalı telefon üçün 580 manat ödənilməmiş hissə 174 manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor, Hoffmann markalı musiqi mərkəzi üçün 1.242 manat ödənilməmiş hissə 237 manat dəbbə pulu, xx xxx 2019-cu il tarxili müqaviləsinə əsasən, LG markalı kinoteatr üçün 810 manat ödənilməmiş hissə 162 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor, Shosman markalı qazan dəsti üçün 708 manat ödənilməmiş hissə 212 manat dəbbə pulu, ümumilikdə 5.811 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5.841 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxx 2019-cu il, xx xxxxxx 2018-ci il, xx xxx 2019-cu il, xx xxxxxxx 2018-ci il, xx xxxx 2018-ci il, xx xxxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxxxxx 2018-ci il tarixlərindəki müqavilələrinə əsasən Alyans markalı tv altı, Hoffmann markalı çay dəsti, 2 ədəd Xiaomi Mi band 3 markalı saat, İMEİ kod **********22462 Samsung J2 markalı telefon, Hoffmann markalı kondisioner, İMEİ kod **********40339 X7 7 markalı telefon, 2 ədəd Samsung Led markalı televizor, Hoffmann markalı musiqi mərkəzi, LG markalı kinoteatr, Shosman markalı qazan dəsti almış və nəticədə 5.811 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 manat(12 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan Alyans markalı tv altı üçün ümumilikdə, 352 manat olmaqla ondan 288 manat ödənilməmiş hissə, (0.24 x 270 gün)64 manat dəbbə pulu,xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.698 manat(12 ay x 14 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı çay dəsti üçün ümumilikdə 69 manat olmaqla ondan, 53 manat ödənilməmiş hissə, (0.14 x 120 gün)16 manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 manat(12 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Xiaomi Mi band 3 markalı saat üçün ümumilikdə 208 manat olmaqla ondan, 160 manat ödənilməmiş hissə, (0.16 x 300 gün)48 manat dəbbə pulu, xx xxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 manat(12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********22462 Samsung J2 markalı telefon üçün ümumilikdə 161 manat olmaqla ondan, 124 manat ödənilməmiş hissə, (0.31 x 120 gün)37 manat dəbbə pulu, xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.320 manat(24 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı kondisioner üçün ümumilikdə 896 manat olmaqla ondan, 715 manat ödənilməmiş hissə, (0.55 x 330 gün)181 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 697 manat(12 ay x 58 manat + 1 manat ilkin ödəniş) olan İMEİ kod **********40339 X7 7 markalı telefon üçün ümumilikdə 754 manat olmaqla ondan, 580 manat ödənilməmiş hissə, (0.58 x 300 gün)174 manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.422 manat(18 ay x 79 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor, Hoffmann markalı musiqi mərkəzi üçün ümumilikdə 1.479 manat olmaqla ondan, 1.242 manat ödənilməmiş hissə, (0.79 x 300 gün)237 manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 manat(18 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan LG markalı kinoteatr üçün ümumilikdə 972 manat olmaqla ondan, 810 manat ödənilməmiş hissə, (0.45 x 360 gün)162 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.062 manat(18 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor, Shosman markalı qazan dəsti üçün ümumilikdə 920 manat olmaqla ondan, 708 manat ödənilməmiş hissə, (0.59 x 360 gün)212 manat dəbbə pulu hesablanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, “xxxxxxxxxxx” MMC-yə olan borclarını xəstələndiyinə görə ödəyə bilməmişdir. O, yaxşı müştəri olduğu üçün və ödənişləri vaxtı-vaxtında etdiyi üçün ona bu qədər mal verilmişdir. O, əsas borc ilə razıdır, lakin cərimələr çox hesablanmışdır. Ona görə də məhkəmədən cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxx 2018-ci il tarixli, K00200853 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.320 manat olan HOFFMANN FAAC-18/WEV markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №K00200853 saylı müqaviləyə əsasən HOFFMANN FAAC-18/WEV markalı məhsul tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxxxx 2018-ci il tarixli, 00331290 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 372 manat olan Samsung J2 2018 DS (J250) markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00331290 saylı müqaviləyə əsasən Samsung J2 2018 DS (J250) markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxxxxxxxxx” MMCdən təhvil almışdır. “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, 00363778 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.062 manat olan Samsung LED UE32N5300AUXRU markalı məhsul, qazan dəsti SHOSMAN 13 X8 Pembe 4 mm Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00363778 saylı müqaviləyə əsasən Samsung LED UE32N5300AUXRU markalı məhsulu, qazan dəsti SHOSMAN 13 X8 Pembe 4 mm tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, 00379433 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 168 manat olan Keramik Çay dəsti HOFFMANN KKT1720 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00379433 saylı müqaviləyə əsasən Keramik Çay dəsti HOFFMANN KKT1720 markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00571672 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 697 manat olan X7 7 4GB/64GB markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00571672 saylı müqaviləyə əsasən X7 7 4GB/64GB markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00640944 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.422 manat olan Samsung LED 43NU7140UXRU markalı məhsul, Musiqi mərkəzi HOFFMANN TS-50 Space Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00640944 saylı müqaviləyə əsasən Samsung LED 43NU7140UXRU markalı məhsulu, Musiqi mərkəzi HOFFMANN TS-50 Space tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00659186 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 192 manat olan 2 ədəd Xiaomi Mi band 3 markalı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00659186 saylı müqaviləyə əsasən 2 ədəd Xiaomi Mi band 3 markalı məhsulları tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00661456 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 810 manat olan Kinoteatr LG LHD657 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00661456 saylı müqaviləyə əsasən Kinoteatr LG LHD657 markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00700375 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 288 manat olan Alyans-Paris Tv-altı modelli məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00700375 saylı müqaviləyə əsasən Alyans-Paris Tv-altı modelli məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann markalı kondisioner üçün əsas borcu 715 manat, cərimə borcu 181 manat olmaqla, cəmi 896 manat, İMEİ kod **********22462 Samsung J2 markalı məhsul üçün əsas borcu 124 manat, cərimə borcu 37 manat olmaqla, cəmi 161 manat, Samsung Led markalı televizor, Shosman markalı qazan dəsti üçün əsas borcu 708 manat, cərimə borcu 212 manat olmaqla, cəmi 920 manat, Hoffmann çay dəsti üçün üçün əsas borcu 53 manat, cərimə borcu 16 manat olmaqla, cəmi 69 manat, İMEİ kod **********40339 X7 7 markalı məhsul üçün əsas borcu 580 manat, cərimə borcu 174 manat olmaqla, cəmi 754 manat, Samsung Led markalı televizor, Hoffmann markalı musiqi mərkəzi üçün əsas borcu 1.242 manat, cərimə borcu 237 manat olmaqla, cəmi 1.479 manat, 2 ədəd Xiaomi Mi band 3 saat markalı məhsul üçün əsas borcu 160 manat, cərimə borcu 48 manat olmaqla, cəmi 208 manat, LG kinoteatr markalı məhsul üçün əsas borcu 810 manat, cərimə borcu 162 manat olmaqla, cəmi 972 manat, Alyans tv altı modelli məhsul üçün əsas borcu 288 manat, cərimə borcu 64 manat olmaqla, cəmi 352 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X2 5.811 manat məbləğində borcu vardır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, K00200853 saylı, xx xxxxxxx 2018-ci il tarixli, K00331290 saylı, xx xxxxxx 2018-ci il tarixli, K00363778 saylı, xx xxxxxx 2018-ci il tarixli, K00379433 saylı, xx xxxx 2019-cu il tarixli, K00571672 saylı, xx xxx 2019-cu il tarixli, K00640944 saylı, xx xxx 2019-cu il tarixli, K00659186 saylı, xx xxx 2019-cu il tarixli, K00661456 saylı, xx xxxx 2019-cu il tarixli, K00700375 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 5.811 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxx 2018-ci il tarixli, K00200853 saylı, xx xxxxxxx 2018-ci il tarixli, K00331290 saylı, xx xxxxxx 2018-ci il tarixli, K00363778 saylı, xx xxxxxx 2018-ci il tarixli, K00379433 saylı, xx xxxx 2019-cu il tarixli, K00571672 saylı, xx xxx 2019-cu il tarixli, K00640944 saylı, xx xxx 2019-cu il tarixli, K00659186 saylı, xx xxx 2019-cu il tarixli, K00661456 saylı, xx xxxx 2019-cu il tarixli, K00700375 saylımüqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxxx 2018-ci il tarixli, K00331290 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat, xx xxxxxx 2018-ci il tarixli, K00363778 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxxxxx 2018-ci il tarixli, K00379433 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 5 manat, xx xxxx 2019-cu il tarixli, K00571672 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat, xx xxx 2019-cu il tarixli, K00640944 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxx 2019-cu il tarixli, K00659186 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat, xx xxx 2019-cu il tarixli, K00661456 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat və xx xxxx 2019-cu il tarixli, K00700375 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2018-ci il tarixli, K00200853 saylı müqavilə üzrə əsas borc 715 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 735 manat manat, xx xxxxxxx 2018-ci il tarixli, K00331290 saylı müqavilə üzrə əsas borc 124 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 134 manat, xx xxxxxx 2018-ci il tarixli, K00363778 saylı müqavilə üzrə əsas borc 708 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 738 manat, xx xxxxxx 2018-ci il tarixli, K00379433 saylı müqavilə üzrə əsas borc 53 manat, cərimə borcu 5 manat olmaqla, cəmi 58 manat manat, xx xxxx 2019-cu il tarixli, K00571672 saylı müqavilə üzrə əsas borc 580 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 600 manat, xx xxx 2019-cu il tarixli, K00640944 saylı müqavilə üzrə əsas borc 1.242 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.272 manat, xx xxx 2019-cu il tarixli, K00659186 saylı müqavilə üzrə əsas borc 160 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 170 manat, xx xxx 2019-cu il tarixli, K00661456 saylı müqavilə üzrə əsas borc 810 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 840 manat, xx xxxx 2019-cu il tarixli, K00700375 saylı müqavilə üzrə əsas borc 288 manat cərimə borcu 20 manat olmaqla, cəmi 308 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2018-ci il tarixli, K00200853 saylı müqavilə üzrə Cavabdeh715 (yeddi yüz on beş) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 735 manat (yeddi yüz otuz beş) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxxx 2018-ci il tarixli, K00331290 saylı müqavilə üzrə Cavabdeh124 (bir yüz iyirmi dörd) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 134 manat (bir yüz otuz dörd) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxx 2018-ci il tarixli, K00363778 saylı müqavilə üzrə Cavabdeh708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 738 manat (yeddi yüz otuz səkkiz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxx 2018-ci il tarixli, K00379433 saylı müqavilə üzrə Cavabdeh53 (əlli üç) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 58 manat (əlli səkkiz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixli, K00571672 saylı müqavilə üzrə Cavabdeh 580 (beş yüz səksən) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 600 manat (altı yüz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxx 2019-cu il tarixli, K00640944 saylı müqavilə üzrə Cavabdeh1.242 (bir min iki yüz qırx iki) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1.272 manat (bir min iki yüz yetmiş iki) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxx 2019-cu il tarixli, K00659186 saylı müqavilə üzrə Cavabdeh160 (bir yüz altmış) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 170 manat (bir yüz yetmiş) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxx 2019-cu il tarixli, K00661456 saylı müqavilə üzrə Cavabdeh810 (səkkiz yüz on) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 840 manat (səkkiz yüz qırx) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixli, K00700375 saylı müqavilə üzrə Cavabdeh288 (iki yüz səksən səkkiz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 308 manat (üç yüz səkkiz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” X2 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar