Məhkəmə qərarları › İş №2(001)-3750/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3750/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3750/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı soyuducu və paltaryuyan üçün 2.343 manat ödənilməmiş hissə, 575 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann mini soba üçün 96 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor üçün 588 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı soyuducu üçün 1.050 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı qabyuyan üçün 1.350 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı soyuducu üçün 1.104 manat ödənilməmiş hissə, 331 manat dəbbə pulu, ümumilikdə 8.361 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8.391 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı 3 ədəd soyuducu, qabyuyan və paltaryuyan, Hoffmann markalı mini soba, Samsung Led markalı televizor almış və nəticədə 8.361 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.423 manat(11 ay x 213 manat + 80 manat ilkin ödəniş) olanLG markalı soyuducu və paltaryuyan üçün ümumilikdə, 2.918 manat olmaqla ondan 2.343 manat ödənilməmiş hissə, (2.13 manat x 270 gün)575 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 191 manat(11 ay x 16 manat + 15 manat ilkin ödəniş) olan Hoffmann mini soba üçün ümumilikdə, 124 manat olmaqla ondan 96 manat ödənilməmiş hissə, (0,16 manat x 180 gün)28 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.088 manat(12 ay x 84 manat + 80 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor üçün ümumilikdə, 764 manat olmaqla ondan 588 manat ödənilməmiş hissə, (0,84 x 210 gün)176 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.495 manat(11 ay x 105 manat + 340 manat ilkin ödəniş) olanLG markalı soyuducu üçün ümumilikdə, 1.365 manat olmaqla ondan 1.050 manat ödənilməmiş hissə, (1.05 x 300 gün)315 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.460 manat(6 ay x 225 manat + 110 manat ilkin ödəniş) olanLG markalı qabyuyan üçün ümumilikdə, 1.755 manat olmaqla ondan 1.350 manat ödənilməmiş hissə, (2.25 x 180 gün)405 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.918 manat(11 ay x 138 manat + 400 manat ilkin ödəniş) olanLG markalı soyuducu üçün ümumilikdə, 1.435 manat olmaqla ondan 1.104 manat ödənilməmiş hissə, (1.38 manat x 240 gün)331 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.044 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qisməntəmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X3 iləCavabdeh arasında bağlanmışxx xxxxxx 2019-cu il tarixli, 00508279 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 191 manat, ilkin ödəniş 15 manat olan, Mini soba HOFFMANN M3540 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00508279 saylı müqaviləyə əsasən Mini soba HOFFMANN M3540 markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00508212 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.088 manat, ilkin ödəniş 80 manat olan, Samsung LED UE43N5300AUXRU markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00508212 saylı müqaviləyə əsasən Samsung LED UE43N5300AUXRU markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00589121 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.918 manat, ilkin ödəniş 400 manat olan, Soyuducu LG GR-D612HLHU markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00589121 saylı müqaviləyə əsasən Soyuducu LG GR-D612HLHU markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00718667 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.495 manat, ilkin ödəniş 340 manat olan, Soyuducu LG GL-F502HMHU (Gümüşü) markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00718667 saylı müqaviləyə əsasən Soyuducu LG GL-F502HMHU (Gümüşü) markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli, 00777485 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.460 manat, ilkin ödəniş 110 manat olan, Qabyuyan LG DFB512FP (Gümüşü) markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00777485 saylı müqaviləyə əsasən, Qabyuyan LG DFB512FP (Gümüşü) markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxxxxx 2019-cu il tarixli, 00832107 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.423 manat, ilkin ödəniş 80 manat olan, soyuducu LG GA-B509SMHZ (Gümüşü), qabyuyan LG F2J6HS8S (Gümüşü) markalı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00832107 saylı müqaviləyə əsasən, soyuducu LG GA-B509SMHZ (Gümüşü), qabyuyan LG F2J6HS8S (Gümüşü) markalı məhsulları tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X1 xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətində “xxxxxxxxxxx” MMC-yə olan borcunu ödəməməsi nəticəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann mini soba markalı məhsul üçün əsas borcu 96 manat, cərimə borcu 28 manat olmaqla, cəmi 124 manat, Samsung Led televizor markalı məhsul üçün əsas borcu 588 manat, cərimə borcu 176 manat olmaqla, cəmi 764 manat, LG soyuducu markalı məhsul üçün əsas borcu 1.104 manat, cərimə borcu 331 manat olmaqla, cəmi 1.435 manat, LG soyuducu markalı məhsul üçün əsas borcu 1.050 manat, cərimə borcu 315 manat olmaqla, cəmi 1.365 manat, LG qabyuyan markalı məhsul üçün əsas borcu 1.350 manat, cərimə borcu 405 manat olmaqla, cəmi 1.755 manat, LG soyuducu və LG paltaryuyan markalı məhsullar üçün əsas borcu 2.343 manat, cərimə borcu 575 manat olmaqla, cəmi 2.918 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X2 8.361 manat məbləğində borcu vardır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 8.361 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli 00508279 saylı, xx xxxxxx 2019-cu il tarixli 00508212 saylı, xx xxxx 2019-cu il tarixli 00589121 saylı, xx xxxx 2019-cu il tarixli 00718667 saylı, xx xxxx 2019-cu il tarixli 00777485 saylı, xx xxxxxx 2019-cu il tarixli 00832107 saylımüqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxx 2019-cu il tarixli 00508279 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat, xx xxxxxx 2019-cu il tarixli 00508212 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat, xx xxxx 2019-cu il tarixli 00589121 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxxx 2019-cu il tarixli 00718667 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat, xx xxxx 2019-cu il tarixli 00777485 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat və xx xxxxxx 2019-cu il tarixli 00832107 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manatməbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli, 00508279 saylı müqavilə üzrə əsas borc 96 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 106 manat manat, xx xxxxxx 2019-cu il tarixli, 00508212 saylı müqavilə üzrə əsas borc 588 manat, cərimə borcu 20 olmaqla, cəmi 608 manat, xx xxxx 2019-cu il tarixli, 00589121 saylı müqavilə üzrə əsas borc 1.104 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.134 manat, xx xxxx 2019-cu il tarixli, 00718667 saylı müqavilə üzrə əsas borc 1.050 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.080 manat, xx xxxx 2019-cu il tarixli, 00777485 saylı müqavilə üzrə əsas borc 1.350 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 1.380 manat, xx xxxxxx 2019-cu il tarixli, 00832107 saylı müqavilə üzrə əsas borc 2.343 manat, cərimə borcu 30 olmaqla, cəmi 2.373 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 24 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, 00508279 saylı müqavilə üzrə Cavabdeh96 (doxsan altı) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 106 manat (yüz altı) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 00508212 saylı müqavilə üzrə Cavabdeh588 (beş yüz səksən səkkiz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 608 manat (altı yüz səkkiz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixli, 00589121 saylı müqavilə üzrə Cavabdeh1.104 (bir min yüz dörd) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1.134 manat (bir min yüz otuz dörd) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixli, 00718667 saylı müqavilə üzrə Cavabdeh1.050 (bir min əlli) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1.080 manat (bir min səksən) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixli, 00777485 saylı müqavilə üzrə Cavabdeh1.350 (bir min üç yüz əlli) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1.380 manat (bir min üç yüz səksən) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 00832107 saylı müqavilə üzrə Cavabdeh2.343 (iki min üç yüz qırx üç) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 2.373 manat (iki min üç yüz yetmiş üç) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 24 (iyirmi dörd) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” X2 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar