Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3753/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı Süleymanlı (İbadova) Nərmin Pərviz qızının iştirakı ilə, İddiaçı Süleymanlı (İbadova) Nərmin Pərviz qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Süleymanlı (İbadova) Nərmin Pərviz qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimenti artıraraq, 16 aprel 2016-cı il təvəllüdlü X1 üçün onun xeyrinə cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 16 sentyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16 aprel 2016-cü il təvəllüdlü X7 doğulmuşdur. Aralarındakı ailə münasibətləri baş tutmadığından “nikahın pozulması” tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 09 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş X5 onun yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat olmaqla alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal hazırda həmin məbləğ ilə uşağa baxmaq çox çətindir, uşaq getdikcə böyüyür və onun maddi tələbatını qarşılamağa gücü çatmır. Hesab edir ki, hazırkı dövr üçün bir uşağa 160 manat aliment çox azdır və uşağın heç bir maddi ehtiyacını qarşılamır. Alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmağının səbəbi uşağın böyüməsi, gündəlik tələbatlarının artması, məktəb, məktəbə hazırlıq və.s səbəbdən də ehtiyaclarının çoxalması və onun bunu tək başına qarşılayacaq iqtidarında olmamağıdır. Həmçinin qeyd edir ki, cavabdeh Binəqədi Rayon Məhkəməsinin köçürülmə ilə bağlı qətnaməsini uzun müddət keçməsinə baxmayaraq hələ də icra etməmişdir. Yaşayış minumumu haqqında qanunda dəyişikliklərin edilməsi onun alimentin miqdarının dəyişdirilməsi ilə bağlı iddia qaldırmağına səbəb olmuşdur. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddiaçı ilə 16 sentyabr 2016-cı il tarixdə nikaha daxil olmuş və bu nikahdan bir övladı X7 anadan olmuşdur. Evli olduqları müddətdən bir il sonra bu insanın yersiz qısqanclıları başlamış və bir neçə ildən sonra qısqanclığı boşanmaya gətirib çıxarmışdır. İddiaçının özü boşanmaq üçün məhkəməyə müraciət edib ki, azad olmaq istəyir. İddiaçı boşanarkən ona “nə sən mənim işimə qarış, nə də mən sənin, sənin heç nəyin mənə lazım deyil”. Boşanma zamanı uşağı anasına verilərkən ondan 160 manat məbləğində aliment tutulmuşdur. Hər ay 160 manat alimenti ödəyə bilmir. O, alimenti iki-üç aydan bir hər ay 40-50 manat olmaqla ödəyə bilir. Ele vaxt olur ki, ümumiyyətlə aliment ödəyə bilmir. Hazırda isə iddiaçı 193 manat aliment tələb edir. O, heç bir yerdə işləmir, hərbi xidmətə də getməmişdir. Onun sağ qolunda böyük problem var, hər biletdində belə onun yararsız statusu var. Heç bir iş yeri onu götürmür. Məşğulluq Xidmətində də o, işsiz statusundadır. Onun qolu əyridi deyə iş yerləri onu işçi kimi götürmür. Çünki sağlamlıq barədə arayış tələb edilir, ona da bu arayışı heç bir xəstəxana vermir. Onda Travmatologiya xəstəxanasının qolundakı problemlər barədə verdiyi tibbi sənədlər mövcuddur. İddiaçının özü işləyirvə qazancı var. Uşağa isə həm ana həm də ata baxmalıdır. Hər bir ata istəyər ki, övladı yaxşı yaşasın. Lakin nəinki 193 manat aliment heç 160 manat belə ödəməyə imkanı yoxdur. Onun 30-50 manat aliment ödəməyə güclə imkanı çatır. Əvvəl atası köçək etsə də, atasının ürəyində yaranmış problemə görə artıq o da kömək edə bilmir. Qeyd edilənlərə əsasən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh müğənni kimi fəaliyyət göstərir, “youtube” və digər sosial şəbəkələrdə onun adını yazdıqda bunu sübut edən kifayət qədər videoları çıxır. Hətta cavabdeh tərəfindən göndərilən etiraz “Elektron ünvan ” adlı elektron ünvandan göndərilmişdir. Bu da cavabdehin hansı fəaliyyətlə məşğul olduğunu göstərir. Cavabdehin atası isə ticarətlə məşğuldur. Məhkəmə tərəfindən təyin edilmiş 160 manat məbləğində aliment hər zaman cavabdeh tərəfindən vaxtında ödənilirdi, lakin hazırki iddia qaldırıldıqdan sonra qəsdən olaraq hissə-hissə ödənilir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV nömrəli 448145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 aprel 2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası X3r. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(001)- 6467/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X6 arasında 21 sentyabr 2016-cı il tarixdə bağlanmış və 2604 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 16 aprel 2016-cı il təvəllüdlü X5 anası X2 yanında qalması, 01 avqust 2019-cu il tarixdən başlayaraq 16 aprel 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(001)- 7389/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı 16 aprel 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi (10-cu küçə), 36 saylı özbaşına inşa olunan evə köçürülmüşdür. 19 may 2022-ci il tarixli “Məşğulluq haqqında arayış”dan görünür ki, Cavabdeh 16 aprel 2020-ci il tarixdə “işsiz” statusu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(001)-6467/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan 16 aprel 2016-cı il təvəllüdlü X7 anasının yanında saxlanmış və onun yetkinlik yaşına çatana qədər hər 160 manat sabit pul məbləğində aliment Cavabdehndna tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 16 aprel 2016-cı il təvəllüdlü X1 üçün 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən iki ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 16 aprel 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(001)-6467/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 16 aprel 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(001)-6467/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq iddiaçı Süleymanlı (İbadova) Nərmin Pərviz qızına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3753/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3753/2022
30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver