Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-377/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə cavabdeh Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Maraqlı şəxs qarşı “mənzildən istifadə hüququnun tanınması və s.” tələbinə dair ilk, Maraqlı şəxs İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqıl iddia ərizələri üzrə mülki işə 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının tanınması, bu hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan olunması, habelə, həmin ünvandakı fərdi yaşayış evinin onunla Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməsi, tikiliyə çəkilmiş xərc olaraq 100000 manat pul vəsaitinin ½ hissəsinin, yəni 50000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Maraqlı şəxs İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun ünvan 2 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2004-cü ildə el adəti ilə Cavabdeh ilə evlənmiş, iddia ərizəsində göstərilən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır. 29 sentyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddia tələbində göstərilən ev əvvəllər ərinin babası X5 mülkiyyətində olmuş, o, Cavabdehla evləndikdən bugünədək həmin evdə yaşamaqdadır. Ev 5 otaqlıdır, o, uşaqları ilə birlikdə evin 1 otağında yaşayırlar. Lakin cavabdeh onu evən məcburən çıxarmaq istəyir. Halbuki, onun başqa yaşayış yeri yoxdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, həmin evdə yaşadığı müddətdə evin yerləşdiyi həyətdə cavabdeh tərəfindən 2 ev tikilib satılmış, habelə cavabdehin də razılığı ilə birgə vəsaitləri hesabına yaşadıqları evdə əsaslı təmir işləri görülmüşdür. O, cavabdehin ailəsində gəlin olduğu müddətdə evdə işləmiş, mal-heyvan saxlamış, heyvanların südünü sağmış, gündə 100- 150 banka yumuş, qatıq-pendir məhsulları hazırlamış, satış məqsədi ilə süd bişirmişdir. Bütün bunların əvəzində cavabdeh və keçmiş qaynanası ona heç bir ödəniş etməmişlər. Ən nəhayət o, bu qədər təhqir olunmağa, təzyiqlərə dözməyib Cavabdeh aliment alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, sözügedən fərdi yaşayış evi birgə nikahda olduqları dövrdə birgə vəsaitləri hesabına əsaslı təmir edilmiş, həyətdə kirayəşinlərin yaşaması üçün 1 və 2 otaqlı mənzillər tikilmiş, həmçinin, həyətyanı sahədə 2 ev tikilib başqa şəxslərə satılaraq qazanc əldə edilmişdir. Həmin işlərə onun tərəfindən 100000 manat xərc çəkilmişdir. Buna görə də o, çəkilmiş xərcin yarısının, yəni 50000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını da tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Vəkil2 ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, mübahisə predmeti olan ev əvvəllər Maraqlı şəxs atası X5 mülkiyyətində olmuş, 2020-ci ildən isə ev üzərində Maraqlı şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı Maraqlı şəxs keçmiş gəlini olmaqla sözügedən evdə qeydiyyatda belə deyil. Belə ki, İddiaçı ilə Cavabdeh ailə qurduqdan sonra müvəqqəti olaraq sözügedən evdə yaşamışlar. Maraqlı şəxs İddiaçı evi boşaldaraq təhvil verməsini dəfələrlə tələb etsə də, sonuncu bunlara məhəl qoymamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğu halda isə tərəflərin eyni evdə yaşamaları mümkün deyildir. Çünki, İddiaçı Maraqlı şəxs, onun ailəsini bilərəkdən təhqir edir, evdə söz-söhbət salır, beləliklə rahat yaşamağa imkan vermir. Tərəflər arasında hüquq münasibətləri 29 sentyabr 2007-ci il tarixdən yaranmışdır. Həmin dövrdə bu məzmunlu mübahisələrin həlli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin tələblərinə əsasən, İddiaçı mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı tələb olunur. Hazırki halda isə belə bir razılıq mövcud deyildir. İddiaçı valideynlərinə məxsus ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Belə olan halda mübahisəli ev İddiaçı yaşayış yeri sayılmır və o, həmin evdən çıxarılmalı, ev öz mülkiyyətçisinə təhvil verilməlidir. Buna görə də, ilk iddia tamamilə əsassızdır. İlk iddia pul tələbi hissəsində isə ümumiyyətlə sübuta yetirilmir, buna görə də, həmin hissədə də rədd edilməlidir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi Vəkil3 ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında hüquq münasibətləri yarandığı dövr üzrə hazırki məzmunlu mübahisələrin həllini tənzimləyən hüquqi normanın tələblərinə əsasən, yalnız mülkiyyətçinin razılığı ilə digər şəxslərin mənzildən istifadə hüquqları tanına bilər. Hazırda isə belə bir razılıq mövcud deyildir. Buna görə də, ilk iddia rədd edilməlidir. Tərəflər münaqişəli ailədirlər və bir evdə yaşamları gələcəkdə böyük problemlər yaradacaqdır. Buna görə də, İddiaçı mübahisə predmeti olan mənzildən çıxarılmalıdır. İlk iddia pul tələbi hissəsində ümumiyyətlə əsassızdır, sübuta yetirilmədiyindən həmin hissədə də rədd edilməlidir. İş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 29 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birdə nikahlarından 06 avqust 2007-ci il təcəllüdlü X3 və 04 fevral 2009-cu il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşağı vardır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 29 sentyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqların anaları ilə birlikdə qalmaları müəyyən edilmişdir. - Qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə X5 mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır, sonuncu dəfə şəxsiyyət vəsiqəsini 27 yanvar 2017-ci il tarixdə almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 17 iyun 2020-ci il tarixdə Maraqlı şəxs mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 oktyabr 2005ci il tarixdə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha 29 sentyabr 2007-ci il tarixdə daxil olsalar da faktiki olaraq 2004-cü ildə ailə qurmalarını məhkəmə işin mübahisələndirilməyən halı kimi qəbul edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, Qurbanov Cavabdeh Arzu Alı qızına qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasının əsaslandırma hissəsində İddiaçı ilə 2004-cü il tarixdə faktiki olaraq evləndiklərini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə müəyyən olunur ki, tərəflər arasında hüquq münasibətləri 2004-cü ildə yaranmışdır. Buna görə mövcud mübahisə üzrə münasibətlərin yarandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddəsinə əsasən şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. İş üzrə müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə 2004-cü ildə ailə quraraq həmin dövrdə X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş, 2005-ci ildə Emin Qurbanov vəfat etmiş, 17 iyun 2020-ci il tarixdə ev Maraqlı şəxs adına qeydiyyata alınmışdır. İddiaçı əri Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. 06 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. İddiaçı ailə qurduğu vaxtdan hazırki dövrədək iddia tələbində göstərilən evdə yaşamaqdadır. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbində göstərilən yaşayış sahəsinə köçərkən onunla mülkiyyətçi, yəni mərhum X7 arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma mövcud olmasa da, İddiaçı uşaqları ilə birlikdə həmin tarixdən təxminən 16 il sözügedən ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar, tərəflər arasında hüquq münasibətləri yarandığı 2004-cü ildən təxminən 1 il sonra yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi vəfat etmişdir. Əvvəlki mülkiyyətçi vəfat edənə qədər iddiaçı ilə evin istifadəsi ilə bağlı hansı mübahisələrinin olmasına dair iş üzrə sübut mövcud deyil. Yani faktiki olaraq iddiaçının mübahislə evdə uzun müddət yaşamasına həm evin əvvəlki mülkiyyətçisi həm hazırkı cavabdeh etiraz etməmişlər. Yalnız 2020-ci ilin iyun ayında, yəni İddiaçı ilə Cavabdeh ailə münasibətlərinin pisləşdiyi dövrdə İddiaçı qayınatası Maraqlı şəxs adına qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları dövrdə Cavabdeh sözügedən yaşayış sahəsinə qeydiyyata alınmaqla istifadə hüquqları yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı da göstərilən yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. Eyni zamanda, mhəkəmə qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan uşaqların analarının yanında qalmaları müəyyən edildiyindən, İddiaçı uşaqları ilə birlikdə mənzildən istifadə hüquqları tanınmalı, beləliklə, ilk iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidirlər. Lakin, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin nədən ibarət olması aydınlaşdırılmadığından ilk iddia bu hissədə rədd edilməlidir. Həmçinin, ilk iddia pul tələbinə dair hissədə də məhkəməyə heç bir sübut təqdim edilmədiyindən rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, hazırki məhkəmə qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları tanındığınan onun mənzildən çıxarılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən heç bir kompensasiya məbləği təklif edilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. İddiaçı iddiası qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq İddiaçı ödənilməli, Maraqlı şəxs iddiası rədd edildiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Maraqlı şəxs qarşı “mənzildən istifadə hüququnun tanınması və s” tələbinə dair ilk iddiası qismən təmin edilsin. İddiaçı 06 avqust 2007-ci il təvəllüdlü X3 və 04 fevral 2009-cu il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları tanınsın. İddiaçı iddiası digər hissələrdə rədd edilsin. Maraqlı şəxs İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq İddiaçı ödənilsin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-377/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-377/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver