Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1254/2025 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi (vəkili) vəkil1 və cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. Arayışdan görünür ki, X1 ## ###### 2017-ci ildə Tovuz rayonu, Qazıqulu kəndində vəfat etmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Tovuz Ərazi Idarəsinin ## #### 2021-ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən fərdi yaşayış evi Tovuz rayon Notariat kontorunun 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh keçmiş və 2618005492 qeydiyyat nömrəsi ilə ## #### 2018-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Tovuz rayonu Qazıqulu kəndində yerləşən Cavabdeh adına qeydə alınan torpaq sahəsindən və onun üzərində olan yaşayış evindən istifadə hüququnun tanınmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh atası X1 ilə 2009-cu ilin avqust ayında evlənib, nikahlarını ## ####### 2009-cu ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra o, əri Idris Cəfərova məxsus Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evdə yaşamışdır. Idris Cəfərov ## ###### 2017-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən bügunə qədər də o, həmin evdə yaşayır. Kommunal xərcləri də o, ödəyir. Cavabdeh də onun həmin evdə yaşamasına etiraz etmir. Əri vəfat etdikdən sonra hamının razılığı ilə evi ərinin birinci arvaddan olan qızı Cavabdeh adına qeydə alınmışdır. Mübahisə olunan fərdi yaşayış evindən cavabdeh onu hazırda çıxarmaq istəyir. Başqa yerdə evi yoxdur. Fərdi yaşayış evi cavabdehin adına rəsmiləşsə də, həmin evdə onun istifadə hüququ vardır.
5. Tovuz Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia təmin edilmiş, iddiaçı İddiaçı, Tovuz rayonu Qazıqulu kəndində yerləşən mərhum X1 miras qalmış və Cavabdeh adına qeydə alınmış 0,3115 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159,6 kv.metrdən ibarət fərdi yaşayış evinin tərkib hissəsində olan istifadə hüququ tanınması qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 228.4 və 228.5-ci maddələrinə, ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil2 tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə ailə üzvü olmayana istifadə hüququ verməklə qətnamə qəbul etmişdir. Ona görə də qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun atası X1 ilə 2009-cu ilin avqust ayında evlənib, nikahlarını ## ####### 2009-cu ildə rəsmiləşdirmişlər. Onların uşaqları olmamışdır. X2 ## ###### 2017-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin ev hamının razılığı ilə onun adına qeydə alınmışdır. Iddiaçı həmin evdə yaşayır. Özü isə ərinin evində yaşayır. Hazırda iddiaçının onun evində yaşamasını istəmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 11.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı X1 ilə 2009-cu ilin avqust ayında evlənib, nikahlarını ## ####### 2009-cu ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra o, əri Idris Cəfərova məxsus Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evdə yaşamışdır. Uşaqları olmamışdır. Idris Cəfərov ## ###### 2017-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən bügunə qədər də iddiaçı, həmin evdə yaşayır. Evin bütün Kommunal xərcləri də o, ödəyir. Iddiaçının əri vəfat etdikdən sonra onun razılığı ilə həmin ev onun ərinin birinci arvaddan olan qızı Cavabdeh adına qeydə alınmışdır. Hazırda cavabdeh iddiaçını evdən çıxarmaq istəyir. Iddiaçının başqa yerdə evi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 43. İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
16. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
18. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
## ####### 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş ## #### 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi
19. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
20. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli Qərarı 21 . “2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı X1 ilə 2009-cu ilin avqust ayında evlənmiş, nikahlarını ## ####### 2009-cu ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra iddiaçı əri Idris Cəfərova məxsus Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evdə yaşamışdır. Idris Cəfərov ## ###### 2017-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən bügunə qədər də iddiaçı həmin evdə yaşayır. Kommunal xərcləri də özü ödəyir. Iddiaçının əri vəfat etdikdən sonra onun da razılığı ilə evi ərinin birinci arvaddan olan qızı Cavabdeh adına qeydə alınmışdır. Hazırda mübahisə olunan fərdi yaşayış evindən cavabdeh onu çıxarmaq istəyir. Yaşamağa başqa yerdə evi yoxdur. Ona görə də məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir.
39. Mülki prosessual qanunvericiliyə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi).
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
41. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi ## ####### 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
42. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub olmaması müəyyən edilməlidir. Qed edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Əvvəlki Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, mənzilə köçən zaman iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb.
43. Işin müəyyən olunan hallarından göründüyü kimi, iddiaçı İddiaçı mərhum Idris Cəfərovla 2009-cu ilin avqust ayında evlənib həmin evə gəlin gəlmiş və hazırda da uzun müddətdir ki, orada yaşayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüquqları yaranmışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.
45. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
49. Məhkəmə kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı İddiaçı X1 ilə 2009-cu ilin avqust ayında evlənmiş, nikahlarını ## ####### 2009-cu ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra iddiaçı əri Idris Cəfərova məxsus Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evdə yaşamışdır. Idris Cəfərov ## ###### 2017-ci ildə vəfat etmişdir. Iddiaçı əri vəfat etdikdən sonra da həmin evdə yaşayır. Kommunal xərcləri ödəyir. Iddiaçının əri vəfat etdikdən sonra, onun da notariat qaydada razılığı alınmış və həmin ev ərinin birinci arvaddan olan qızı hazırkı iş üzrə cavabdeh Cavabdeh adına qeydə alınmışdır. Hazırda həmin fərdi yaşayış evindən cavabdeh onu çıxarmaq istəyir. Iddiaçının isə başqa yerdə evi yoxdur. Iddia tələbi təmin edilmişdir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, iddiaçı İddiaçı mərhum X1 ailə üzvü olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bundan başqa, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Işin halları təhlil olunduqda görünür ki, iddiaçı İddiaçı mərhum X1 həmin evə gəlin gəlmiş, ailə üzvü kimi qəbul olunmuş, mərhumun sağlığında və hal-hazıradək həmin evdə yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda mülkiyyətçinin (baxılan işdə iddiaçının mirasdan notariat qaydada cavabdehin xeyrinə imtina etməsi) dəyişməsi iddiaçının həmin evdən istifadə hüququna xitam verilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşıyır və baxılan işin hallarına münasibətdə əsassızdır
50. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxartdığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.