Məhkəmə qərarları › İş №e-2(3-6)-4091/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4091/2026

07.09.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4091/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026- cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən ** saylı evin eyvanında iddiaçı tərəfindən yerləşdirilmiş “qabyuyan çanağın” kommunikasiya xətləri həmin evin 2-ci mərtəbəsinin eyvanında mövcud olan kommunikasiya xəttinə birləşdirilməsi və cavabdeh Cavabdeh bununla bağlı iddiaçıya törətdiyi maneənin aradan qaldırılması qət edilmişdir. İş üzrə cavabdeh Cavabdeh tərəfindən qətnamədən məhkəmənin Elektron Sistemi vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ilə Səbail rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh təkrar qətnamədən apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə vermiş, müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Mülki prosessual Məcəllənin 130.1, 133.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə ərizəçinin qətnamədən apelyasiya şikayəti verməsinə iradə ifadəsi olmasını, apelyasiya şikayətinin qaytarılmasına dair məhkəmə qərardadında göstərilən nöqsanların aradan qaldırılmasını, ilkin verdiyi apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim etməsini nəzərə alaraq hesab edir ki, buraxılmış proessesual müddət üzrlü hesab edilməli və bərpa edilməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı İddiaçı şikayət vermiş və şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, hazırkı cavabdeh Cavabdeh iddiası əsasında ona məxsus 9A mənzili daxilində texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin sökülməsi kimi yezit qətnamə qəbul olunmuşdur. Bu qətnamədən apelyasiya və ali məhkəmədə əyani şikayətinə baxılması prosessual müddəti ötürməyi və digər qərəzli səbəblərdən təmin olunmamışdır. O, eyni bərabərhüquqlu yanaşmanın hazırki işə də tətbiq olunmasını istəyir. Ondan fərqli olaraq cavabdeh prosessual müddəti və şikayətin verilmə qaydasını bilərəkdən pozmuşdur. Məqsədi süründürməçilikdir. Prosessual müddətin ötürülməsi tələbi məhz hazırki hallarda şamil olunub, cavabdehin şikayəti təmin olunmamalı idi. Lakin məhkəmə ərizəçinin qətnamədən apellyasiya şikayəti verməsinə “iradə ifadəsi” olmasını, apellyasiya şikayətinin qaytarılmasına dair məhkəmə qərardadında göstərilən nöqsanların aradan qaldırılmasını, ilkin verdiyi apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim etməsini nəzərə alaraq hesab edir ki, buraxılmış proessesual müddət üzrlü hesab edərək bərpa etmişdir. Cavabdehin yuxarıda qeyd olunan yanaşması prosessual müddəti bərpa etməyə əsas vermir, əsas məhkəmənin cavabdehə olan simpatiyası onun apellyasiya məhkəməsində həyat yoldaşının əlaqələridir. Beləliklə, qaraçıların da iradəsi var, amma hüquqları yoxdur. Qərardadda göstərilən nöqsanların aradan qaldırılması - səhvlərin sonradan düzəldilməsi imtahan nəticəsinə təsir göstərmir. İlkin apellyasiya şikayətinin verilməsi hələ bu şikayətə baxmaq əsası yaratmır. Apellyasiya şikayəti olunan qətnamə cavabdehin hüquqlarına hər hansı hüquqyol verən şəkildə toxunmur, yalnız cavabdehin xarakteri və məramına zidd hüquq pozma hissəsi ona qarşı maneçiliyin arada qaldırılması tələbidir ki, bu cavabdehin xarakterik xüsusiyyətinə maneçilik törədir. Başqa sözlə cavabdehin həyat tərzi digər şəxslərə mane olmaqdan ibarətdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin motivasiyası yoxdur. Motivasiyasız apellyasiya şikayətinə ədalət mühakiməsi çətirində baxmağa ehtiyac qalmamalıdır. 94 binasında cəmi 13 ədəd kommunal mənzil və 13 ədəd mənzil daxili qabyuyan çanaq olmuşdur. Bunu sübut edən foto, arxiv məlumatları vardır. Onun və digərlərin mənzildə qabyuyan çanaqdan istifadə hüququ tanınmalı və buna şərait yaradılmalıdır. İlkin qərardadla hakim tərəfindən müəyyən edilmiş müddət ötürülmüşdür. Cavabdehin üzrlü səbəbləri yoxdur, məhkəmə üzrlü səbəblər olmadan prosessual müddəti bərpa etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh hüquqşünas xarakterli ailəyə sahibdir. Hüquqşünas ya prosessual müddəti ötürməməli və ya bilərəkdən ötürməsi halı nəzərə alınmalıdır. Apellyasiya və ali məhkəmə instansiyalarında cavabdehin apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab olunmuşdur. Yuxarı instansiyaların mövqeyi nəzərə alınmamışdır. Elektron sistemdə ərizəçinin qeydiyyatı onun elektron kabinetində göstərməmiş, bu səbəbdən o, Bakı Apelyasiya Məhkəməsinin digər 2(103)-6828/2022 ##.##.2022-ci il tarixli məhkəmə təcrübəsini təqdim etməmiş, hazırki iş üzrə də bərabərhüquqluq prinsipinin tərəflərə şamil olunmasını əsaslandıra bilməmişdir. Xoşbəxtlikdən bu dəfə ona dəvət bildirişi gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadında qeyd etdiyi kimi iş materiallarından görünür ki, Səbail rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetinə ##.##.2026-cı il tarixində daxil edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixində təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ilə Səbail rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh tərəfindən təkrar apellyasiya şikayəti ##.##.2026-cı il tarixində təqdim edilmiş və müddətin ötürülməsinin üzrlü səbəbləri, yəni cavabdehdən asılı olmayan halları təkzibedilməz olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar