Məhkəmə qərarları › İş №2(3-7)-1117/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1117/2026

07.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1117/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2 (***)-****/**** saylı qətnaməsinə əsasən köçrüldüyü ********** qeydiyyat nömrəli 503012001990-1301 reystr nömrəli 104.90 kv.m olan fərdi yaşayış evindən Tovuz royunu Xatınlı kəndində yerləşən cavabdehə məxsus olan daşınar əşyaların çıxarılmasına və yaşayış hüququndan istifadəyə dair qətnamə çıxaırlmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iddianın yaşayış sahəsindən istifadə hüququna dair hissəsinə xitam verilmişdir. Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh məxsus əşyaların ünvan 1 ünvanında yerləşən və İddiaçı İslam qızının mülkiyyətinə aid hissədən çıxarılması qət edilmişdir. Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı İslam qızı ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı İddiaçı İslam qızına məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. İddiaçı tərəfindən isə apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir ki, bununla da, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Tovuz rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İslam qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar