Məhkəmə qərarları › İş №2(001)-3772/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3772/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3772/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3267/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki aliment məbləği dəyişdirilərək cavabdehdən hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırki iş üzrə Cavabdeh ilə 13 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş ve birgə nikahdan iki övladları 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan münasibətlərin pozulmasına görə onların ailəsi formal xarakter daşımış, xasiyyetlerinin uyğun gəlmədiyi ailənin faktiki olaraq dağılmasına səbəb olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)- 3267/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixll 1617 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, onunla cavabdehin birgə nikahından olan yetkinlik yaşına çatmayan 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X6rının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsinde derhal icra edilməsi qət edilmişdir. Hazırki məhkəmə qətnaməsi ilə müəyyən olunan 340 manatla indiki dövrdə iki uşaq saxlamaq, onun qayğısını çəkmək, onu böyütmək, onun gündəlik maddi təlabatını ödəmək çətindir. Uşaqların bütün maddi taminatları onun terefinden ödənilir. Hesab edir ki, 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki aliment məbləği dəyişdirilərək 470 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Hesab edir ki, onların birgə nikahdan olan övladları da minimum səviyyədə deyil, normal səviyyədə saxlanılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz üvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı Binəqədi Rayon Məhkəməsinin 2(001)-3267/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması - birgə nikahdan 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci ii təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi» tələbinə dair iddia qaldırılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh ilə 13 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci ii təvəllüdlü X7 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-3267/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasinda Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindnn xx.xx.2013-cü il tarixll 1617 nömrəli akt qeydi ile bağlanmış nikah pozulmuş, birgə nikahdan 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin 340 manatla indiki dövrdə iki uşaq saxlamaq, onun qayğısını çəkmək, onu böyütmək, onun gündəlik maddi tələbatını ödəmək çətindir. Hesab edirlər ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ən əvvəl işin faktiki halları ilə bağlı bildiririk ki: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 909659 saylı nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1617 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mehrabova soyadı verilmişdir. Tərəflərin birgə nikahından 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci ii təvəllüdlü X7 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-3267/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixll 1617 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, 01 dekabr 2014-cü il təvəllüdlü X9 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki etiraza əlavə edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən hal-hazıra qədər aylıq əmək haqqı 630 manat olmaqla, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Qeyd edir ki, aylıq ələ çatan əmək haqqı məbləği 550 manat təşkil edir və cavabdeh gün ərzində rəsmi iş yerində işlədiyinə və bu səbəbdən hazırda başqa qazancı (başqa gəlirləri) olmadığına görə, onun aylıq əmək haqqı məbləği cəmi 550 manat təşkil edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh həmin məbləğin isə 340 manat hissəsini alimentin ödənilməsinə sərf edir. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulduqdan sonra Cavabdeh yeni ailə qurmuşdur. Belə ki, hazırki etiraza əlavə edilən nikah haqqında şəhadətnamənin surətindən göründüyü kimi, Cavabdeh ilə X8 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1958 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mehrabova soyadı verilmişdir. Beləliklə, nəzərə alınsa ki, Cavabdeh aylıq əmək haqqı məbləği cəmi 550 manat təşkil edir, yeni ailə qurmuşdur, onun yeni nikahından həyat yoldaşı da hamilədir və onların da yaşayış minimumu qanunvericiliklə tənzimlənir, o halda əgər iddiaçının hazırki iddiası tam təmin olunsa, o halda cavabdehin özünü və yeni ailəsini saxlanılmasına, cəmi 80 manat əmək haqqı qalacaqdır. Ona görə də, hesab edirlər ki, iddianın dəlilləri tamamilə qanunsuz və əsassızdır. Beləliklə, qeyd edildiyi kimi, tərəflər arasında nikah pozulsa da, cavabdeh valideyn kimi uşaqlarının saxlanılması üçün zəruri olan hər şeyi edir, o cümlədən alimenti ödəyir və bundan başqa, əlavə olaraq onların digər xərclərinin də ödənilməsində iştirak edir. İddiaçı bu və yuxarıda qeyd edilən digər halları bilə-bilə, məhkəməni yönəltməyə cəhd edir. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri əsassızdır və formal mülahizələrə əsaslanır, ona görə də hesab edirlər ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında istirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 517929 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İV seriyalı 519608 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İ seriyalı 468523 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X10 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 417 nömrə ilə qeyd edilməklə, sonuncuya “Abiyeva” soyadı verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3267/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, X10 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 1617 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları X4 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin X4 xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin X4 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. AZ-İİ seriyalı 524571 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış və 1958 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Mehrabova” soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən halhazırki dövrə qədər, aylıq əmək haqqı 630 manat olmaqla, "xxxx" MMC-də anbardar vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixli Bakı 12 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3267/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3267/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar