Məhkəmə qərarları › İş №2(001)-3798/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3798/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3798/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Cahangir Kərimov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyindən iddia tələblərindən imtina etməsini bildirib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiadan imtina qəbul edilsin. İddiaçı AqrarKredit QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3798/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar