Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-380/2019 20.06.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə X12 Ağalar oğlunun Cavabdeh qarşı 13000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X1 Cavabdeh qarşı 13000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qızı X5 ilə Cavabdeh nikaha daxil olmu, birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra qızı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-1 Korpus-4 ev 182-yə gəlin köçmüş, cehiz əşyalarını bu ünvana gətirmişdir. Birgə nigah dövründə onlar valideynlərinin yaşadığı ünvanda, yəni Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-1, Korpus -4 də 1mərtəbəli 3 otaq, 1 mətbəxdən ibarət öz vəsaitləri hesabına ev tikmişlər. Ev hazır olduqdan sonra 2015-ci il tarixdə həmin evə köçmüş və orada yaşamışlar. Həmin evin tikintisi zamanı 6 sıra daş onun tərəfindən qoyulmuş, suvaq işləri, malyar işləri, evin damının döşənməsi, yəni alçipanın, divar kağızlarının vurulması, elektrik işləri, kombi sistemi, istilik sistemləri, santexnik işləri, kafel, metlaxların vurulması, evin qapılarının qoyulması, həyətin tametlərinin vurulması, hasar işləri, çölün və içərinin suvağı, qaynaq işləri onun tərəfindən görülmüş, həyətdən artıq torpaqların daşınması tərəfindən icra edilmişdir. Aralarındakı razılaşmaya görə Cavabdeh ona gördüyü işlərə görə 15000 manat zəhmət haqqı verməli idi. Bütün bunların müqabilində cavabdeh onunla birlikdə işəyən Elsevər adlı fəhləyə 1000 manat pul vermişdir. Qalan 14000 manat cavabdeh ona verməmişdir. Dəfələrlə o, cavabdehdən pulunu istəmiş, lakin cavabdeh onun pulunu verməmişdir. Məhkəmə tərəfindən təyin olunan ekspertizaların keçirilməsinə cavabdeh qəsdən şərait yaratmır. Hazırda o, cavabdehin ona verməli olduğu puldan 1000 manatı keçir, qalan 13000 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X1nun vəkili X3 iddiaçı M.A.Quliyevin izahatını təsdiq etmişdir. xx.xx.2019-cu il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X6 onun keçmiş həyat yoldaşının atasıdır. Bakı şəhəri Binəqədi rayonu Mədən 1 korpus 4 ünvanda yerləşən qanunsuz tikili ona məxsus olmuş, həmin evdə təmir gedən ərəfələrdə keçmiş qaynatası olan M.A.Quliyev fəhlə kimi təmir işlərində ona köməklik göstərmişdir. Həmin ərəfələrdə qohum olmaqlarına baxmayaraq iddiaçı bu işləri təmənnasız etməmişdir. Belə ki, ayrı-ayrı vaxtlarda o, iddiaçıya zəhmət haqqı olaraq cəmi 5000 manatdan çox pul vermişdir. Onun anası X7 isə hər həftə sonu iddiaçıya 100 manat pul verimişdir. Bundan başqa o, özü əlavə olaraq dəfələrlə iddiaçıya maddi yardım etmişdir. Hazırda iddiaçının ona 1000 manatdan çox borcu olan təqdirdə iddiaçı bu kimi əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bu iddia ilə məhkəməyə müraciət etməsində əsas məqsədi onunla ədavətin aparılması ilə yanaşı, ona olan borcun ödənilməsindən boyun qaçırmasıdır. Hazırda o, evi 36000 manata satmış, tikili özbaşına olduğundan alqı-satqı müqaviləsi bağlamamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının vəkili A.Ş.Nağıyevanın məhkəmə iclasına gecikdiyindən, onun isə digər məhkəmədə təyin olunmuş məhkəmə iclasının olması səbəbindən, X1nun Cavabdeh qarşı pul tələbinə dair mülki işə onun iştirakı olmadan baxılması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə dair münasibətlərini, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 624 saylı arayışdan müəyyən olunur ki, Rəhimov X11 qəsəbəsi mədən 1 korpus 4 ev 182 ünvanında xx.xx.2005-ci ildən daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 22076 saylı məlumatından müəyyən olunur ki, Məhkəmə tərəfindən tədqiq olunan evə baxış keçirilməsi vaxtı xx.xx.2018-ci il tarixə təyin edilmiş, lakin tədqiq olunan yaşayış evinin qapısı bağlı olduğundan və evin sahibi tərəfindən icazə verilmədiyindən, həmin yaşayış evinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza aparmaqdan imtina edilməsi haqqında xx.xx.2019-cu il tarixli 6657 saylı məlumatından müəyyən olunur ki, Məhkəmə xx.xx.2019-cu il tarixli 2(001)-380/2019 saylı məktubu ilə tədqiqat obyektlərinə iş üzrə tərəflərin və ekspertin iştirakı ilə baxış vaxtı xx.xx.2019-cu il tarixə saat 16.30-a təyin olunmuş, göstərilən tarixdə saat 17.00 radələrində iş üzrə iddiaçı, cavabdeh, cavabdehin vəkili və ekspert tədqiq olunan ünvanda olmuş, lakin mübahisəli evin qapısı bağlı olduğundan evə daxil olub baxış keçirilməsi mümkün olmamışdır. Bu barədə akt tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Belə ki, qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması üçün zəruri şərait yaradılmadığından rəy verilməsi mümkün deyildir. xx.xx.2019-cu il aktdan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-380/2019 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının aparılması üçün Binəqədi rayon Binəqədi qəsəbəsi Mədən 1 Korpus 4-yerləşən ünvanda olmuşlar, həmin ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinin giriş qapısı bağlı olduğundan evə daxil olub baxış keçirilməsi mümkün olmamışdır. Aktın doğruluğunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ələsgər Mirzəyev, iddiaçı Məzahir Quliyev, cavbdeh Cavabdeh, cavabdehin vəkili Arslan Mikayılov öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Cavabdeh ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Korpus 4 Mədən 1 ünvanında yerləşən evdə yaşamış, hazırda Cavabdeh ona Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 korpus 40 mənzil 64 ünvanında yerləşən 3 otaqlı ev almışdır. X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Korpus 4 Mədən 1 ünvanında yerləşən evdə təmir işləri aparmış, ustaların pulunu Cavabdeh vaxtlı vaxtında vermiş, o, da atasına pul ödəmişdir. Həmin ev sonradan Cavabdeh tərəfindən 65000 manata satılmışdır. X2 görəcəyi işləri əvəzsiz görmüş, aralarında pul söhbəti olmamışdır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, Cavabdeh anasıdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Korpus 4 Mədən 1 ünvanında yerləşən evin təmirində X6 iştirak etmiş, hər həftə hissə-hissə o, M.A.Quliyevə 100 manat vermiş, sonra bu ev 36000 manata satılmışdır. M.A.Quliyevin qızı N.M.Rəhimovaya Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 korpus 40 mənzil 64 ünvanında ev alınmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehin tərəfindən inşa olmuş evin iddiaçı tərəfindən təmir işlərinin aparılması barədə razılıq olmuş və iddiaçı bu işləri görmüşdür. Cavabdeh iddiaçının gördüyü işləri əvəzsiz görmədiyini, görülmüş işlərə görə iddiaçıya özünün 5000 manatdan çox pul verdiyini, anasının isə hər həftə 100 manat verməsini bildirsə də, görülmüş işlərə görə pulun verilməsini təsdiq edə biləcək mötəbər təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən görülən işlərin dəyərini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, cavabdeh təkrarən təyin olunan ekspertizanın keçirilməsi üçün şərait yaratmamış, özbaşına inşa olunan tikilinin kimə satması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, iş üzrə təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün dəfələrlə, qəsdən şərait yaratmadığından iddiaçının cavabdehdən təmir xərclərinə görə 13000 manat tələbinə dair iddiası əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh X4 xeyrinə 13000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 13030 manat tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-380/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-380/2019
20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver