Məhkəmə qərarları › İş №2(001)-3819/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3819/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3819/2020 06.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə 1.363,09 manat əsas borc, 127,95 manat faiz borcu və 24,65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.515,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında bağlanmış “Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər” adlı müqavilənin 4.1.2-ci bəndinə əsasən Bank müştəriyə kredit xətti ayıra bilər. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən kredit xətti Bank tərəfindən ayrılan kreditin maksimal limitini müəyyən edir və Bankın qeyd edilən məbləği müştəriyə vermək öhdəliyini ifadə etmir. Kredit üzrə ödənişlərin, faizlərin və digər öhdəliklərin hesablanması üçün əsas hesab edilən kredit məbləği Bank tərəfindən hazırki Standart şərtlərə və qanunvericiliyin, digər normativ xarakterli aktların, həmçinin Bank daxili qaydaların tələblərinə uyğun olaraq müəyyən edildikdən sonra Müştərinin Bankda olan hesabına köçürülmüş məbləğ hesab ediləcəkdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən kredit verildiyi halda, müştəri aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilə ilə (Əlavə Razılaşma ilə) müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə cavabdehə 2.000 manat məbləğində kredit verildiyini və həmin kredit məbləğinin ödənilmədiyini qeyd etsə də, ərizəyə həmin kredit məbləğinin cavabdehə verildiyini təsdiq edən müqavilə, əlavə razılaşma və ya digər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinad edərək belə nəticəyə gəlirəm ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar