Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3823/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan və onun tərəfindən idarə olunan Mercedes Benz E280 CDİ Minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2330 manat maddi zərərin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirməklə məhkəmədən həmçinin, mütəxəssisə ödənilən 250 manat vəsaitin də, cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində təxminən 17:30 radələrində idarə etdiyi Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azadlıq prospektində hərəkət edərkən, sola S.S.Axundov küçəsinə dönərkən “stop” nişanının tələblərini pozan Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan Chevrolet Nexia CDX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı bədən xəsarəti alan olmasa da, Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2330 manata yaxın zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı 102 xidmətinə məlumat verilmiş, Binəqədi RPİ tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırma aparılmış və Chevrolet Nexia CDX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, TP7196218 saylı qərar qəbul edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, avtomobil artıq 2 aydır ki 444 servisdə təmirsiz vəziyyətdə qalıbdır. Həmin servisdə də təmir elətdirmək fikrindədir. Servisin verdiyi hesabatda bir çox detal göstərilməmiş və onun da tələb etmək fikri yoxdur. Bununla belə cavabdeh vurulan zərəri ödəməkdən imtina edir və məhkəmə qərarından sonra imkan daxilində hissə-hissə ödəyəcəyini bildirir. Halbuki, cavabdehə dəymiş zərərin 1500 manatını ödəməyi təklif etmiş və demişdir ki, qalan xərcləri özü qarşılayacaq. Lakin cavabdeh bu təklifi ilə də, razılaşmamışdır.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə onun tərəfindən zərər dəydiyini qəbul edir. Lakin hazırda maddi imkanının aşağı olması səbəbindən dəymiş zərəri birdəfəlik qarşılaya bilmir. Həmin puldan hissə-hissə ödəməyə imkanı çatır. Əgər iddiaçı razı olsa avtomobilini 1-2 ay sonra öz ustasına təmir etdirə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
8. AD 770462 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyatdadır.
9. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli POA********** saylı etibarnamədən görünür ki, MMC tərəfindən Cavabdeh Chevrolet Nexia CDX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasında idarə edilməsi üçün xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək idarə edilməsi üçün etibarnamə verilmişdir.
10. X3 ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan və bununla bağlı çıxarılan TP seriyalı, ******* saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şükürov X1 Nexia CDX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən S.S.Axundov-Azadlıq pr ərazisində yol nəqliyyat hadisəsi törətmişdir və həmin hadisədə Cavabdeh İXM-nin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 50 manat məbləğində cərimə edilmişdir.
11. Avtoservis 444 tərəfindən verilən qüsur aktından görünür ki, Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2330 manat məbləğində zərər dəymişdir.
12. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, FŞ 0712 saylı qiymətləndirmə hesabatından görünür ki, Mercedes Benz E280 CDİ minik markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər miqdarı 2495 manat hesablanmışdır.
13. 16.07.2025-ci il tarixli 59 saylı kredit köçürülməsinə dair ödəniş vərəqindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 250 manat məbləğində xidmət haqqı ödənişi edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. Şükürov X1 Nexia CDX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli POA********** saylı etibarnamə əsasında idarə edərkən, xx.xx.2025-ci il tarixində yol nəqliyyat hadisəsi törətməklə İddiaçı idarə etdiyi Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində X3 ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmiş və bununla bağlı çıxarılan TP seriyalı, ******* saylı xx.xx.2025-ci il tarixli qərarla Cavabdeh İXM-nin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 50 manat məbləğində cərimə edilmişdir.
15. İddiaçı avtomobilinə 2330 manat məbləğində zərər dəydiyini iddia edir və bunu Avtoservis 444 tərəfindən verilən qüsur aktı ilə sübut etməyə çalışır.
16. Mübahisənin obyektiv həlli üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və avtomobilə dəyən zərərin miqdarı mütəxəssis tərəfindən 2495 manat hesablanmışdır.
17. İddiaçı məhkəmə iclasında tələbini dəqiləşdirməklə, cavabdehdən həm də, mütəxəssis rəyini alınmasına görə ödədiyi 250 manat xidmət haqqının tutulmasını tələb etmişdir.
18. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirak etməklə, iddiaçıya dəymiş zərərin özünün təqsiri ucbatından olduğunu qəbul etmiş, lakin maddi imkanı olmadığından zərəri birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
21. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
22. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
23. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
24. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
25. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
26. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir
27. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
28. Odur ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisəsiz hallarıdır və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla da təsdiq olunur.
29. Mübahisənin obyektiv araşdırılması üçün məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin hesablanması üçün mütəxəssis rəyi alınmış və "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, FŞ 0712 saylı qiymətləndirmə hesabatından görünür ki, Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 2495 manat hesablanmışdır. Mütəxəssisin 250 manat təşkil edən xidmət haqqı da, iddiaçı tərəfindən ödənilmişdir.
30. Hazırda məhkəmə iddia tələbindən kənara çıxmayaraq, iddiaçı tərəfindən də həmin hissədə tələbin artırılmamasını nəzərə alaraq, hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği iş materiallarında olan qüsur aktına görə 2330 manat müəyyən edilməlidir.
31. Beləliklə, məhkəmə hesab edir ki, dəymiş zərər və mütəxəssisin ödənilmiş xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. “X4” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar.
33. AA seriyalı 309910 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Abdulov X2 rayonundan məcburi köçkündür. Odur ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad olduğundan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Mercedes Benz E280 CDİ minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərin əvəzi qismində 2330 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 250 manat olmaqla, ümumilikdə 2580 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir.
41. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 43,3 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
42. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulan zərərin əvəzi qismində 2330 manat, mütəxəssis rəyinin alınmasına görə 250 manat olmaqla, ümumilikdə 2580 (iki min beş yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 43,3 (qırx üç manat otuz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev