Məhkəmə qərarları › İş №2(001)-3826/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3826/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3826/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən Hoffmann kondisioner üçün 801,4 manat ödənilməmiş hissə, 80,6 manat cərimə, 21 mart 2020-ci il tarixli müqaviləsinə əsasən Samsung paltaryuyan üçün 649,4 manat ödənilməmiş hissə, 64,6 manat cərimə, 17 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefon üçün 377 manat ödənilməmiş hissə, 37 manat cərimə, 17 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefon üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə borcu olmaqla, ümumilikdə 2362 manat borc və 43,62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 14 iyul 2020-ci il, 21 mart 2020-ci il, 17 dekabr 2020-ci, 17 iyul 2020-ci il tarixli müqavilələrinə əsasən Hoffmann kondisioner, Samsung paltaryuyan, İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefon, İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 2362 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1132,8 manat (yəni 24 ay x 47,2 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann kondisioner üçün ümumilikdə, 882 manat olmaqla, ondan 801,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80,6 manat cərimə, 21 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1427,4 manat (yəni 18 ay x 79,3 manat + 0 manat ilkin ödəniş) olan Samsung paltaryuyan üçün ümumilikdə, 714 manat olmaqla, ondan 649,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64,6 manat cərimə, 17 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 497,2 manat (yəni 18 ay x 25,9 manat + 31 manat ilkin ödəniş) olan İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 414 manat olmaqla, ondan 377 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə, 17 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 523,8 manat (yəni 18 ay x 29,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 352 manat olmaqla, ondan 320 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi 1433,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli, №21019674 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, Hoffmann kondisioner almış və 24 ay müddətinə ayda 47,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 14 iyul 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh, №21019674 saylı müqaviləyə əsasən Hoffmann kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 05 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann kondisioner üçün əsas borcu 801,4 manat, cərimə borcu 80,6 manat olmaqla, cəmi 882 manat məbləğində borcu var. 21 mart 2020-ci il tarixli, №20192703 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, Samsung paltaryuyan almış və 18 ay müddətinə ayda 79,3 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 21 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20192703 saylı müqaviləyə əsasən Samsung paltaryuyanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 05 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Samsung paltaryuyan üçün əsas borcu 649,4 manat, cərimə borcu 64,6 manat olmaqla, cəmi 714 manat məbləğində borcu var. 17 dekabr 2020-ci il tarixli, №22137556 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişli, İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefon almış və 18 ay müddətinə ayda 25,9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 17 dekabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh, №22137556 saylı müqaviləyə əsasən İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 05 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********29646 Samsung Galaxy A20s markalı telefon üçün əsas borcu 377 manat, cərimə borcu 37 manat olmaqla, cəmi 414 manat məbləğində borcu var. 17 iyul 2020-ci il tarixli, №21026250 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefon almış və 18 ay müddətinə ayda 29,1 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 17 iyul 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №21026250 saylı müqaviləyə əsasən İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 05 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********95154 Xiaomi Redmi 8 markalı telefon üçün əsas borcu 320 manat, cərimə borcu 32 manat olmaqla, cəmi 352 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 43,62 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli, №21019674 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 47,2 manat, 21 mart 2020-ci il tarixli, №20192703 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 79,3 manat, 17 dekabr 2020-ci il tarixli, №22137556 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişli Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 25,9 manat, 17 iyul 2020-ci il tarixli, №21026250 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 29,1 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 43,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14 iyul 2020-ci il tarixli, №21019674 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 801,4 manat, cərimə borcuna görə 80,6 manat, 21 mart 2020-ci il tarixli, №20192703 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 649,4 manat, cərimə borcuna görə 64,6 manat, 17 dekabr 2020-ci il tarixli, №22137556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 377 manat, cərimə borcuna görə 37 manat, 17 iyul 2020-ci il tarixli, №21026250 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 320 manat, cərimə borcuna görə 32 manat olmaqla, ümumilikdə 2362 manat pul vəsaiti və 43,62 manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 iyul 2020-ci il tarixli, №21019674 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 801,4 (səkkiz yüz bir manat, qırx qəpik) manat, cərimə borcuna görə 80,6 (səksən manat, altmış qəpik) manat, 21 mart 2020-ci il tarixli, №20192703 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 649,4 (altı yüz qırx doqquz manat, qırx qəpik) manat, cərimə borcuna görə 64,6 (altmış dörd manat, altmış qəpik) manat, 17 dekabr 2020-ci il tarixli, №22137556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 377 (üç yüz yetmiş yeddi) manat, cərimə borcuna görə 37 (otuz yeddi) manat, 17 iyul 2020-ci il tarixli, №21026250 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 320 (üç yüz iyirmi) manat, cərimə borcuna görə 32 (otuz iki) manat olmaqla, ümumilikdə 2362 (iki min üç yüz altmış iki) manat pul vəsaiti və 43,62 (qırx üç manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar