Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3829/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxkatibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən Remington markalı fen üçün 42 manat ödənilməmiş hissə və 12 manat dəbbə pulunun, xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********26112 Samsung Galaxy J5 markalı telefon üçün 702 manat öənilməmiş hissə və 210 manat dəbbə pulunun, xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən Redmond markalı ətçəkən, Samsung markalı tozsoran, Gorenje markalı ütü, Simfer markalı mini soba üçün 224 manat ödənilməmiş hissə və 22 manat dəbbə pulunun, xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı soyuducu üçün 328 manat ödənilməmiş hissə və 99 manat dəbbə pulunun, xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd İMEİ kod **********75481 HOFFMANN Neo A300, İMEİ kod **********61366 HOFFMANN Neo A300 markalı telefonlar üçün 114 manat ödənilməmiş hissə və 34 manat dəbbə pulunun, xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 920 manat ödənilməmiş hissə və 276 manat dəbbə pulunun, xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən Hoffmann markalı paltaryuyan üçün 624 manat ödənilməmiş hissə və 187 manat dəbbə pulunun, ümumilikdə 3.794 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.824 manatın Cavabdeh alınaraq "xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MMC ilə xx xxxxxx 2017-ci il, xx xxxx 2017-ci il, xx xxxx 2017-ci il, xx xxxxxx 2017-ci il, tarixlərindəki müqavilələrinə əsasən Remington markalı fen, İMEİ kod **********26112 Samsung Galaxy J5 markalı telefon, Redmond markalı ətçəkən, Samsung markalı tozsoran, Gorenje markalı ütü, Simfer markalı mini soba, Hoffmann markalı soyuducu, 2 ədəd İMEİ kod **********75481 HOFFMANN Neo A300, İMEİ kod **********61366 HOFFMANN Neo A300 markalı telefonlar, Samsung markalı soyuducu, Hoffmann markalı paltaryuyan almış və nəticədə 3.794 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 87 manat (12 ay x 7 manat + 3 manat ilkin ödəniş) olan Remington markalı fen üçün ümumilikdə 54 manat olmaqla ondan 42 manat öənilməmiş hissə, (0.07 x 180 gün) 12 manat dəbbə pulu; xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 manat (24 ay x 39 manat-0 manat ilkin ödəniş) olanİMEİ kod **********26112 Samsung Galaxy J5 markalı telefon üçün ümumilikdə 912 manat olmaqla ondan 702 manat öənilməmiş hissə, (0.39 x 540 gün) 210 manat dəbbə pulu; xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 manat (12 ay x 56 manat - 0 manat ilkin ödəniş) olanRedmond markalı ətçəkən, Samsung markalı tozsoran, Gorenje markalı ütü, Simfer markalı mini soba üçün ümumilikdə 246 manat olmaqla ondan 224 manat ödənilməmiş hissə, (0.56 x 120 gün) 22 manat dəbbə pulu; xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) olanHoffmann markalı soyuducu üçün ümumilikdə 427 manat olmaqla ondan 328 manat ödənilməmiş hissə (0.33 x 300 gün) 99 manat dəbbə pulu hesablanmışdır. xx xxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 manat (12 ay x 38 manat - 0 manat ilkin ödəniş) olan 2 ədəd İMEİ kod **********75481 HOFFMANN Neo A300, İMEİ kod **********61366 HOFFMANN Neo A300 markalı telefonlar üçün ümumilikdə 148 manat olmaqla ondan 114 manat ödənilməmiş hissə (0.38 x 90 gün) 34 manat dəbbə pulu hesablanmışdır. xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.159 manat (12 ay x 92 manat, 55 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ödənilməmiş hissə (0.92 x 300 gün) 276 manat dəbbə pulu hesablanmışdır. xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 737 manat (18 ay x 39 manat + 35 manat ilkin ödəniş) olanHoffmann markalı paltaryuyan üçün ümumilikdə 811 manat olmaqla ondan 624 manat ödənilməmiş hissə (0.39 x 480 gün) 187 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.687 manat təşkil edir. Ödəniş cədvəlinin 3.3-cü bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, "ABC" "Müştəri’'nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək xəstə olduğuna görə məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin xəstəliyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında da iştirak etməmiş və hər hansı üzürlü səbəb göstərmədən məhkəməyə iclasın başqa vaxta keçirilməsi ilə bağlı teleqram göndərmiş, bununla bağlı məhkəmə iclası başqa vaxta keçirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeh arasında bağlanmışxx xxxx 2017-ci il tarixli, 143533 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 456 manat olan 2 ədəd “Hoffman Neo A300” markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü maddəsinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx xxxx 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 143533 saylı müqaviləyə əsasən məhsulları qüsursuz halda “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışxx xxxx 2017-ci il tarixli, 176148 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, ümumi qiymətləri 1.266 manat olan “Hoffman DFT-143S, gümüşü” markalı soyuducu, “Redmond RMG-1217” markalı ətçəkən, “Samsung VCC4520” markalı tozsoran, “Gorenje SİH 2200GC” markalı ütü və “Sımfer Sie-42B-T0-2” markalı mini soba adlı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü maddəsinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx xxxx 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdehn 176148 saylı müqaviləyə əsasən məhsulları qüsursuz halda “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışxx xxxxxx 2017-ci il tarixli, 322192 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, ümumi qiymətləri 1.023 manat olan qızıl zəmanətlə birlikdə “Samsung Galaxy J5 2017” markalı məhsul, “Remington D5220” markalı fen adlı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü maddəsinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx xxxxxx 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 322192 saylı müqaviləyə əsasən məhsulları qüsursuz halda “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışxx xxxxxx 2017-ci il tarixli, 337463 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, ümumi qiymətləri 1.896 manat olan “Samsung” markalı soyuducu və “Hoffman” markalı paltaryuyan adlı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 337463 saylı müqaviləyə əsasən məhsulları qüsursuz halda “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu 3 gün müddətində ödəməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli müqavilələr üzrə ödənilməmiş əsas borcu 2.954 manat və dəbbə pul 840 manat təşkil edir. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə iddiaçı tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh əsas borc üzrə 2.954 manat və 840 manat dəbbə pulu hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxx 2017-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 5 manat, xx xxxx 2017-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 25 manat, xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 25 manat və xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2017-ci il tarixli, 143533 saylı müqavilə üzrə Cavabdeh114 manat məbləğində əsas borc, 5 manat məbləğində cərimə olmaqla, cəmi 119 manat manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, xx xxxx 2017-ci il tarixli, 176148 saylı müqavilə üzrə Cavabdeh552 manat məbləğində əsas borc, 25 manat məbləğində cərimə olmaqla, cəmi 577 manat manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, xx xxxxxx 2017-ci il tarixli, 322192 saylı müqavilə üzrə Cavabdeh744 manat məbləğində əsas borc, 25 manat məbləğində cərimə olmaqla, cəmi 769 manat manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, xx xxxxxx 2017-ci il tarixli, 337463 saylı müqavilə üzrə Cavabdeh1.544 manat məbləğində əsas borc, 40 manat məbləğində cərimə olmaqla, cəmi 1.584 manat manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 24 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2017-ci il tarixli, 143533 saylı müqavilə üzrə Cavabdeh114 (bir yüz on dörd) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 119 manat (bir yüz on doqquz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxx 2017-ci il tarixli, 176148 saylı müqavilə üzrə Cavabdeh552 (beş yüz əlli iki) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə olmaqla, cəmi 577 manat (beş yüz yetmiş yeddi) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2017-ci il tarixli, 322192 saylı müqavilə üzrə Cavabdeh744 (yeddi yüz qırx dörd) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə olmaqla, cəmi 769 manat (yeddi yüz altmış doqquz) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2017-ci il tarixli, 337463 saylı müqavilə üzrə Cavabdeh1.544 (bir min beş yüz qırx dörd) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində cərimə olmaqla, cəmi 1.584 (bir min beş yüz səksən dörd) manat manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 24 (iyirmi dörd) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3829/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3829/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver