Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3847/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, X3 Cavabdeh qarşı pul tələbi barədə işə 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: X1 İlqar Rəzzaq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 702 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə Cavabdeh arasında bağlanmış 08.03.2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 432 manat olan “Xiaomi Mi A2” markalı mobil telefonu ilkin ödəniş etmədən qalan məbləği 12 ay ərzində aylıq 36 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 72 manat əsas, 27 manat cərimə borcu yaranmışdır. Həmçinin, X6 ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 509 manat olan “Samsung Galaxy A10” markalı mobil telefonu 11 manat ilkin ödəniş etməklə qalan məbləği 6 ay ərzində aylıq 83 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 498 manat əsas, 105 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 371 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 08.03.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh X2 alğı-satqı qiyməti 432 manat olan “Xiaomi Mi A2” markalı mobil telefonu ilkin ödəniş etmədən qalan məbləği 12 ay ərzində aylıq 36 manat ödəmək şərti ilə almışdır. - 21.10.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh X2 alğı-satqı qiyməti 509 manat olan “Samsung Galaxy A10” markalı mobil telefonu 11 manat ilkin ödəniş etməklə qalan məbləği 6 ay ərzində aylıq 83 manat ödəmək şərti ilə almışdır. - 12 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 08.03.2019-cu il və 21.10.2019-cu il tarixli alğı-satqı müqavilələri üzrə həmin tarixə 702 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. X6 ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən X6 qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: X3 iddiası təmin edilsin. Cavabdeh 08.03.2019-cu il tarixli müqavilə üzrə 72 manat əsas, 27 manat cərimə borcu, 21.10.2019-cu il tarixli müqavilə üzrə 498 manat əsas, 105 manat cərimə borcu olmaqla ümumilikdə 702 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3847/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3847/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver