Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3888/2023 03.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərə görə təyin olunan 60 manatın ödənilməsindən azad edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərə görə təyin olunan 60 manatın ödənilməsindən azad edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X8 analarının himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-5315/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 136,6 manat olmaqla, cəmi 273,2 manatın və X4 xəstə olması il bağlı əlavə xərcə görə hər ay 60 manat alımentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Sonradan iddiaçı tərəfindən alimentin artırılması tələbi ilə məhkəməyə iddia ilə müraciət edilmişdir. Yekunda qəbul olunan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4003/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hal-hazırda uşaqlarının böyüməsi ilə əlaqədar məsrəflərinin artmasını nəzərə aldıqda, təyin olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Ona görə də, yetkinlik yaşına çatanadək xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və X2 olan problemlər ilə əlaqədər əlavə xərcə görə hər ay 150 manatın Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul olunması xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, hər uşağa görə o, 220 manat olmaqla cəmi 440 manat aliment, müalicə xərclərinə görə isə 150 manat tələb edir. Əvvəl hər uşağa görə 160 manat olmaqla 320 manat və müalicə xərcləri isə 60 manat olmuşdur. Uşağının xəstəliyinə görə 200 manat pensiya, uşağa qulluğa görə 50 manat alır. Cavabdehin qazancı və gəliri barədə heç bir məlumatı yoxdur. Onun kimi cavabdeh kirayədə yaşamır, pensiya alır, öz evi var. Uşağı xəstə olduğundan o, işləyə bilmir. Qohumlarının köməkliyi ilə maddi tələbatlarını qarşılayır. Cavabdeh alimentdən başqa ona köməklik etmir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram ünvanlayaraq uşağının xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin tam həcmdə təmin edilməsini xahiş etmiş, məhkəmə işə ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, ilk iddia ərizəsi özündə obyektiv həqiqəti əks etdirmir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-5315/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh İddiaçı hər ay 60 manat əlavə xərclə birlikdə cəmi 333 manat ödəyir. Cavabdeh 3-cü qrup əlildir, MKİS-də işləməklə aylıq qazancı 500 manat təşkil edir. Cavabdeh alimentdən əlavə hər ay əlavə xərclərə görə 60 manat ödəməsi onun maddi durumunu acınacaqlı vəziyyətə salır və dolanışığını çətinləşdirir. Dövlət tərəfindən R.İ.Həsənzadənin saxlanması üçün 450 manat ödənilir. Ona görə də Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərə görə təyin olunan 60 manatın ödənilməsindən azad edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qismən qəbul edib, qarşılıqlı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ilk iddiaçının kirayədə yaşaması barədə dedikləri həqiqət deyil, o, övladlarının saxlanması üçün təyin olunan alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla hər ay 440 manat müəyyən edilməsinə razıdır. 2-ci qrup əlil olan oğlu X6 görə iddiaçının 450 manat almasını ona oğlu Rəhim demişdir. O, oğlunun müalicəsi ilə bağlı 20000 manata yaxın vəsait xərcləmiş, lakin müalicənin nəticəsi yoxdur. Ona görə də ilk iddia ərizəsinin qismən təmin edilməsinə, təyin olunan alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək əlavə xərclərə görə onun hər ay 60 manat ödəməkdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4003/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-5315/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 136,6 manat alimentin məbləği dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4003/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5315/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,6 manat, xx.xx.2011-ci il təvəllüdlü X4 xəstə olması ilə bağlı əlavə xərcə görə hər ay 60 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilmısi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X7 bud sümüyünün başının yuvenli osteoxondrozu (Led-Kalve-Pertes), Pertes xəstəliyi sağ bud sümüyü başının aseptik nekrozu. Oynağın ankilozu, sağ aşağı ətrafın 6 sm qısalığı. Hərəkətin və yerişin pozulmaları diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015ci il tarixli məlumatından müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X6 diplegik spastik serebral iflic diaqnozu təyin edilmişdir. Elektron sistem üzrə çıxarışdan müəyyən olunur ki, Cavabdeh Nəsimi rayon Mənzil Kommunal Birliyində aylıq əmək haqqı 272 manat olmaqla dalandar vəzifəsində işləyir. Elektron sistem üzrə çıxarışdan müəyyən olunur ki, Cavabdeh ümumi xəstəliklərlə bağlı 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, Cavabdeh övladlarının saxlanması üçün təyin olunan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat müəyyən edilməsinə razı olmasını, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4003/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 220 manat olmaqla cəmi 440 manat müəyyən edilməli, tərəflərin birgə nikahlarından olan X4 müalicə xərclərinə görə müəyyən olunan vəsaitin artırılmasına dair hissədə isə ilk iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı diplegik spastik serebral iflic diaqnozu olan övladının müalicəsi ilə bağlı minimal həddə əlavə xərclərə cəlb edildiyindən, bu xərcdən azad edilməsinə əsas ola biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, hər bir iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4003/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərə görə təyin olunan 60 manatın ödənilməsindən azad edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3888/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3888/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver