Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3894/2020 15.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının onun xeyrinə 599,81 manat əsas, 105,70 manat faiz, 13,43 manat cərimə olmaqla cəmi 718,94 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında bağlanmış 10 avqust 2018-ci il tarixli kredit müqaviləsində cavabdehə 200 manat məbləğində ilkin kredit xətti açıldığı göstərilsə də, iddiaçı iddia tələbində əsas kredit borcu kimi 599,81 manat tələb edir. Ərizəyə isə cavabdehə həmin məbləğdə kreditin verilmdihini təsdiq edən sənəd əlavə edilməmişdir. Göründüyü kimi, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə var və belə olan halda tələbə sadələşdirilmiş icraat qaydada baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinad edərək belə nəticəyə gəlirəm ki, iddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3894/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3894/2020
15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver