Məhkəmə qərarları › İş №2(001)-3896/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3896/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3896/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə kiçik iddia növündə ərizəsini və əlavə olunmuş sənədləri 23 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia növündə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbləri baxımından cavabdehə mülki iş barədə bildiriş göndərilmiş, bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual qanunvericilikdə sadələşdirilmiş icraat növündə baxılan ərizənin baxılmamış saxlanması haqqında norma mövcud olmadığından hesab edirəm ki, hazırki vəziyyətdə oxşar münasibətləri tənzimləyən, MPM-in 259-cu (ərizənin baxılmamış saxlanması) maddəsinin normaları tətbiq olunmalıdır. MPM-in 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar