Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3902/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 hüquqi varisləri olan Cavabdeh1 oğlu və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 64,78 ABŞ dolları əsas borc və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan vəfat etmiş, Cavabdeh1 oğlu və Cavabdeh2 onun hüquqi varisləri kimi müəyyən edilmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş borcu qalmaqdadır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxx" KB ASC ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxxxxx" KB ASC X5 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verməyi, X7 isə "xxxxxxx" KB ASC-dən həmin məbləğdə pulu qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə krediti qaytarmağı, hesablanmış faizləri, habelə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin Ölüm Haqqında Şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür. Ölümün səbəbi Xroniki böyrək xəstəliyi 5-ci mərhələ kimi qeyd edilmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun 64 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı ildə vəfat etmiş X4 adına xx.xx.2016-cı il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın X4 vərəsələri Cavabdeh1 oğlu və Cavabdeh2dır. İddiaçı “xxxxxxx" KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən X1 müqaviləsi üzrə 64,78 ABŞ dolları əsas borcu yaranmışdır; "xxxxxxx" KB ASC tərəfindən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətinə əsasən cavabdehlərdən borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun tam ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir; xx.xx.2020-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ilə "xxxxxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxxxxx" KB ASC X5 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan vəfat etmiş, Cavabdeh1 oğlu və Cavabdeh2 onun hüquqi varisləri kimi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 banka 64,78 ABŞ dolları borcu yaranmışdır. İddiaçı eyni zamanda məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə yuxarıda təsbit edilmiş və bu sahəni tənzimləyən aidiyyəti müddəaların tələblərini rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh X4 tərəfi olduğu (borcalan) kredit müqaviləsi üzrə onun vərəsələri Cavabdeh1 oğlu və Cavabdeh2 həmin müqavilə üzrə kreditorun birgə borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə birgə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu müştərək qaydada ödəməlidirlər. Kredit müqaviləsi üzrə borcun mövcudluğu da iş materiallarında olan sübutlarla təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunu nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, 64,78 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 tutularaq iddiaçı “xxxxxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 64,78 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla, habelə 20 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 64,78 (altmış dörd dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3902/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3902/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver