Məhkəmə qərarları › İş №2(001)-3902/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3902/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3902/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə məhkəməyə ərizə ünvanlayaraq, işi baxılmamış saxlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, habelə dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar