Məhkəmə qərarları › İş №2(001)-3908/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3908/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3908/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 2586,67 manat əsas, 156,1 manat faiz borcu olmaqla, cəmi 2742,77 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 18% ödəmək şərti ilə 7081 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə əsasən “Borcverən” yuxarıda qeyd edilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh Banka borcu yaranmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh 18 ay müddətinə, illik 18% ödəmək şərtilə 7081 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdülər; xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 18 ay ərzində hər ay 453 manat (sonuncu ay 432,4 manat) məbləğində pul ödəməli idi; “xxxxxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın kredit müqaviləsi üzrə 2586,67 manat əsas, 156,1 manat faiz borcu olmaqla, cəmi 2742,77 manat məbləğində borcu vardır; xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5480,68 manat pul ödəmişdir. “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 iş günü müddətində ödəməklə, aralarında bağlanmış kredit müqaviləsini 3 gün müddətində ləğv edilməsi ona təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; xx.xx.2020-ci tarixli mədaxil qəbzindən əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 18% dərəcəsi ödəmək şərti ilə 7081 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətdə və məbləğdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehin borcunun yarandığını iddia edir və 2742,77 manat məbləği cavabdehdən tələb edir. Cavabdeh xx.xx.2020-ci il tarixədək 5480,68 manat kredit ödəmişdir. İddiaçı tərəfindən dövlət rüsumu da cavabdehdən tələb edilir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılmış kredit məbləğini cavabdehin mülkiyyətinə vermişdir. Cavabdeh krediti məbləğini müqavilədə razılaşdığı kimi qrafik üzrə iddiaçıya ödəməməmişdir. Kredit müqaviləsinin 3.7-ci maddəsinin tələbi baxımından iddiaçı qalıq kredit məbləğinin qaytarılmasını tələb edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, mülki iş materiallarında olan hesabdan çıxarışdan da göründüyü kimi borclu hər ay ödəniş qrafiki üzrə 453 manat olmaqla cəmi 8133.4 manat ödəməli olduğu halda sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Buna görə də iddiaçının qalıq kredit məbləğini tələb etməsi əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh kredit müqaviləsi üzrə cəmi 5480.68 manat vəsait ödəmiş, bu məbləğin 79.49 manat hissəsi cərimə borcuna silinmişdir. Yəni cavabdeh əsas və faiz borcu üzrə 8133.4 manat ödəməli olduğu halda cəmi 5401.19 manat ödəniş etmiş, nəticədə banka 2732.21 manat borcu yaranmışdır. Bu isə iddiaçının tələb etdiyi məbləğdən 10.56 manat çoxdur (27xx.xx-2732.21=10.56). Bu baxımdan məhkəmə hesab edir ki, həmin məbləğ əsas borcdan çıxılmalıdır. Yəni cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2576.11 (2586.67-10.56) manat, faiz borcu isə 156.1 manat, cəmi 2732.21 məbləğində qalıq kredit borcu müəyyən edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 2576,11 manat əsas borc və 156,1 manat faiz borcu olmaqla, cəmi 2732,21 manat və 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxxxxx" KB ASC-nin xeyrinə tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2576,11 manat əsas borc və 156,1 manat faiz borcu olmaqla, cəmi 2732,21 (iki min yeddi yüz otuz iki manat iyirmi bir qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxxxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar