Məhkəmə qərarları › İş №2(001)-3922/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3922/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3922/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi xxxxxxxx iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 188.41 ABŞ dolları əsas; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 374,25 ABŞ dolları əsas, 572.99 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1135.65 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə aylıq 2.25% olmaqla 1000 (bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcundan 811.59 ABŞ dolları ödəmiş, cəmi 188.41 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı QSC ilə bağlanmış digər bir müqaviləyə əsasən, aylıq fazi dərəcəsi 2.4167% olmaqla, 12 ay müddətinə kredit xətti və kredit limi daxilində plastik kart vasitəsi ilə Cavabdeh 500 (beş yüz) ABŞ dolları kredit götürmüşdür. Cavabdeh sonuncu kredit borcundan 125.75 ABŞ dolları ödəmiş, 375.25 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi xxxxxx iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 030A********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh aylıq 2.25% olmaqla 12 ay müddətinə 1000 (bir min) ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu həmin məbləği xx.xx.2015-ci il tarixdə xx.xx.2016-cı il tarixədək hər ay 97 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. -İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 030KK**********01 nömrəli kredit kartı üzrə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh aylıq 2.4167% olmaqla 12 ay müddətinə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. -xəbərdalıq məktublarından görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən xx.xx.2020-ci il tarixdə hər iki müqavilə üzrə borcun tam olaraq xx.xx.2020-ci il tarixədək ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə xx.xx.2015-ci il tarixli 030A********** nömrəli müqavilə üzrə 188.41 ABŞ dolları borcu, xx.xx.2015-ci il tarixdə 030KK**********01 nömrəli kredit müqaviləsi üzrə 374,25 ABŞ dolları əsas, 572.99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 947.24 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə 188.41 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2015-ci il tarixli müqavilə üzrə isə 374.25 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi cərimə hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 030A********** nömrəli müqavilə üzrə 188.41 ABŞ dolları (bir yüz səksən səkkiz dollar qırx bir sent) məbləğində əsas borc, xx.xx.2015-ci il tarixli 030KK**********01 nömrəli müqavilə üzrə isə 374.25 ABŞ dolları (üç yüz yetmiş dörd dollar iyirmi beş sent) məbləğində əsas borc (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar