Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3943/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı QSC X3 Təşkilatının Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC X3 Təşkilatı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum, yəni X2 Edilməsi Agentliyi MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-XAC-31 saylı xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə, № 167/07 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% tətbiq edilməklə, 18 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2007-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nömrəli Lexus LX 470 minik markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka faiz borcu üzrə 6809,05 ABŞ dolları məbləğində borcu qalmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Ona görə də Cavabdeh faiz borcu üzrə 6809,05 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-VN- *** dövlət qeydiyyat nömrəli Lexus LX 470 minik markalı avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onunla Azərbaycan Beynəlxalq Bankı ASC arasında xx.xx.2007-ci il tarixdə, № 167/07 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 23% tətbiq edilməklə, 18 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 5.4-ci və 5.5-ci maddələrinə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 18 ay, yəni xx.xx.2009-cu il tarixdək müəyyən edilmişdir. Nəqliyyat vasitəsi faktiki olaraq onun istifadəsində olmamış, borc onun tərəfindən deyil avtomobili idarə edən şəxs tərəfindən qaytarılmışdır. Bundan başqa iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin keçməsi ilə bağlı İddiaçı QSC BOKT-un ona qarşı olan iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana avtomobil alınması ilə əlaqədar 18 ay müddətinə, yəni xx.xx.2009-cu il tarixinədək qaytarmaq, illik 23% ödəmək şərti ilə 65000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə əsas borca görə 65000 ABŞ dollarını, faiz borcuna görə 11835,42 ABŞ dollarını, cəmi 76835,42 ABŞ dolları borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Girov saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə girov verən Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 saylı girov müqaviləsindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Toyota Lexus LX 470 markalı (buraxılış ili 2006, ban- JTJH00V274021933, rəngi-ağ) avtomobil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, veksellərin alışı üzrə borc qalığı, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında tərtib olunan xx.xx.2018-ci il tarixli S-AVK-XAC-31 saylı təhvil-təslim aktından müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh ilə bağlanan xx.xx.2007-ci il tarixli № 167/07 saylı kredit müqaviləsi üzrə 6809,05 ABŞ dolları məbləğində faiz borcuna görə tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2017-ci il tarixli çıxarışından müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən razılaşdırılmış siyahı üzrə borcun məbləği 6809,05 ABŞ dolları təşkil edir. X2 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC X3 Təşkilatının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh ayrılan kredit üzrə sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 167/07 kredit müqaviləsinə əsasən, sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə aparıldığı halda iddiaçı həmin müqavilə üzrə faiz borcu tələbinə dair xx.xx.2020-ci il tarixdə, yəni 8 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən Cavabdeh xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri hələ güzəşt edilərkən tələb üzrə iddia müddəti ötürüldüyündən, cavabdeh iddia tələblərinə iddia müddətinin təbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim etdiyindən İddiaçı QSC X3 Təşkilatının Cavabdeh qarşı iddia tələbləri iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələbləri təmin edilmədiyi üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı QSC X3 Təşkilatının Cavabdeh qarşı xx.xx.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 6809,05 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manatın tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nömrəli Lexus LX 470 minik markalı avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh alınaraq İddiaçı QSC X3 Təşkilatının hesabına ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3943/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3943/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver