Məhkəmə qərarları › İş №2(001)-3947/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3947/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3947/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 2.459 manat əsas 212,85 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh qzı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli ******* saylı Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 2.609 manat dəyərində olan televizor almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 150 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 204,92 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 2.459 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqısatqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, 2.459 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqısatqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 212,85 manat məbləğində ziyan vurmuş və həmin pulunda borcludan tutulmalı olduğunu qanuni hesab edir. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, onun sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurmuşdur. Hesab edir ki, Mülkü qanunvericiliyin göstərilən müddəaları baxımından onunla cavabdeh arasında bağlanmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Müqavilə üzrə ödəniş cədvəlindəndə göründüyü kimi cavabdehin sonuncu ödəniş müddəti də hesablanmaqla qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti buraxılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru Məmmədrzayev Rövşən Məmmədəli oğlu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinə və Xocasən Bələdiyyəsinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeharasında bağlanmışxx xxxx 2018-ci il tarixli, №1038422 saylı alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, ümumi dəyəri 2.609 manat olan “Sony 55XE7005 YK” markalı məhsul ilkin ödəniş 150 manat ödəməklə Cavabdeh mülkiyyətinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6.1.4-cü bəndinə əsasən ödənişin vaxtında həyata keçirilməməsi təqdirində alıcı satıcıya vaxtı keçmiş məbləğdən hər gün üçün 0,01% olmaqla cərimə ödəməsi xəbərdarlığını qəbul edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəməlidir. xx xxxx 2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli, №1038422 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəliklərini vaxtında icra edəcəyinə təminat verdiyini bildirmişdir; xx xxxx 2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Cavabdeh № ******* saylı müqaviləyə əsasən məhsulu tam şəkildə “xxxxxxxxxxxxxxx” MMC-dən təhvil almışdır; Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə olan borcunu 3 gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli, №1038422 saylı alqı-satqı müqaviləsi üzrə 2.459 manat əsas borcundan bu günədək ödəniş etməmiş, 2.459 manat əsas, 212,85 manat cərimə borcu qalmışdır; xx xxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixli, ******* nömrəli “Alqı-satqı müqaviləsi” bağlanmış, cavabdeh müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehdən 2.459 manat əsas borc, 212,85 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 2.671,85 manat borcun ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, cərimə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, ******* nömrəli “Alqı-satqı müqaviləsi” üzrə 2.459 manat əsas borc, 50 manat cərimə, ümumilikdə 2.509 manat məbləğində borc Cavabdehiddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2018-ci il tarixli, ******* nömrəli “Alqı-satqı müqaviləsi” üzrə 2.459 (iki min dörd yüz əlli doqquz) manat məbləğində borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 2.509 (iki min beş yüz doqquz) manat məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxxxxx” MMCyə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar